Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 17:13

Dünən, 15:37

Dünən, 15:25

Dünən, 14:52

Dünən, 14:29

19-11-2019, 15:57

19-11-2019, 15:26

19-11-2019, 12:48

19-11-2019, 11:34

19-11-2019, 11:11

17-11-2019, 09:17

16-11-2019, 22:49

16-11-2019, 17:13

16-11-2019, 17:12

16-11-2019, 16:59

15-11-2019, 20:28

15-11-2019, 15:19

15-11-2019, 08:07

14-11-2019, 14:57

14-11-2019, 14:40

14-11-2019, 14:39

14-11-2019, 12:00

14-11-2019, 11:31

14-11-2019, 08:18

13-11-2019, 23:39

13-11-2019, 20:19

13-11-2019, 16:46

13-11-2019, 16:42

13-11-2019, 16:31

13-11-2019, 15:22

13-11-2019, 14:05

13-11-2019, 12:24

13-11-2019, 11:24

13-11-2019, 10:52

12-11-2019, 17:03

12-11-2019, 16:47

12-11-2019, 16:39

12-11-2019, 16:34

12-11-2019, 14:49

12-11-2019, 14:47

12-11-2019, 13:03

12-11-2019, 12:40

12-11-2019, 12:18

12-11-2019, 10:32

12-11-2019, 09:03

11-11-2019, 16:24

11-11-2019, 14:39

11-11-2019, 14:36

11-11-2019, 10:24

10-11-2019, 14:13

9-11-2019, 18:56

9-11-2019, 18:48

9-11-2019, 18:45

9-11-2019, 18:44

9-11-2019, 18:41

9-11-2019, 18:39

9-11-2019, 16:35

9-11-2019, 10:46

8-11-2019, 23:29

8-11-2019, 12:59

8-11-2019, 10:46

7-11-2019, 14:09

7-11-2019, 11:33

6-11-2019, 16:51

6-11-2019, 16:37

6-11-2019, 14:55

6-11-2019, 14:46

6-11-2019, 12:57

Şəhid olmasından saat yarım öncə danışanda Babək dedi ki,…” — ŞƏHİDİMİZİN ANASI VƏ QARDAŞLARI DANIŞDI

Tarix: 09-11-2019 18:56   
Şəhid olmasından saat yarım öncə danışanda Babək dedi ki,…” — ŞƏHİDİMİZİN ANASI VƏ QARDAŞLARI DANIŞDI
Bu, mənim şəhid evindən hazırladığı sayca ikinci reportajdır. Yadımdadır, ilk reportajım Saatlıda Cabbar adlı şəhidin evindən olmuşdu. Bu dəfə isə Dövlət Sərhəd Xidmətinin MAXE-si, şəhid Babək Aslanovun ailəsiylə görüşmək üçün Xaçmazın Mollübarhan kəndinə yollanıram. Nə yalan deyim, belə reportajlar ən sevmədiyim reportajlardır. Diktofondan səs yazısını çıxaranda şəhid anasının, qardaşının, atasının dediklərini yenidən eşitmək, yenidən o hissləri yaşamaq, bir anlıq da olsa özünü onların yerinə qoymaq…Ağırdı…Çox ağırdı…

Babəkin anası Gülcənnət xanımın (Səfərəliyeva) gözlərinə baxmaq, sual vermək isə ikiqat çətindi. Cəmi 3 günün yarasını qaysaqlamamış bir də qanatmaq…

-Gülcənnət xanım, bilirəm, dərdiniz böyükdür. Amma icazə versəydiniz, bəzi suallar vermək istərdim. Babəkin şəhid olmaq xəbərini…

- Xəbəri məndən bir gün gizlədiblər. Demişdilər ki, Babək yaralanıb. Beş oğlum, bir qızım var. Babək orta təhsilli idi. Əsgərliyini başa vurandan sonra müddətdən artıq xidmət edən qulluqçu kimi orduya qayıtdı. Fəxr edirəm ki, oğlum vətən yolunda şəhid olub. Oğlanlarımdan biri - Nurlan Aslanov da aprel döyüşlərində iştirak edib.

-Vida mərasimində Xaçmaz rayonunun rəhbər şəxslərindən kimlər var idi?

(Sualı Babəkin böyük qardaşı Vaqif Aslanov cavablandırır)

-İcra nümayəndəsi, rayonun deputatı İlham Əliyev, rayon prokuroru, icra başçısı Anar Tağıyev, başçının müavinləri, rayonun polis rəisi, baş həkim gəlib başsağlığı verdilər. Beş qardaş, bir bacıyıq. Özüm də Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuşam. Babək də əsgərlikdən sonra öz istəyi ilə hərbi qulluqda olub. Xaçmazın deputatı İlham Əliyev gəlmişdi . Mətbuatdan da heç kim gəlməmişdi. Hərbi hissənin gizir zabit heyətindən də gələnlər var idi. Babək kənd qəbristanlığında dəfn edildi. Sözün düzü o məqamda şəhidlər xiyabanında dəfn edilməyi heç kimin ağlına gəlmirdi.

-Bir sıra siyasilər, partiya sədrləri Babəkin fotosunu öz sosial şəbəkə hesablarında paylaşırdılar. Onlardan kimsə gəlib başsağlığı verdimi?

-Xeyr, heç kim bizə başsağlığı verməyib. Yalnız dünən bir jurnalist bizə zəng vurub, vəssalam.

-Nurlan, qardaşınızın şəhid olması xəbərini ilk sizə vermişdilərmi?

-Xəbəri bizə dedilər, bir gün anamızdan gizlətdik. Amma nə qədər çətin olsa da, bu xəbəri anamıza deməliydik. Qardaşımız bizim fəxr, qürur yerimizdir. Biz də bundan sonra çalışacağıq ki, qardaşımızın adını uca tutaq. Sosial şəbəkədə yazırlar ki, guya biz Babəki hərbiyə məcbur göndərmişik ki, pul qazansın. Elə şey olmayıb. Babək özü istəyərək hərbini seçib. Məndən iki yaş böyük idi. Hətta əvvəl hərbi akademiyanı da oxumaq istəyirdi, sonar da dedi ki, çavuş, gizir olmaq mənə bəs edir.

-Nurlan, qardaşınızla son danışığınız nə zaman olmuşdu?

-Babək şəhid olmamışdan təxminən saat yarım əvvəl telefonla danışmışdıq.

-Nə danışdınız?

-Həmişəki kimi kef-əhval tutduq, qardaşlarımı, anamızı soruşdu. Xüsusi bir şey danışmadıq. İyul-avqust aylarında isə məzuniyyətə gəlmişdi.

Sonda Babək Aslanovun qardaşı Vaqif Aslanov qardaşının adından siyasi məqsədlər üçün istifadə etmək istəyənlərə qısa müraciət edir.
“Mən sizin vasitənizlə bəzi partiya üzvlərinə müraciət edirəm ki, qardaşımızın adından istifadə etməsinlər. Babəkin adından sui istifadə edənlərə ar olsun!”

İntiqam VALEHOĞLU
Bakı-Xaçmaz-Bakı