Xəbər lenti
27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

24-04-2017, 14:10

20-04-2017, 16:14

20-04-2017, 09:42

20-04-2017, 09:32

20-04-2017, 09:28

20-04-2017, 09:27

20-04-2017, 09:26

19-04-2017, 09:46

15-04-2017, 21:45

15-04-2017, 21:40

13-04-2017, 12:56

13-04-2017, 12:53

13-04-2017, 12:41

28-11-2016, 13:37

11-11-2016, 14:09

11-11-2016, 14:06

7-11-2016, 11:52

4-05-2016, 23:51

4-05-2016, 23:44

4-05-2016, 16:49

4-05-2016, 16:46

26-04-2016, 22:56

25-04-2016, 10:58

24-04-2016, 23:14

24-04-2016, 22:45

21-04-2016, 14:51

Elvin Məmmədov: "Berti Foqts özü demişdi ki..."

Baxılıb: 321     Tarix: 04-09-2014 17:07   
Elvin Məmmədov: "Berti Foqts özü demişdi ki..." Milli.Az “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsini təqdim edir

- 4 tur arxada qalıb. 2 qələbə, 1 heç-heçə və bir yenilgi. “İnter” üçün bu startı necə dəyərləndirirsiniz?

- Mövsümə pis başlamadıq. Hələ cəmi 4 tur arxada qalıb. Qarşıda isə 32 tur var. Yəni əsas oyunlarımız qarşıdadır. Əslində, “Xəzər Lənkəran”la oyunda xal itirməməli idik. Heç-heçə etsəydik, bizim üçün daha sərfəli nəticə olardı. Ancaq alınmadı, futboldu, belə nəticələr də olur. Qarşıdakı oyunlara baxıb, yerimizi möhkəmlətməliyik.

- “Xəzər Lənkəran”la oyundan sonra baş məşqçiniz Kaxaber Sxadadze belə açıqlama verdi ki, futbolçulara rəqibin qələbəyə daha çox ehtiyacının olduğunu və ehtiyatlı oynamağın vacibliyini bildirdim. Bəlkə, ilk 3 turdakı nəticələr bir qədər rahat oynamağınıza zəmin yaratmışdı?

- Baş məşqçimiz bunu deməklə, bizi xəbərdar etmişdi. Ancaq məsələnin digər tərəfi də var. O cür meydançada futbol oynamaq, sadəcə, mümkün deyil. Meydançada istədiyini edə bilmirdin. Qazonun durumu mane olurdu. Rəqib isə 5-ci dəqiqədə bir hücum etdi, qol vurdu. Onların da başqa epizodu olmadı. Qalan dəqiqələr əsas “döyüş oyunu” oldu. Amma hamımız istəkli idik.

- Premyer Liqada ilk oyununuza da məhz Lənkəranda çıxdınız...

- Debütüm Lənkəranda baş tutdu. Təxminən 2 aydan sonra meydana çıxmaq çətin idi. Ancaq tam hazır olduğumu deyə bilmərəm. Oyundan-oyuna düzələcəyimə əminəm.

- Siz zədələnən vaxt 2-3 həftəyə sıraya dönəcəyiniz bildirilsə də, 2 aydan sonra oyuna çıxdınız. Müalicənizin bu qədər uzanması nə ilə bağlıydı?

- Bu qoyulan diaqnozla bağlı idi. Əvvəlcə 2 həftəyə sağalacağım bildirildi. Sonra MR elətdirdik və məlum oldu ki, müalicə prosesi uzun çəkəcək. Çünki əzələmdə dartınma var idi, onun sağalması lazım idi. Nəticədə müalicə prosesi uzandı.

- Zədəniz artıq tam sağalıbmı?

- Bəli, tam sağalıb. Komanda ilə birgə məşq edirəm. Ağrım yoxdur.

- Şənbə günü “Sumqayıt”la yoxlama oyunu keçirəcəksiniz. Sumqayıt təmsilçisi turnir cədvəlinə başçılıq edir. Halbuki, bu komanda autsayder hesab edilirdi. Onların nəticəsi sizin üçün gözlənilən idi?

- Futbolda hər şey olur. Ötən dəfə “Sumqayıt”ın lider olması ilə bağlı yenə sual verilmişdi. Bunun nə dərəcədə reallıq olduğunu soruşurdular. Nə qədər davam edəcəyini deyə bilmərəm, amma bu gün qələbə qazanıb, bu qədər xal toplayıblar. Nəticədə də liderdirlər. Biz onlarla bu dəfə yoxlama oyunu çərçivəsində qarşılaşacağıq.

- Arxada qalan turları dəyərləndirsəniz, hansı komanda gözləniləndən aşağı çıxış edib?

- “Sumqayıt” müsbət mənada fərqlənir. Digərləri haqda danışmaq isə tezdir. Mövsüm yeni başlayıb. “Qarabağ” fikrini avrokuboklara yönəltmişdi. Artıq qrup mərhələsinə vəsiqə qazandılar. Bundan sonra öz oyunlarını tapacaqlar.

- Yığmanın üzvü olduğunuzdan Rusiya ilə matçla bağlı sual verməmək mümkün deyil. Ekrandan izlədiyiniz oyunla bağlı təəssüratlarınız necədir?

- Açığı, geniş danışmaq istəmirəm. Məni anlayışla qarşılayın. Baş məşqçi də demişdi ki, yoxlama oyunu olduğuna görə, nəticə vacib deyil, futbolçuları yoxlamaq istəyirəm. Vacib olan Bolqarıstanla oyunda qələbə qazanmaqdır. Bu qarşılaşmaya qələbə əzmi ilə çıxmalıyıq. Daha yaxşı nəticə göstərə bilərik. Bu oyunun ab-havası fərqli olacaq.

- Amma 90 dəqiqə bir qol epizodu yarada bilmədik..

- Bu suala baş məşqçi cavab verə bilər. Deyə bilmərəm, niyə hücum qura bilmədik. Bəlkə fərqli sistemlə oynayıblar.

- Bu oyundan sonra Bolqarıstanla matçda uğurlu nəticəyə ümid edirsinizmi?

- Berti Foqts özü demişdi ki, bəzi futbolçuları sınayacam. Əsas heyətlə oynamırdıq. Bolqarıstanla matçda isə fərqli olacaq. Niyə də də olmasın?