Xəbər lenti
18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

Jerar Depardye:” 14 butulka içirəm”

Baxılıb: 375     Tarix: 14-09-2014 21:43   
Jerar Depardye:” 14 butulka içirəm”
Fransanın tanınmış aktyoru Jerar Depardyenin içkiyə aludə olması təzə xəbər deyil. Buna baxmayaraq onun haqqında yayılmış son xəbər çoxlarını təəccübləndirib. Aktyorun son açıqlamasından bəlli olub ki, o, çox içdiyindən bəzən özünə nəzarət hissini itirir.

“Darıxanda çox içirəm. İçəndə isə normal insanlar kimi içmirəm. Elə gün olur ki, 12,13,14 butulka içirəm. Həkimlər məndən soruşurlar ki, nə qədər içirsən. Deyirəm ki, bəzən yaxşı vururam”, Jerar Depardye “Le Soir” qəzetinə bildirib.

Aktyor deyib ki, adətən içkiyə şampanla və ya qırmızı şərabla başlayır: “ Səhər saat 10-a kimi vururam. Nahar vaxtı iki ədəd qırmızı şərab boşaldıram. Sonra pivə, yenə şampan. Saat 17:00-dən sonra isə araq və ya viski içirəm”.


65 yaşlı Jerar Depardye deyib ki, həkimlər ona məsləhət görürlər ki, spirtli içkilərdən uzaq dursun. “Hər halda mən ölmərəm. İndilik belə bir fikrim yoxdur. Canım elə əvvəlki kimi həyat enerjisi ilə doludur”, aktyor deyib.

2013-cü ilin yanvarında Rusiya vətəndaşlığı alan aktyor qeydiyyatda olduğu Mardovada restoran açmaq istəyirdi. Ancaq onun bu palanı baş tutmadı. Əvəzində cənab Depardye “Rus olmağınla qurur duy” layihəsini gerçəkləşdirdi.

Bu ilin aprel ayında isə aktyor bildirdi ki, Rusiyada yeməkxanalar zənciri təşkil etmək istəyir. İlk belə yeməkxana Sankt Peterburqda, daha sonra isə Moskvada açılacaq.

Qeyd edək ki, Jerar Depardye dəfələrlə Bakıda da olub və burada da dövlət rəsmilərinin xətti ilə çoxsaylı görüşlər keçirib. Azərbaycan haqqında xoş sözlər söyləyib.

Elbəyi Həsənli, Sürix