Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 17:14

Dünən, 16:54

Dünən, 13:12

Dünən, 10:45

12-12-2019, 14:38

12-12-2019, 14:24

12-12-2019, 13:17

12-12-2019, 12:45

12-12-2019, 10:35

12-12-2019, 10:08

12-12-2019, 10:06

12-12-2019, 10:04

11-12-2019, 16:55

11-12-2019, 16:52

11-12-2019, 16:49

11-12-2019, 16:39

11-12-2019, 14:32

11-12-2019, 12:43

11-12-2019, 11:04

11-12-2019, 10:25

11-12-2019, 09:37

10-12-2019, 17:51

10-12-2019, 17:39

10-12-2019, 17:30

10-12-2019, 16:48

10-12-2019, 16:46

10-12-2019, 16:43

10-12-2019, 16:42

7-12-2019, 23:00

7-12-2019, 22:16

7-12-2019, 22:13

7-12-2019, 22:11

7-12-2019, 16:44

6-12-2019, 14:59

6-12-2019, 14:44

6-12-2019, 14:31

6-12-2019, 12:11

6-12-2019, 11:57

5-12-2019, 23:33

5-12-2019, 23:25

5-12-2019, 17:30

5-12-2019, 16:43

5-12-2019, 16:06

5-12-2019, 15:35

5-12-2019, 13:32

5-12-2019, 13:05

5-12-2019, 12:38

5-12-2019, 00:11

4-12-2019, 23:57

4-12-2019, 23:44

4-12-2019, 15:16

4-12-2019, 14:41

4-12-2019, 14:31

4-12-2019, 14:29

4-12-2019, 14:28

4-12-2019, 14:27

4-12-2019, 12:59

4-12-2019, 10:35

4-12-2019, 00:15

4-12-2019, 00:09

3-12-2019, 16:34

3-12-2019, 10:44

2-12-2019, 22:29

2-12-2019, 22:09

2-12-2019, 21:43

2-12-2019, 16:07

2-12-2019, 15:05

2-12-2019, 14:37

Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi

Tarix: 24-07-2019 00:15   
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
Artıq 26 ildir ki, erməni işğalı altında qalan Cəbrayıl elinə, rayon ictimaiyyətinə ağır itki üz verib. Behbudova Gülşən Rəvan qızı 22 iyul 2019-cu ildə 42 yaşında ürək tutmasından vəfat edib.

Gülşən Behbudova 1977-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Tibb təhsili alan Gülşən Rəvan qızı 1993-cü ilin avqustundan, doğma yurdu Cəbrayılın işğalından sonra Bakı şəhərində məskunlaşıb. Paytaxtın müxtəlif tibb müəssisələrində, o cümlədən Nəsirəddin Tusi adına Klinikada və “Ege Hospital”-da (keçmiş Grand Hospital) işləyib. Sonuncu iş yerində - “Ege Hospital”-da assistent kimi çalışıb. İnsanları və insanlığı, səmimiliyi, dürüstlüyü sevən G.Behbudova məhz bu keyfiyyətlərinə görə işlədiyi kollektivdə hər kəsin rəğbətini qazanıb.

Gülşən Rəvan qızı vaxtilə Facebook sosial şəbəkəsində “CƏBRAYILIM” qrupunun adminlərindən biri olub. Daha sonra “Cəbrayılda qalan dünyam” qrupunun yaradıcılarından və adminlərindən biri kimi fəaliyyət göstərib. Digər adminlərlə birlikdə rayonun ziyalılarını bu qruplarda birləşdirib, gəncləri dəvət edərək onların vətənpərvər ruhda böyüməsi üçün bütün gücünü sərf edib.

G.Behbudova sıradan biri deyildi. İctimai fəal kimi tanınan, fəal vətəndaş mövqeyi ilə seçilən Gülşən Rəvan qızının yurdsevərliyinin, vətənpərvərliyinin, insanpərvərliyinin sərhədi yox idi. Vətən yanğısı, yurd həsrəti, Cəbrayıl, Qarabağ və bütövlükdə Azərbaycan sevgisi sərhəd tanımırdı. Cəbrayılın anım günlərinin təşkili ilə əlaqədar bütün tədbirlərdə iştirak edir, xüsusi fəallıq göstərirdi. İmkanı daxilində hətta yaxın-uzaq bölgələrdə torpağa tapşırılan şəhidlərimizin dəfn və hüzn mərasimlərinin, Qarabağla bağlı tədbirlərin iştirakçısı olurdu.

Təlatümlü bir dənizdə bir növ aysberqə bənzəyirdi Gülşən xanım. Onunla rastlaşanda qarşında son dərəcə xoşbəxt, şən və gülərüz bir Gülşən canlanırdı. Bu hal, ola bilsin, onu yaxından tanımayanlarda “bəxtəvərin yaylağa qalxması” təsəvvürünü yaradırdı. Həqiqətdə isə Gülşən xanım iç dünyasında – görünməyən daha nəhəng tərəfində yurd həsrətinin göyüm-göyüm göynətdiyi, sızlatdığı, bozlatdığı nəhəng bir Cəbrayılsızlıq dərdi daşıyırdı. Yəni “dərd əlindən dağlara çıxmışdı” Gülşən xanım. Ruhu bədənində əziyyət çəkirdi. 26 ildir içində gəzdirdiyi Vətən eşqi, dəli bir Cəbrayıl sevgisi, nəhayət 22 iyul 2019-cu ildə nakam sevgiyə çevrildi. Elə bil vəfasız ürəyinə dammışdı amansız əcəlin yaxınlaşdığı. Ölümündən cəmi iki gün əvvəl, 20 iyul saat 20:47-də: - Nə var Allahdan yuxarı!? Nə var qəbirdən aşağı!? Toparlan, ruhum, gedirik, Sən yuxarı, mən aşağı - dedi və getdi. Getdi ki, əbədilik qazansın. Getdi ki, heç olmasa ruhu doğma yurda qovuşsun...

Rahat uyu, əziz bacımız, istəklimiz, yurddaşımız, qız qardaşımız, Vətən daşı olmağı bacaran vətəndaşımız! Sən özündən sonra böyük bir örnək, böyük bir nümunə qoyub getdin. Vətəni, yurdu, Cəbrayılı təmənnasız sevmək, azadlığı uğrunda mübarizə aparmaq nümunəsi. Parlaq, unudulmaz xatirən hər zaman qəlbimizdə yaşayacaq.

Allah qəriqi rəhmət eləsin! Məkanın cənnət, ruhun şad olsun!

“Facebook” sosial şəbəkəsində yaradılan
“Cəbrayılım Təşkilat Komitəsi” adından
Nəriman Mahmud