Prezident bu məmurlara vəzifə verdi - Komissiyanın yeni tərkibi genişləndirildi
Tarix: 08-05-2019 16:04
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib.
Azərbaycan Dövlət Neft Fondundan GÜNpress.az-a verilən məlumaata görə, Prezident İlham Əliyevin "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanına əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanınyeni tərkibi genişləndirilib:
"Belə ki, Komissiyanın tərkibinə Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini də daxil edilib”
Seçilmişlər
Ən çox oxunanlar