Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Azərbaycanda bahalaşmanın ikinci dalğası

Tarix: 08-09-2015 10:52   
Azərbaycanda bahalaşmanın ikinci dalğası
Azərbaycanda qiymətlər növbəti dəfə bahalaşdı. Qiymət artımı daha çox ərzaq və gündəlik tələbat mallarında hiss olunur. Mağazalarda apardığımız müşahidələr zamanı məlum oldu ki, məhsullardan asılı olaraq onların dəyərində 15-50 faiz artım olub.

“Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzetinin hazırladığı materıalda bildirilir ki, mağaza sahibləri ölkənin ən böyük qida istehsalçıları sayılan "Azərsun Holdinq", "Veysəloğlu" şirkətlərinin qiymətləri artırdığını bildirirlər. Həmçinin, süd məhsulları istehsal edən bir çox firmalar da bahalaşmaya qərar verib. Məsələn, 20 qəpiyə olan 200 qramlıq xamalar artıq 30 qəpiyə satılır. Digər məhsullarda da müvafiq artımlar tətbiq olunur.

"Azərsun Holdinq"in nümayəndəsi: "Ortalama qiymət artımı 4-5 faiz civarındadır"

"Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək şöbəsinin müdiri Afiq Səfərov "Bizim Yol" qəzetinə bildirib ki, müəyyən qiymət tənzimləməsi olub. "Son 6 ayda anbarlarda olan ehtiyatlar hesabına qiyməti sabit saxladıq. Hazırda dünyada baş verən iqtisadi böhranla əlaqədar qiymətlərdə dəyişikliklər olub. Burada Çin faktoru, tranzit qiymətlərinin artması rol oynayıb. Belə ki, müharibə gedən ölkələrdə daşınma qiymətlərində artım olub. Bu amillər bir çox məhsulların xammal dəyərinin artmasına səbəb olur. Bu da bizim əksər məhsullarımızda 5-7 faiz, bəzilərində isə 15 faizədək bahalaşmaya səbəb olub. Cəmi bir adda məhsulumuzda 15 faiz artım var. Bir neçəsini istisna etsək, ortalama qiymət artımı 4-5 faiz civarındadır" - deyə A.Səfərov bildirdi. O qeyd etdi ki, qiymət artımının aşağı həddə olması daxili imkanlar hesabınadır. Bunun üçün də daha çox xammal əldə etmək məqsədilə əkin sahələri genişləndirilir. Həmçinin, ixracın həcminin artırılmasına çalışılır.

"Veysəloğlu" şirkətinin mətbuat xidmətindən isə bildirdilər ki, şirkət hər hansı qiymət artımına getməyib və yaxın gələcəkdə belə bir addımın atılması düşünülmür: "Nə vaxtsa hansısa qiymət artımı baş verərsə, bununla bağlı ictimaiyyətə əsaslandırılmış açıqlama veriləcək" - deyə məlumatda qeyd olunur.

Su benzindən də baha oldu

Azərbaycanda fəaliyyət göstərən "Coca-Cola" şirkəti bu ilin 8 ayı ərzində artıq ikinci dəfə qiymətləri artırıb. İlk bahalaşma qərarı yanvar ayının 24-də verilmişdi. Ən çox artım tətbiq olunan məhsul isə "Bonaqua" sərinləşdirici içkisidir. Son 8 ayda suyun qiyməti 50% artıb. Belə ki, ilin əvvəlində 20 qəpiyə olan 0,5 litrlik sadə suyun qiyməti artıq 30 qəpik olub. Beləliklə, ölkədə, sadə "Banaqua" suyu benzindən baha qiymətə satılır. "Coca-cola"nın digər məhsullarında da 10-30 qəpik arası müvafiq artımlar rəsmən elan edilib.

Hökumətin "qiymət artmayacaq" açıqlaması özünü doğrultmadı

Fevral ayında Azərbaycanda baş verən kəskin devalvasiyadan sonra hökumət rəsmiləri heç bir qiymət artımının olmayacağı barədə açıqlamalar vermişdilər. Bildirilirdi ki, Azərbaycan qida məhsulları ilə bağlı tələbatını əsasən daxili istehsal hesabına təmin etdiyindən bahalaşma faktları işbazların artıq qazanc əldə etmək niyyətindən irəli gəlir. Müvafiq qurumların araşdırmalarından sonra qiymət artımına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar.
Son ayda neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi ilə əlaqədar manatın növbəti devalvasiyanın olacağı barədə ekspertlər tərəfindən proqnozlar verilir. İqtisadçılar bildirirlər ki, dünyada gedən siyasi və iqtisadi proseslər fonunda Azərbaycanda devalvasiya bütün hallarda qaçılmazdır və kəskin olmasa da, yumşaq şəkildə mütləq olacaq.
Bütün bu səbəblər qiymət artımının vüsət alacağını proqnozlaşdırmağa əsas verir ki, bu da əhalinin onsuz da yaxşı olmayan sosial vəziyyətinin ağırlaşması ilə nəticələnəcək.

Natiq Cəfərli: "Bahalaşma ilk devalvasiyanın nəticəsidir"

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, hazırda baş verən qiymət artımı ilk devalvasiyanın nəticəsidir. "Çünki iqtisadiyyatımız fevral ayında baş verən hadisəyə uyğunlaşa bilmədi. Çox təəssüf ki, hökumət qurumları inzibati üsullarla, müdaxilələrlə bazarda qiyməti tənzimləmə yolunu seçdilər. Bazar iqtisadiyyatının qanunları bir kənarda qaldı, hökumət bu yolla qiyməti saxlamağı düşündü. Bu da çox davam edə bilməzdi. Təbii ki, anbarlarda qalan məhsullar tükəndikdən sonra müəyyən müddət gözlədilər ki, biznesdə ya vergidə, ya da gömrükdə müəyyən güzəştlər olacaq. Bu güzəştlər də olmayandan sonra biznes qurumları məcburən qiymətləri artırmağa başladılar. Bu proses nəzərəçarpacaq dərəcədə davam edir. Çünki ya gətirilən məhsulların həcmi azalmalıydı ki, bu da mağazalarda qıtlığa, ajiotaja səbəb olardı və daha böyük ziyan vura bilərdi. Ya da addım-addım, mərhələli şəkildə qiymətlərin artırılmasına gedilməli idi" - deyə N.Cəfərli bildirir.

""Yerli istehsalın qiyməti qalxmamalıdır" düşüncəsi səhvdir"

Natiq Cəfərli deyir ki, Azərbaycanda daxili istehsal müəssisələri xammal alışını dollar vasitəsilə həyata keçirdikləri üçün, ölkədə istehsal olunan məhsullarda qiymət artımı qaçılmazdır. "Azərbaycanda çox səhv bir təsəvvür var ki, yerli məhsulların qiyməti qalxmamalıdır, çünki onun valyuta ilə əlaqəsi yoxdur. Bu fikir əhali arasında da tez-tez səsləndirilir, ancaq əslində belə deyil. Yerli məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir və onun maya dəyəri artdığından istehsal olunan məhsulun bahalaşması da gözlənilən idi. Bu da baş verir. Azərbaycanda marketlərdə dəyəri artan mallar çay və süd məhsullarıdır ki, onun da böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Azərbaycanda o qədər çay istehsal edilmir ki, yerli istehsalı kompensasiya etmək mümkün olsun. Sadəcə xaricdən gətirilən mal yerli markalar adı altında qablaşdırılır. Süd məhsullarının da istehsalı üçün lazım olan süd tozu xammal kimi xaricdən, əsasən Hollandiyadan, Ukraynadan, bəzi hallarda İrandan gətirilir. Buna görə də maya dəyərinə birbaşa təsir edir".
Ekspert bildirir ki, qiymət artımının sürətlə artmasının şahidi olacağıq.

"Rusiyada işləyənlərin göndərdiyi vəsait 6 dəfə azalıb"

Natiq Cəfərli bildirir ki, onsuz da son aylarda əhalinin sosial vəziyyətində ciddi geriləmə var və qiymət artımı bu istiqamətdə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. "İqtisadi geriləmə həm də ölkə daxilində gedən proseslərlə bağlıdır. Yəni bir çox iş yerləri qapadılır. Həmçinin tikintilərin böyük əksəriyyəti dayanmaq üzrədir, bəziləri artıq dayanıb, banklarda, ticarət mərkəzlərində ixtisarlar var, mağazalar qapadılır, rəsmi rəqəmlərə əsasən, pərakəndə satışın dövriyyəsi azalıb, avtomobil və əmlak bazarı yarıbayarı daralıb və s. Təbii ki, bütün bu amillər iş yerlərinin azalması ilə nəticələnir. Bundan başqa gələn ilin büdcəsində ciddi azalmaların olması ehtimalı böyükdür. Çünki neftin qiymətləri hökumətə başqa yol qoymur. Büdcə xərcləmələri azaldıqda iş yerlərinin azalması prosesi daha da sürətlənəcək. Bu da əhalinin sosial vəziyyətində daha ciddi problemlərə səbəb olacaq. Digər bir önəmli amil ondan ibarətdir ki, Azərbaycanda həmişə sosial gərginliyin azaldılmasında mühüm rolu olan Rusiyadan göndərilən vəsaitlər azalıb. Rusiyada yaşayıb çalışan azərbaycanlılar öz ailələrinə hər ay vəsait göndərirdilər ki, o pulun hesabına ailələri həm dolanışıqlarını təmin edirlər, həm də kreditlər vasitəsilə aldıqları daşınar və ya daşınmaz əmlakın pulunu ödəyirdilər. İndi isə rəsmi rəqəmlərə əsasən, Rusiyadan gələn vəsait 6 dəfə azalıb, getdikcə də azalması gözlənilir. Çünki Rusiyada iqtisadi vəziyyət sanksiyalar, rublun məzənnəsinin oynaması ilə əlaqədar həddindən artıq gərgindir. Bu səbəbdən hər iki kanaldan olan problemlər - həm xaricdən, həm də daxildən qaynaqlanan məsələlər Azərbaycanda sosial vəziyyətin getdikcə ağırlaşmasına gətirib çıxara bilər".

"Maaş və təqaüdlərdə inflyasiya səviyyəsində indeksləşmə aparılmalıdır"

Bəs bu vəziyyətdə hökumət hansı addımları atmalı, bahalaşmanın əhaliyə da ağır zərbə vurmasınnın qarşısını hansı formada almalıdır? Ekspert hesab edir ki, gələn ilin büdcəsi qəbul olunarkən sosial xərcləmələr artırılmalıdır. "Həm maaşlarda, həm də təqaüdlərdə ən azından inflyasiya səviyyəsində indeksləşmə aparılmalıdır. Qanun da bunu tələb edir. Bundan əlavə, müəyyən artımlara da getməlidir. Amma buna getməyə resurs məncə, çətin tapılar. Təəssüf ki, gələn il Azərbaycanda maaş və təqaüdlərin nəzərəçarpacaq dərəcədə artacağını söyləmək çətindir. Hökumət bu addımı atmaq istəsə belə çətinlik çəkəcək. Ən yaxşı variant ondan ibarət olardı ki, illərdir dediyimiz kimi, iqtisadiyyatın daha çox liberallaşması və rəqabətli mühitin artması yeni iş yerlərinin yaranmasına səbəb ola bilərdi. Bu da əhalinin dolanışıq səviyyəsinə xeyli dərəcədə müsbət təsir edərdi. Təəssüf ki, illərdir bununla bağlı həm dövlət-hökumət nümayəndələri, həm müstəqil ekspertlər danışsalar da, ortalıqda normal bir proqram yoxdur. Monopoliya davam edir, inhisarçılıq, insanların bazara çıxışının məhdudlaşdırılması, şirkətlərin rəqabətli mühitdə fəaliyyətinə imkan tanınmaması və s. səbəblər iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Yəni hökumətin atmalı olduğu addımlar kifayət qədər var. Amma çox təəssüf ki, bu qədər problemlərə rəğmən bir dənə də antiböhran proqramının olduğunu, insanlara təqdim edildiyini, müzakirələrə açıldığını görməmişik. Bizimlə təxminən eyni sistemə malik olan Qazaxıstanda, Rusiyada artıq bir neçə antiböhran proqramı müxtəlif nazirliklər tərəfindən müzakirəyə çıxarılıb. Hətta "Qazaxıstanda islahatların 100 addımı" adı altında yeni anti-böhran proqramı Nazarbayevin özü tərəfindən elan edilib. Bütün bunlar Azərbaycanda təəssüf ki, görünmür, bu isə real vəziyyəti daha da ağırlaşdırır. Real vəziyyəti görmədən, real diaqnoz qoymadan, qiymətləndirmə aparmadan hər hansı addımların atılması mümkünsüzdür. Hökumət isə hələlik real vəziyyəti görmək istəmir" - deyə N.Cəfərli bildirdi.


{sape_links}{sape_article}