Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 13:11

Bu gün, 13:09

Bu gün, 13:07

Bu gün, 13:05

Bu gün, 13:03

Bu gün, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

ŞEİRLƏRİ İLƏ KÖNÜLLƏRİ OXŞAYAN SƏİDƏ ƏŞRƏFQIZI

Tarix: 02-05-2024 11:05   
ŞEİRLƏRİ İLƏ KÖNÜLLƏRİ OXŞAYAN  SƏİDƏ  ƏŞRƏFQIZI
Mustafa Kamal Atatürk “Yer üzündə gördüyümüz hər şey qadının əsəridir” deməklə qadını bütün varlıqlardan uca tutmuş və yüksək qiymət vermişdir. Həqiqətən, qadın dünyanın qarışıq rəngləri içərisində paklığı və şəffaflığı ilə seçilən ən gözəlidir ki, kainat məhz onun ağuşunda nəfəs alır.
Qəlbi min bir duyğu və arzularla çağlayan, firavan həyatın astanasında ikən xoşbəxtliyi bağlı qapı arxasında qalan bir qadın var... Taleyi dönük, müğənni qızı xatırladan, bağrı Qarabağ həsrətindən yanan bir qadın... Dolaşıq yollarda fikirləri qarışıq olsa da bu qadının könül dünyasının duyğuları onu yalanların və xəyalların şirinliyinə, bəzən gerçək olan röyaların örpəyinə bürüyüb böyük arzuların qanadında Tərtərdən Bakıya qədər gətiribdir.
1961-ci ilin may ayının 15-də Tərtər rayonunun Hüsənli kəndində anadan olan, bu kənddə orta məktəbi bitirən Səidə Əşrəf qızı Hümbətova Nadejda Konstantinovna Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun “Klub tədbirləri rejissorluğu” fakültəsinə daxil olur. Fərqlənmə diplomu ilə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdır. Bir müddət burada kənd klubunun müdiri kimi çalışır, müxtəlif səpkili rəngarəng tədbirlər keçirir, konsert proqramları təşkil edir. Lakin onun arzuları böyük idi. Ən böyük arzusu isə ali təhsil almaq idi. Elə bu məqsədlə 1983-cü ildə yenidən Bakıya gəlir və sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə) verir və imtahanları uğurla verərək “təşkilatçı metodist” fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1988-ci ildə ali təhsilini başa vuran gənc Səidə bu illərdə, yəni gəncliyin unudulmaz şirin çağlarında qısa da olsa xoşbəxt və mənalı ömür yaşayır. Ailə qurur, lakin taleyi daşlara dəyir, qayalara çırpılır. Xoşbəxt sandığı həyat bitir...
İllər keçir, zaman dəyişir... Səidə xanımı bu gün təkcə musiqi müəllimi kimi deyil, istedadlı şairə və dəyərli ziyalı xanım kimi tanınır.
Bəli, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Səidə Əşrəfqızı Azərbaycanın bir sıra bölgələrində yüzlərlə şeirə, poemaya imza atdığı “Dönük tale”, “Qarabağım həsrətindən yandı bağrım” və “Müğənni qız” kitabları ilə geniş oxucu kütləsinin rəğbətini qazanıbdır. Müxtəlif illərdə “Borçalı” nəşriyyatında çapdan çıxan bu kitablar bu gün də sevilə-sevilə oxunur. Şeirləri “Zirvə”, “Ləlvər dağı”, “Şah dağı” poeziya antologiyalarında, həmçinin “Canım Azərbaycanım”, “Sazlı-Sözlü Borçalı”, “Poeziya çələngi” və “Buta” ədəbi məcmüələrində, “Şərqin səsi”, “Ziya”, “Elm və təhsil” və başqa mətbu orqanlarda, saytlarda dərc edilibdir. 2022-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” media mükafatına və “Xan qızı Natəvan” Mükafatı – Fəxri Diploma layiq görülübdür.
63 yaşlı şairə xanım yaşadığı uğursuz taleyindən və həyat həqiqətlərindən o qədər duyğusal yazır ki, oxuduqca onun iç dünyasına daxil olub yaşadıqlarını yaşayır və kövrəlirsən. Bəzən isə bir şeirinin təsirindən göz yaşlarını saxlaya bilmirsən... “Kaş ki, ötən günlərimi geriyə qaytaraydıq” şeirindəki kimi...


Kaş qoynuna alaydı bizi yenə ləpələr...
Qəlbimizin sevgisin hər tərəfə səpələr!...
Bizə lay-lay deyəydi o ulduzlu gecələr...
Kaş yataraq qoynumda belə
hər gün mürgülər!...
xxx
Kaş əllərin saçımda yenə də gəzişəydi,
Od nəfəsin bağrımı yenə də isidəydi,
O gül ətrin hər gecə məni bihuş edəydi...
Ötən günlər yenidən kaş geriyə dönəydi!...

Səidə xanımın poeziya dünyası onun mənəvi dünyasının həyat gerçəkliyinin cizgilərini duyğularının çılğınlığında könül əzəmətinin təsir qüvvəsi ilə bir daha sübut edir. Dünyanın dibini görməyi bacaran şairə xanım bu gün çağdaş şeirimizin sıralarında öz dəsti-xətti ilə seçilən şairlərdəndir. Duyğularındakı saflıq aydın həyat amalının, qəlbindəki pıçıltıları isə hər tərəfə səs salan nəğmənin gözəlliyindən bəhs edir.
Dedin ki bu payız... biz qovuşarıq!
Dünyada bəxtəvər xoşbəxt olarıq!...
Çox vədlər, arzular mənə söylədin...
Əllərim uzalı qaldı, gəlmədin!
XXX
Bəlkə alın yazım olub bu mənim...
Axı, kimdən küsüm, kimdən inciyim!
Talehin mənimlə qərəzi varmış,
Xoş güzəran məndən uzaq qaçarmış!

Gözləmədiyi həyat hadisələri həlim xasiyyətli, həssas və zərif duyğularla yaşayan Səidə Əşrəfqızına çox pis təsir edir. Arzuları ayaq açıb yeriyirkən taleyin amansız, sərt baxışlarından göydən yerə çırpılan qucaq dolu sevgisi onu ömürboyu ayrıla bilmədiyi qəm dəryasına batırır. O baş verən hadisələrə biganə qala bilmir, riqqətə gələrək yazır, yaradır. Qəmdənmi, kədərdənmi, sevgidənmi, böyük məhəbbətdənmi, ayrılıqdanmı ya ölümdənmi bilmirəm... Amma bilinən odur ki, qələm özü onun barmaqları arasında sıxılıb təsirlənən nə varsa, hamısını yazır... Şeirlərindəki poetik ifadələrlə verilən əzablı günlərinin yaşantıları, iztirabları Səidə xanımın ürəyində əbədi məskən salsa da onu Vətən, ana və torpaq sevgisindən məhrum edə bilmir..
30 ilə yaxın bir müddətdə Qarabağ torpağımızın düşmən tapdağı altında inildəməsinə tab gətirməyən Səidə xanımın da qəlbi torpaq həsrəti ilə çırpınırdı. İşğal altında olan torpaqlarımızın azad olunması üçün o da gecə-gündüz Allaha dualar edirdi və ümidini üzmürdü. Qəhrəman oğullarımız Vətənin harayına səs verdi. 2020-ci ilin sentyabr ayının 27-dən başlanan II Qarabağ Müharibəsinin böyük zəfərlə bitəcəyinə başqaları kimi Səidə xanım da inandı və yanılmadı. Noyabr ayının 8-də eşitdiyi qələbə müjdəsi yurd həsrətli şairəni Vətən, torpaq və bir də ömrü yarımçıq qalan nur üzlü şəhidlərimiz haqqında yeni şeirlər yazmağa ruhlandırdı. Ali Baş Komandan cənab İlham Əliyevin “dəmir yumruq” əməliyyatında birləşənlər arasında Səidə Əşrəfqızı da vardır... Qələmi ilə Böyük Zəfərdən, bütöv Azərbaycan uğrunda canını fəda edən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan şeirlərində, poemalarında söz açdı. Onların keçdiyi nümunəvi, şərəfli, qısa, lakin sönməz olan ömür yoluna könül dünyasından poetik ifadələrlə yeni həyat bəxş etdi. Vətən qızının ürəyindəki torpaq həsrəti bitsə də şəhidlərin ruhunu şad etmək üçün bu gün də nisgilli ana-ataların, bacı-qardaşların, gəlinlərin və atasız böyüyən balaların yanında olmağı, onlarla tez-tez görüşməyi, təsəlli verməyi özünə borc bilir. İndiyədək şəhidlər haqqında yazdığı şeirləri də digər şeirləri kimi sevilərək oxunur və yaddaşlarda yer alır.
Xocalı soyqırımında şəhid olan Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyev və Füzuli Rüstəmovun, Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda şəhid olan Milli Qəhrəman Vəzir Orucovun əziz xatirəsinə həsr etdiyi poemaları, eləcə də Tərtər rayonundan olan şəhidlər haqqında yazdığı şeirləri oxuduqca qəhərdən kədər içində boğulursan, çünki hər bir misrasında şəhidin keçdiyi qısa ömür yolunun işartıları, onu dünyaya gətirən ananın, gözü yollardan yığılmayan gəlinin, atasız böyüyən övladın acı göz yaşları var... Tərtər rayonunun Dəmirçilər kəndindən şəhid Şamil Kamil oğlu İsmayıllıya ithaf etdiyi “Layla de, ay ana” şeiri buna misal ola bilər:
Layla de ay ana, həzin bir layla
Ötən günlərimə məni harayla.
Təzədən mən dönüm bir uşaq olum
Girərək qoynuna ətrini alım.
Yaşayaq həyatı kədərsiz, qəmsiz
Nə sən mənsiz ol, nə də mən sənsiz.
Olmasın nə dava, nə qan-qada.
Xoşbəxt ömür sürsün insan dünyada.
Layla de ay ana, mən rahat yatım
Laylanla bəzənsin şəhid həyatım.
Nələr düşünürəm, bilirsən ana,
Sənə gəlin oldu bir gözəl sona.
Kaş həyat yoldaşımla verib baş-başa
Bir ömür yaşayaq onunla qoşa.
Mələk qızlarım Nərgizlə Səma
Bizimlə birlikdə olsun daima.
Bax onlar, ata deyə, axtarır məni
Bilirəm, bu halət çox üzür səni.
Layla de, ay ana, unudum dərdi
Səni tənha qoymaq ağır kədərdi.
Layla de, ay ana, həzin bir səs ilə
Bu nalən daşları gətirir dilə.
xxx
Özünü çox üzmə, ana səbr eylə
Bir cüt balam qaldı, buna şükr eylə
Mənim qızlarıma olarsan ana
Onları sıxarsan bərk-bərk bağrına.
Sən danış onlara döyüş yolumdan.
Zərbəmi tanıdı düşmən qolumda.
Səngərdə düşmənlə gəldim üz-üzə
Qəfil zərbəm ilə gətirdim dizə.
Şərəflə döyüşdüm, şərəflə öldüm,
Amma diri ikən qisasmı aldım.
Layla de, ay ana, layla de mənə,
Şəhid zirvəsindən baxıram sənə.
Layla de, ay ana, bir az uyuyum
O şirin laylandan təsəlli duyum,
Şirin-şirin, rahat-rahat uyuyum.

Qələminin qanadlarında düşmənə alovlu nifrət, atəş və ölüm daşıyan şairə düşüncələri ilə oxucusunu da düşündürməyi bacarır. Səidə xanımın yazdıqları təkcə beyninin məhsulu deyil, həm də qələmin dil açıb demək istədikləridir. Qələm dayanmadan sakitcə yazır...
Arzu və istəklərlə dolu olan həyatda yaşamaq eşqilə çırpınan ürək susmaq bilmir. Qələm təbii tükənməyən bir varlığın iç dünyasından xəbər verir, Səidə Əşrəfqızının düşüncələrini yazır... Xəyallara bələnib uzaqlara getməklə əslində, başqa bir dünyanın adamını təsvir edir... Hazırda çap ərəfəsində olan “Tərtər şəhidləri haqqında“ kitabını əlimizə alıb oxuyanda bunun bir daha şahidi olacağıq.
Qələm sahibləri ağ varaqlar üzərində əks etdiklərindən birinci özləri zövq alır. Könül duyğuları yazara reallıqda görə bilmədiklərini şeiriyyatda, hekayədə qismən də olsa, ona yaşadır, xoşbəxt anlar nəsib edir. Belə anları yaşamağı və yaşatmağı bacaran qələm sahibinin böyüklüyü onun qələminin sehrində, ecazkarlığındadır.
Dəyərli qələm sahibi və istedadlı şairə Səidə Əşrəfqızı! Alın yazınız elə yazıb yaratmaqdır, İdrakınız və qələminiz qəlbləri ram edərək sizi sehrli, valehedici gözəlliklər aləmindən ayırmasın. Yazın, yaradın ki, biz də könülləri oxşayan şeirlərinizdən zövq alaq və xoşbəxt anlar yaşayaq!

RƏNA TƏBƏSSÜM
AJB-nin üzvü