Qismən səfərbərliyə bu şəxslər cəlb olunacaq - RƏSMİ
Tarix: 28-09-2020 14:25
“Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib”.
GÜNpress.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.
Onun sözlərinə görə, sərəncamla quruma tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin: “Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və mişmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Ordunun komplektləşdirilməsinə cəlb olunacaq”.
O həmçinin qeyd edib ki, Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək imkanlarına malikdir: “Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və smslər daxil olduqda hərbi qeydiyyatda olduqaları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər”.
Seçilmişlər
Ən çox oxunanlar