Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Müsavatda seçki- Məclisə 6 nəfər seçildi

Tarix: 11-10-2014 23:04   
Müsavatda seçki- Məclisə 6 nəfər seçildi
Bu gün- oktyabrın 11-də Müsavat Partiyasının Məclisinin toplantısı keçirilib. İlk olaraq çıxış edən yeni başqan Arif Hacılı Müsavat Partiyasının 103 yaşının tamam olması münasibəti ilə partiyadaşlarını təbrik edib. Qeyd edək ki, bu gun Musavat partiyasının yarandığı gündür. Ardınca tədbir Müsavatın himni ilə açıq elan edilib.

Tədbirdə 75 Məclis üzvündən 50-si iştirak edib. A.Hacılı bildirib ki, bu, yetərsay deməkdir.

Bu Məclis həm də sərbəst Məclis üzvlüyünə və Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) və boş qalan yerlərinə seçkilər keçirilməsi üçün toplanmışdı. Məclisdə boş olan 38 yer, MNTK-da isə 7 yerə təkrar namizədlər seçilməli idi. MNTK-ya 11, Məclisə isə 65 nəfər namizədliyini verib.

Çıxış edən Müsavatın bir müddət əvvəl keçirilən qurultayında seçki komissiyasının sədri olmuş Mirbaba Babayev narazılıqlarla bağlı fikrini bidirib. O, deyib ki, narazılıqları boğmaq olmaq. onları dinləmək lazımdır. O, qurultay zamanı kabinetlərdən kənarda səs verilməsi məsələsinə aydınlıq gətirib və bildirib ki, vaxt azlığına görə belə addım atılıb: "Biz hesabladıq, bir nəfərin səs verməsi üçün 12-15 dəqiqə vaxt lazım idi. Hər kəs kabinetdə səs versəydi, seçki axşam saat 10-da da qurtarmayacaqdı. Buna görə özümüz kabinetdən kənarda bülletenlərin işarələnməsinə razılıq verdik".

Narazılardan olan Ellada Məmmədli isə qeyd edib ki, bu hal səsvermənin kabinetlərdən kənarda keçirilməsinə haqq qazandırmır. M.Babayev isə deyb ki, narazıların şikayət etmək hüququ var. E.Məmmədli də vurğulayıb: "Biz bu hallarla bağlı Nəzarət Təftiş Komissiyasına şikayət edəcəyik".

Toplantıda Məclisin növbəti toptantısının oktyabrın 25-də keçirilməsi də qərara alınıb. Həmin tarixdə Məclis sədrliyinə, Divan üzvlüyünə və katibliyinə seçki olacaq. Namizədlər üç gün qalmışa qədər irəli sürülə bilər.

Başqan Arif Hacılı bildirib ki, Məclis üzvləri boş 38 yerin hamısına, yoxsa bir qədər az yerə seçki keçirilməsini müzakirə edə bilər. Bundan sonra 30, yaxud 38 nəfərin seçilməsi üçün səsvermə keçirilib. İki təklif verilib. A.Hacılı təklif edib ki, 30 yerə seçki keçirilsin və 8 yer sonradan namizəd olmaq istəyənlər üçün keçirilsin. Bu təklifi dəstəkləyənlərin sayı cəmi 35nəfər olub və qəbul olunmayıb. Mirbaba Babayev isə təklif edib ki, 38 yerin hamısına seçki keçirilsin, ancaq bu təklif də səsvermədə 30 səs toplayıb və qəbul olunmayıb. Başqan isə "Bəs indi necə olacaq?",- deyə sual verib. Keçmiş başqan İsa Qəmbər söz istəyib və təklif edib ki, 32 yerə seçki keçirilsin. Məclis üzvləri bu təklifi yekdilliklə qəbul edib.

Daha sonra MNTK-ya və Məclis üzvlüyünə namizədliyini verən müsavatçıların adları açıqlanıb. Bir neçə nəfər çıxışında gənclərə dəstək olmağı, onları Məclis üzvlüyünə seçməyi təklif ediblər. Sabiq başqan İsa Qəmbər də söz alaraq gənclərə, qadınlara və məhbəs həyatı yaşayan müsavatçılara səs verməyi xahiş edib. Bundan sonra saat 13.00-da səsvermə başlanıb və iki saat davam edib.

Müsavatda Məclisə və MNTK-ya boş qalan yerlərə keçirilən səsvermə başa çatdıqdan sonra partiyanın Məclisində oktyabrın 1-də Milli Şuranın keçirəcəyi mitinq də müzakirə olunub.

Başqan Arif Hacılı bildirib ki, mitinqdə Müsavatın iştirak etməsi vacibdir, başqanın üç müavini siyasi məhbusdur, partiyanın bir neçə üzvü də həbsdədir və siyasi məhbuslardır. Həmçinin ölkədə yüzdən artıq siyasi məhbusun olduğunu xatırladan A.Hacılı qeyd edib ki, Müsavat onları birmənalı olaraq müdafiə etməli və onların azadlığa buraxılması üçün bütün səylərini birləşdirməlidir. Onun sözlərinə görə, mitinqlə bağlı Cəmil Həsənli ilə Gülağa Aslanlı arasında bir neçə dəfə telefon danışığı olub.

Müsavat funksioneri Gülağa Aslanlı isə bildirib ki, oktyabrın 11-də sonuncu dəfə Milli Şuranın sədri Cəmil Həsənli ilə danışıb və məlum olub ki, MŞ Müsavatın mitinqdə iştirakını istəmir: “Cəmil Həsənli bildirdi ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının iştirakı haqqında qərar gecikdiyinə görə, biz Koordinasiya Şurasının ayın 10-da iclasını keçirmişik. Qərara almışıq ki, mitinq zamanı tribunada yalnız MŞ-nin Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazırlanıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb. Mən də Cəmil bəyə bir daha bildirdim ki, biz Müsavat Məclisinin oktyabrın 11-də keçirilən iclasında mitinqlə bağlı müzakirə aparıb qərar verəcəyik”.

Bundan sonra çıxış edənlər Müsavatın mitinqdə iştirak edib-etməməsini müzakirə ediblər. Məclis qərara alıb ki, partiya üzvləri mitinqdə iştirak etsinlər, rəhbərlik isə bunu öz aralarında müzakirə edib qərar verəcək.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də tədbirdə çıxış edib. O bildirib ki, Müsavatın VIII qurultayı demokratik seçki nümunəsi ilə tarixə düşüb: “Azərbaycanı feodalizmə sürümək istəyən Əliyev rejiminə həddini göstərdik. Göstərdik ki, xalq hansı istiqamətdə inkişaf etməlidir, demokratik şəraitdə yaşamağa layiq xalqdır. Eyni zamanda biz demokratik seçki nümunəsi göstərdik. Ölkədə seçkilər total şəkildə saxtalaşdırılır, belə bir şəraitdə Müsavat Partiyası həqiqi bir seçki keçirtdi, azad və ədalətli seçki keçirtdi. Bu, Müsavatın gücünü nümayiş etdirən bir hadisə oldu”.

İsa Qəmbər seçkinin nəticələrindən narazı qalanlara da səslənib. O, qeyd edib ki, şəffaf keçirilən seçkinin nəticələrindən narazı qalanların məsələni şişirtməsi müsavatçılıq ideyalarına hörmət etməməkdir. Seçki pozuntuları haqqında deyilənlərlə razılaşmadığını bildirən keçmiş başqan vurğulayıb ki, bu təbliğatın partiyaya və təbliğatı aparanlara heç bir xeyri yoxdur. “Müsavat Partiyası çox demokratik bir partiyadır. Ancaq nə qədər demokratik olsaq da, hər müsavatçıya bir başqan təyin edə bilmərik. Müsavatın bir başqanı var- Arif Hacılı”,- deyə o qeyd edib.

Səsvermənin nəticəsi olaraq MNTK-ya seçkilərin nəticələri açıqlanıb. Məlum olub ki, 11 nəfərdən heç biri tələb olunan 58 səsi yığa bilməyib və bu səbəbdən seçilmir. Qeyd edək ki, 11 nəfərdən 7-si MNTK-ya seçilməli idi. Məclis nəticələrlə bağlı protokolu təsdiq edib. Növbəti seçki isə oktyabrın 25-də keçiriləcək.

Daha sonra Müsavat Məclisinə boş qalan yerlərə keçirilən seçkilərin nəticələri açıqlanıb. Məlum olub ki, 65 nəfərdən 6 nəfər tələb olunan 58 səsi yığa bilib və seçilib. Bunlar, Alya Yaqublu, Könül Şamilqızı, Nemət Kərimli, Fuad Tağı, Razim Əmiraslanlı, Rüfət Hacıbəylidir. Qeyd edək ki, 65 nəfərdən 32-si Məclisə seçilməli idi. Məclisə 26 yer boş qalıb. Hazırkı Məclis də nəticələrlə bağlı protokolu təsdiq edib.


{sape_links}{sape_article}