Ramiz Mehdiyev təsdiq etdi
Tarix: 02-04-2019 15:20
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
GÜNpress.az xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 30 iyun-10 iyul tarixlərində keçiriləcək.
Seçilmişlər
Ən çox oxunanlar