Günel Eyvazlının vətəndaşlarla növbəti görüşü baş tutub
Tarix: 27-01-2020 17:24
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini irəli sürən yazıçı Günel Eyvazlının vətəndaşlarla növbəti görüşü baş tutub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən namizədlər üçün nəzərdə tutulmuş qapalı məkanda (İnternat Tipli Gimnaziyada) gerçəkləşən görüşdə dairə ərazisində yaşayan vətəndaşlar, seçicilər iştirak edib.
Görüşün əvvəlində namizədin vəkilləri çıxış edərək Günel Eyvazlının yaradıcı, ədəbi, ictimai fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Seçiciləri seçkilərdə aktiv iştirak etməyə, layiqli namizədə səs verməyə çağırırblar.
Sonra Günel Eyvazlı çıxış edərək öz platforması, görülməsi vacib olan məsələlər haqqında məlumat verib. O, vurğulayıb ki, heç vaxt, lal, dinməz, susqun ziyalılardan olmayıb. İnsanları, ictimaiyyəti narahat edən məsələrə daima münasibət bildirib. “Çünki ziyalılıq elə özgüvənli olmaq deməkdir. Bundan öncə vətənimə qələmim, sözümlə xidmət etmişəmsə, indi şərəflə, vicdanla Dövlətimə, Xalqıma əməlimlə xidmət etmək istəyirəm” deyə Günel Eyvazlı vurğulayıb. Qeyd edib ki, “Bundan öncəki çağırışda namizədliyimi irəli sürmək istəyim olub. Amma bu fikrimdən daşınmışam. Məhz Ölkə Başçısının gənclərə müraciətini, seçkilərdə fəal olma çağırışını rəhbər tutaraq, savadıma, paletoloji, siyasi təfəkkürümə arxalanaraq seçki marafonuna qoşulmuşam. Dövlət Başçısının, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi islahatlar prosesinə mən də töhvə vermək, prosesin öncüllərdən olmaq istəyirəm” söyləyib.
Qeyd edək ki, bundan öncə namizəd Xızı rayonu kəndlərində vətədaşlar ilə fərdi görüşlər keçirib. Bu gün də Tağıyev qəsəbəsi Hərbi Şəhərcikdə fərdi görüşlər keçirərək insanların problemlərini dinləyib və bu problemləri aradan qaldırmaq üçün birgə, dostcasına, vətəni, xalqı, dövləti sevərək birlik nümayiş etdirməyə səsləyib.
Seçilmişlər
Ən çox oxunanlar