Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

"Quran ona qənim olsun" - Partiya sədrindən Ziya Məmmədova təpki

Tarix: 10-07-2019 15:28   
"Quran ona qənim olsun"
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bildirilir ki, Z.Məmmədov Quranı müataliə edir, namaz qılır, bədii ədəbiyyatla məşğul olur, həmçinin şeir də yazır.

Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev Moderator.az-a açıqılamasında bu xəbəri gülüşlə qarşıladı və bildirdi ki, bu, milləti ələ salmaqdan başqa bir şey deyil:

“Bunlar indi keçmişlərini xatırlayırlar. Keçmişdə rüşvət almaqlarını, dövləti dağıtmalarını, qabaqlarında rəqqasələr oynatmalarını xatırlayanda köks ötürüb deyirlər ki, “Ay Allah, niyə bu yağlı tikə əlimizdən çıxdı?!”. İndi də bəzilər şeir yazır, Z.Məmmədov namaz qılır, namaz onun belini qırsın, Quran ona qənim olsun. Əvvəli elə təmiz adam olsaydı, oğlunun xaricdə dövlət başçısının əleyhinə iş aparması ortaya çıxmazdı. Bunlar bir növ millətlə məzələnirlər ki, “Ay millət, bir vaxt sənin milyardlarını yedim və indi də oturub şeir yaza bilərəm”. Bunlar hələ molla da ola bilərlər. İndi haranı araşdırırsan milyardlardan söhbət gedir. Buna görə də günah millətdədi, millət öz taleyinə biganədir. Bunların etdiklərinin hamısı millətə sataşmaqdı. Onlar xaricdə qurduqları müəssisələri gəlib ölkəmizdə yaradaydılar və elə öz millətimiz də orda işləyərdi. Sadəcə olaraq bunlarınki milləti, xalqı barmağına dolamaqdı.

Bilirsiniz ki, mən də millətini, dövlətini sevən, dövlət başçısına həyatını qurban verən bir insanam. Həqiqəti deyirəm və həqiqəti dedikcə başımdan basırlar ki, məni öldürsünlər. Amma Allah verən canı heç kim ala bilməyəcək. Nə qədər ki, canımda can var, millətimi, dövlət başçımı qorumaqdan ötrü əlimdən nə gəlirsə onu edəcəm. Z.Məmmədov getsin bir şeir də oğluna yazsın, bir şeir də milyardlarla yediyi pullar haqqında yazsın. Yəni bunların hamısı mənasız şeylərdi. İndi gərək Z.Məmmədov içəridə olaydı. Əgər o, türmədə şeir yazsaydı, buna normal baxmaq olardı. O, altı yüz minlik maşında gəzir, bu cür yaşamağa nə var ki. Milləti talan edib, dağıdıb, indi də şah kimi yaşayırlar. Bu cür adamların Allahı, peyğəmbərləri yoxdur, əgər olsaydı, belə humanist prezidentə kömək olardılar. Bunların heç birini görə bilmədim və görə bilmədiyimə görə də deyirəm, dediyimə görə də əziyyət çəkirəm. Məni də basqı altında saxlayırlar. Z.Məmmədova məsləhətim odur ki, namaz qılmağını, Quran oxumağını və şeir yazmağını başqa yerdə etsin, bunlar bu millətə keçməz”.


{sape_links}{sape_article}