Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Hamını xoşbəxt etməyə çalışan adam

Tarix: 21-06-2020 22:29   
Hamını xoşbəxt etməyə çalışan adam
Hümbət Həsənoğlu Azərbaycan ədəbiyyatında yeni eradır. O, azərbaycandilli ədəbiyyatımızda aforizmlər janrının ilklərindəndir

İxtisasca göz həkimi olan, yazar-publisist, Sumqayıt Dostlar Klubunun sədri Hümbət Həsənoğlu müasir Azərbaycan ədəbiyyatında üslubuna görə seçilən yazıçıdır. Əslində, mən deyərdim ki, Hümbət doktorun yazıçılıq fəaliyyəti elə göz həkimliyi peşəsinin digər bir müstəvidə davamıdır. Bir fərqlə ki, uzun illər boyu əməliyyat masasında pasientlərinin fiziki gözlərinə nur bəxş etməyə çalışmış bu insan öz yazıları ilə oxucusunun mənəvi gözlərini – bəsirətini açmaqla onu xoşbəxt etmək üçün çaba göstərir və insafla demək lazımdır ki, buna mənəvi haqqı da çatır. “Xoşbəxt olmağın bircə yolu var: ətrafındakıları xoşbəxt edirsən və onların xoşbəxtliyi içərisində özün də xoşbəxt olursan!” – deyən Hümbət doktor olduğu kimi görünməyi və göründüyü kimi olmağı bacaran nadir insanlardandır. Hazırda Azərbaycan dilində 5 kitabı işıq üzü görmüş yazarın fikirlərində həyata, insana, ictimai münasibətlərə ümumilikdə fəlsəfi, eyni zamanda güclü bir pozitiv-optimist yanaşma var. Hümbət Həsənoğlu nə qədər dərin həyati-mənəvi problemlərə baş vursa da, öz fikirlərini sadə, rəvan, oxunaqlı, dolaşıq fəlsəfi düşüncələrdən uzaq bir dillə təqdim edir və bu cəhətdən oxucu auditoriyası da daha genişdir.

Hümbət müəllimin bütün sumqayıtlıların əzizi olduğunu bir çox sosial şəbəkə istifadəçiləri qeyd edir. Bəs görəsən, Hümbət müəllimi həm yazıçı, həm də dost-yoldaş kimi insanlara sevdirən nədir? Cavab sadədir: Onunla həmsöhbət olan hər kəs böyük təcrübəyə və dərin fəlsəfi təfəkkürə malik olan bu insanın maraqlı ibarələrlə ifadə etdiyi fikirlərindən zövq alıb faydalanmaqdan əlavə, həm də onun diqqət və hörmətindən özünü çox önəmli və dəyərli hiss edir, psixoloji yükünü atıb yeni motivasiya alır. Lakin buna baxmayaraq, həm dostluqda, həm yoldaşlıqda, həm qonşuluqda, həm də iş sahəsində Hümbət müəllimi tanıyanlar bildirirlər ki, ilk baxışdan xaraktercə yumşaq görünən bu insan, əslində, çox mətin, tələbkar, əzmkar və prinsipial adamdır.

Hümbət müəllim bir yazıçı kimi də heç də göz həkimliyindən az uğur qazanmamışdır. Onun yazılarında bol-bol həyat sevgisi, pozitiv ruh, gündəlik həyatın ən xırda elementlərindən böyük estetik zövq alma həvəsi var. Müəllif öz yazılarında estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, fəlsəfə, təbabət, ekologiya, ailə dəyərləri və sair bu kimi vacib mövzulara toxunur. Vətənpərvərlik, xalqsevərlik, azərbaycançılıq hisslərinə köklənmiş yazılar isə onun yaradıcılığına xüsusi dəyər bəxş edir. Bəli, məhz belə bir təfəkkürə, xarakterə malik olması ilə Hümbət Həsənoğlu müasir yazarlar arasında daha sürətlə parlamış və öz layiqli statusunu qazanmışdır. Hümbət Həsənoğlu Azərbaycan ədəbiyyatında yeni eradır. O, azərbaycandilli ədəbiyyatımızda aforizmlər janrının ilklərindəndir, bəlkə də, ilkidir.

Çapan çıxan bütün kitablarının redaktoru olsam da, Hümbət müəllimlə hər dəfə görüşüb ayrılarkən öz-özümə təəssüflə düşünürəm: “Axi niyə bu kişinin danışıqlarını “zapis” etmədim?!” Çünki Hümbət müəllimin hər bir cümləsi bir aforizmdir, onunla hər bir söhbət bir kitab materialıdır.

Məlumat üçün qeyd edim ki, Quliyev Hümbət Həsən oğlu Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim, baş həkim, Leninqrad Hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında həkim, Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan ikinci ixtisas kimi Berlin biznes məktəbini bitirən Doktor Hümbət Quliyev uzun illər Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.

Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.

Hümbət Həsənoğlunun ölkəmizdə nəşr olumuş 5 kitabından başqa (“Statusman”, “Kəpənək xoşbəxtliyi”, “Aforizmlər”, “Hümbət Həsənoğlunun aforizmləri-2”, “Son təbəssüm”) qardaş Türkiyədə də “Kelebek mutluluğu” və “Aforizmalar” adlı iki kitabı işıq üzü görmüşdür. Bundan başqa, yazıçının bir neçə kitabı rus dilinə tərcümə olunmuş, həmçinin Cənubi Azərbaycandakı soydaşlarımız üçün əski əlifba ilə transliterasiya olunmuşdur. Hazırda Hümbət Həsənoğlunun kitabları ibrani dilinə tərcümə olunur.
Bu gün Hümbət Həsənoğlu ömrünün 65-ci yaşını qeyd edir. Hər işində orijinallığı ilə təəccübləndirməyi bacaran yubilyar bu münasibətlə əziz oxucularına yeni çapdan çıxmış “Son təbəssüm” kitabını hədiyyə edir. Əsasən, hekayə, esse, oçerk və pritçalardan ibarət olan bu kitabın, inşallah, xalqımız üçün çox dəyərli bir hədiyyə olacağına əminəm.

65 yaşınız Azərbaycan xalqı, ələlxüsus sumqayıtlılar üçün mübarək olsun, əzizimiz Hümbət doktor!

Vüsal Hətəmov, şərqşünas-filoloq, nəsimişünas

Hamını xoşbəxt etməyə çalışan adam


{sape_links}{sape_article}