Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Anaları döymür ki?! – Təhlil

Tarix: 27-04-2020 15:57   
Anaları döymür ki?!
Həmişə belə olub: “Çətini başlamaqdır”. Ən çətini başlamaqdır.

Başlanğıcda buraxdığımız səhvlər ən yaxşı halda sonumuz olur, ən pis halda isə gecikən fəlakətimiz.

Səhvlərimdən Allaha sığınıram.

Məni müəllimlərim döyməyiblər, ona görə ki, sakit uşaq olmuşam, dərslərimi oxumuşam, əlavə suallarla bezdirməmişəm, dərsə gecikməmişəm və s. Amma sinif yoldaşlarım döyülüblər. O vaxt elə bilirdim ki, belə də olmalıdır. Pedaqoji Universitetdə təhsil aldığım illərdə başa düşdüm ki, müəllimi hamının gözündə dəyərli edən şey onun bildiyi, başqalarının bilmədiyidir. Və başqa müəllim vəzifəsində çalışanlar da o müəllimlərin adının arxasında gizlənir, onların layiq olduqları hörməti, necə deyərlər, xərcləyirlər. Müəllim döyməməlidir! Niyə?!

Qızımın ilk təhsil aldığı sinifdə bir müəllim tərəfindən bir neçə şagirdə qarşı şiddət aktı olmuşdu. Təsəvvür edirsiniz, uşaq birinci sinfə gəlir və akademik ilin ilk həftəsindəcə şiddətlə qarşılaşır. Müəllimin izahı belə oldu: “Yaxşı eləmişəm. Mən insan deyiləm?! Mənim əsəblərim yoxdur?! Guya özünüz uşaqlarınızı döymürsünüz?! Evdə bir uşağa sahib çıxa bilmirsiniz, bizdən bu qədər uşaqla səbirlə davranmağı tələb edirsiniz?! Narahat olmayın, öldürəsi deyiləm, gözlərini qırdım ki, dərsimdə səs salmasınlar.”

Bu fikirləri sosial şəbəkələrdə də görürük. Xüsusən tətil müddətində və ya bu son karantin günlərində müəllimlər tərəfindən valideynlərə qarşı, az qala, hər hərfindən kinayə yağan statuslar paylaşıldı. Bir valideyn kimi bildirim ki, mən övladımı məktəbə məndən uzaq olsun, başım dinc olsun deyə göndərmirəm və onunla keçirdiyim hər dəqiqə mənim üçün dəyərlidir.

Keçək “Niyə?!”mizin izahına

Əvvəla, ona görə ki, buna ixtiyarları yoxdur. Bir uşağın bədəninə onun öz icazəsi olmadan başqa insan toxuna bilməz (həyati təhlükə zamanı həkimlərin müdaxiləsi istisnadır). İkincisi, müəllimin nevroloji probleminə uşaqlar cavabdeh deyil, ümumiyyətlə, bu problemin həlli üçün heç nə edə bilməzlər. Üçüncüsü və geniş yayılmış “səbəb” isə uşaqların valideynləri tərəfindən də şiddətə məruz qalmalarıdır. Bu müəllimə uşağı döymək üçün əsas vermir. Valideyn onun kimi pedaqogika və psixologiya oxumayıb (oxusa yaxşı olar), amma müəllim mütəxəsislərin rəhbərliyi ilə bu sahədə təhsil alıb, imtahan verib, müəllim olmaq üçün icazə əldə edib. Yəni müəllim olmaq bir seçimdir, hər kəs bunu könüllü şəkildə edir (bal hesabı bu ixtisasa məcbur qalanlar, məcburiyyətdən müəllim olanların isə bu barədə nə danışmağa, nə razılıq, nə də narazılıq bildirməyə mənəvi haqları yoxdur!). Valideyn olmaq isə böyük əksəriyyətin sahib olduğu fiziki imkandır və bunun üçün heç kimdən İQ səviyyəsi, mədəni göstəricilər, dünya görüşü, təhsil filan tələb edilmir, heç kimə məhdudiyyət qoyulmur. Valideynlərin içində şiddət altında böyüyən, nəzarətsiz böyümüş, savadsız, dünyagörüşü məhdud, qatı millətçi, fanatik dindar, əyyaş olanları da var. Və ya bəziləri övldadlarını sevsələr də, onlar üçün xidmətçilikdən (yedizdirmək, geyindirmək, çimizdirmək, paltarlarını təmizləmək kimi xidmətlər) başqa bir şey eləmək imkanından məhrumdurlar, çünki bacarmırlar. Buna görə də dövlət gələcəyini, birmənalı olaraq, valideynlərə etibar etmir – pul xərcləyir, infrostrukturlar qurur, maddi-texniki baza ilə təmin edir (burda da yaramaz məqamlar var ki, bu söhbətin mövzusu deyil), illərlə müəllim kadrları yetişdirir, uşaqları təlim-tərbiyəsini onlara – özünün yetirşdirdiyi kadrlara həvalə edir və üstəlik bu işlərə nəzarət sistemi də yaradır. Yəni müəllim valideyni yamsılamamalıdır. Ondan belə şey gözləmirlər!

Bir ciddi məqamın üstündən keçmək olmaz, heç olmaz. Məktəblərdə xüsusi tərbiyəyə ehtiyacı olan şagirdlər var – çətin tərbiyə olunan uşaqlar. Bu uşaqlar da bu millətin övladlarıdır və bu cəmiyyətin bir üzvüdürlər. Onların vəziyyətinin səbəbləri araşdırılmalı, bu səbəblər aradan qaldırılmalı, uşaqların psixi vəziyyəti mütəxəssislər tərəfindən bərpa olunmalı, sonradan uyğun olarsa, məktəbə buraxılmalıdırlar. Ona görə ki, müəllim bu qədər çətin uşaqlarla işləmək üçün yetişdirilməyib, bu adi orta məktəb müəlliminin imkanları xaricindədir və etiraf edək ki, məktəb rəhbərliyi istəməsə, bu uşaqların xüsusi tərbiyəyə cəlb edilməsi çətin olur. Bəzən bu uşaqlar öz davranışlarında dəstəyi ailələrindən alırlar. Şikayət üçün məktəbə çağırılan valideynin övladından daha aqressiv olduğu məlum olur. Valideynlər başa düşməlidirlər ki, onların “əl bəbə, gül bəbələri” öz valideynləri üçün əziz olan başqa şagirdlərin dərsini pozur, hər əməlinə haqq qazandırdıqları əziz balaları başqalarının balalarının tərbiyəsinə mənfi təsir göstərir, məktəbdə bullinq problemləri yaratmaqla özlərindən zəif olan uşaqları fiziki şiddətə məruz qoyur, psixoloji basqı göstərirlər. Bu cür faktlara qarşı aydın valideynlər diqqətli olmalı, tərbiyə edilməsi çətin olan uşaqlarla işə nəzarət etməlidirlər. Bir daha vurğulayım, məktəb rəhbərliyi bu işdə maraqlı olmalıdır.

Müəllim (əsl müəllim) bu ölkənin dəyərli, zəhməti heç nə ilə ödənməyən qiymətli vətəndaşıdır. Onun da işçi hüquqları “Azərbaycan Respublikası Əmək Məcəlləsi” ilə müəyyən edilib: ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək.

Yəni bu valideynləri ( və şagirdləri) başa salmaq lazımdır ki, onların fikizi çəhətdən inkişaf etmiş, boyu müəllimin boyunu keçmiş, pedaqoji prosesi pozan, işin səmərəliliyə zərər vuran, müəllimin stres keçirməsinə səbəb olan, bu vasitə ilə bilvasitə onun sağlamlığına zərər verən, işin faydalılığına ziyan gətirən, sinif yoldaşına şiddət tətbiq edən və buna müdaxilə etmək istəyən müəllimi, “Elə eləmə, sənə də əl dolayım!” deyə təhdid edən övladlarınız “Azərbaycan Respublikası Əmək Məcəlləsi”nin birinci bölmə, ikinci fəsil, 9-cu maddə, “ç” bəndinin tələblərini – işçinin (müəllimin) əmək hüquqlarını pozur, dərs prosesini pozmaqla dövlət büdcəsindən həmin dərs üçün ayrılan məbləğin itkiyə getməsinə səbəb olur. Yəni cinayət edir. Yəni hüquqi dövlətdə cinayət edir. Yəni öz hüquqlarını bilən, qorumaq iqtidarında olan müəllimə qarşı cinayət edir. Yəni o müəllimin qəzəbi mərhəmətini üstələsə (əslində başqa uşaqların haqqına girilməsin deyə bu mərhəmətə ehtiyac yoxdur), övladları, balaları, “əl bəbələri, gül bəbələri” cinayət məsuliyyətinə cəlb oluna bilər. Yəni özünü dəlioğlanlığa vurmaq lazım deyil.

Müəllimlə valideyn əks cəbhələrdə durmamalı, bir-birini günahkar bilib düşmən gözündə görməməlidirlər. Hər ikisi istəyərək eyni şəxsin (şagird və övlad) düzgün inkişafı üçün çalışmalı, əks -təqdirdə, dövlət tərəfindən həmin şagird və övladdan məhrum edilməli!

Faydalı olması diləyi ilə
Sona Əli (xüsusi olaraq birlik.az saytı üçün)


{sape_links}{sape_article}