Nəqliyyat məsələləri üzrə ekspert tələbələrlə görüşüb yol hərəkəti qaydalardan danışdı
Tarix: 08-12-2022 16:04
Bu gün Avtosfer.az saytının rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 18 saylı Bakı Peşə liseyinin təşəbbüsü ilə təhsil ocağında tələbələrlə görüş keçirib. Görüşdə çıxış edən Elməddin Muradlı sürücülərin, piyada və sərnişinlərin qanunla müəyyən edilmiş hüquq və vəzifələrindən danışıb. Qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunla hər bir hərəkət iştirakçısının hüquq və vəzifələri var və bunları bilib əməl etmək olduqca vacibdir.
Xüsusən piyadaların avtomobillı vurulması hallarının artmasından danışan ekspert bildirib ki, respublika üzrə ölümlə nəticələnən qəzaların 60 faizdən çoxu, Bakıda isə 50 faizə qədəri piyadavurmaların payına düşür: “Keçidlərdən düzgün istifadə etmək lazımdır. Yolu qaçaraq keçmək olmaz. Siz gənclər cəmiyyətimiz yaxşı nümunə ola bilərsiniz. Özünüz də öyrənin, başqalarına da öyrədin, tələb edin. Bizim ümidimiz gələcək nəsillərədir, xüsusən indiki gənclər cəmiyyətdə böyük dəyişikliklərə səbəb ola bilər”.
Elməddin Muradlı qeyd edib ki, yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün hər kəs öz üzərinə düşün məsuliyyəti dərk etməlidir: “Pafosdan, böyük sözlərdən uzaq durmalıyıq. Real işlər görməliyik. Hər bir insan başa düşməlidir ki, maşına əyləşən kimi kəməri bağlamaq lazımdır. Bunu başqalarından da tələb etməliyik. Nəzərə almaq lazımdır ki, qəza baş verdikdə kəməri taxmayan sərnişin xəsarət alsa, buna görə sürücü məsuliyyətə cəlb olunacaq. Ona görə də, gəlin bir-birimiz problem yaratmayaq, əksinə, dəstək olaq, qaydalara əməl edək”.
Görüşün sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.
[media=]
Seçilmişlər
Ən çox oxunanlar