Prokurorluqdan qovulan şirkət rəhbəri haqda şok dosye
Tarix: 15-01-2016 11:35
Büdcəyə külli miqdarda borcu olan “iş adamı” İsmayıl Səlimov kimləri və niyə hədəfə alıb?
Son günlər özünü iş adamı kimi təqdim edən Səlimov İsmayıl Şamil oğlulunun adına ölkə mediasında tez-tez rast gəlinir. Bu şəxs müxtəlif saytlara açıqlama verərərk müxtəlif dövlət qurumları, eləcə də iş adamları haqda sərt ittihamlarla çıxış edir. Həmin ittihamlar və ittihamların əslində hansı məqsədlərə xidmət etməsi haqda az sonra ətraflı bəhs edəcəyik. İndilikdə isə bir suala aydınlıq gətirməyə çalışaq: Kimdir, Səlimov İsmayıl Şamil oğlu?
İsmayıl Səlimov ixtisasca hüquqşünasdı. Moskva Dövlət Universitetini bitirib, SSRİ Baş prokuroru yanında xüsusi əhəmiyyətli işlər üzrə müstəntiq işləyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycana qayıdan İsmayıl Səlimov bir müddət ölkənin baş prokurorluğunda çalışıb. Baş prokuror Zakir Qaralovun 2002-ci il 14 oktyabr tarixli əmri ilə işdən azad olunub.
Prokurorluqdan qovulan şirkət rəhbəri haqda şok dosyeİndi isə daha bir suala cavab tapmağa çalışaq: İsmayıl Səlimov nə istəyir və dövlət qurumlarını niyə hədəfə alıb? Məlumat üçün bildirək ki, o, Bakı və Sumqayıt şəhər İcra Hakimiyyətlərində, ölkədə, həmçinin xaricdə peşəkar hüquq və media şirkətlərində işləyən konkret şəxslərin adlarını çəkir və onlara qarşı ağır ittihamlar irəli sürür. Bu cür “faktlar” diqqətimizi cəlb etdiyindən məsələni araşdırmaq, əsl həqiqəti üzə çıxarmaq qərarına gəldik.
Savash.org-un mövzuyla bağlı apardığı jurnalist araşdırması isə ortaya ilginc mənzərə çıxardıb. Bu mənzərə isə heç də İsmayıl Səlimovun lehinə deyil.
Əvvəla onu bildirək ki, İsmayıl Səlimov prokurorluq orqanlarından heç də özünün iddia etdiyi kimi şəxsi ərizəsi ilə çıxmayıb. Prokurorluq orqanlarındakı fəaliyyəti yararsız hesab olunduğundan və ciddi nöqsanlara yol verdiyindən, yuxarıda da qeyd etdiyimiz kimi 2002-ci ilin 14 oktyabrında onu işdən çıxarıblar. Həmin dövrdə Prokurorluq sisteminin təkmilləşdirmə dövrü olduğundan, hər bir xırda məsələyə görə İdarə rəisi vəzifəsini tutan şəxsi işdən çıxarmaq elə də asan deyildi. Deməli, İsmayıl Səlimov öz "düzgün" fəaliyyəti ilə buna nail olubmuş.
Prokurorluqdan qovulan şirkət rəhbəri haqda şok dosyeMaraqlı məqamlardan biri isə ondan ibarətdir ki, İsmayıl Səlimov mediadakı açıqlamalarında reklam fəaliyyətinə 1998-ci ildən başladığını bildirir. O, hələ prokurorluq sistemində çalışarkən axşamlar işdən çıxdıqdan sonra reklam fəaliyyəti ilə bağlı müəyyən təşkilatlanma işlərini həyata keçirdiyini qeyd edir və reklam sahəsinin inkişafını da məhz bu cür fəaliyyəti ilə əlaqələndirir. Lakin o ixtisasca hüquqşünas olsa da burada hüquq pozuntusunun olduğunu nədənsə “unudur”. Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən dövlət qulluqçusunun, xüsusilə də prokurorluq sistemində çalışan vəzifəli şəxsin kommersiya fəaliyyəti ilə məşğul olması konkret qanun pozuntusu sayılır.
İsmayıl Səlimov öz açıqlamalarında etiraf edir ki, 1998-ci ildə kommersiya fəaliyyətinə başlayıb və yalnız 2002-ci ildən prokurorluq orqanlarından xaric olunub. Bu isə o deməkdir ki, prokurorluq orqanlarında çalışan İsmayıl Səlimov 5 ilə yaxın dövrdə cinayət məsuliyyətinə sövq edən işlərlə - kommersiya fəaliyyəti ilə məşğul olub.
Prokurorluqdan qovulan şirkət rəhbəri haqda şok dosyeBundan əlavə, İsmayıl Səlimov açıqlamalarının hamısında vurğulayır ki, Bakı və Sumqayıt şəhərlərinin İcra Hakimiyyəti orqanlarının İsmayıl Səlimovun təsisçisi olduğu "Mediaqraf" MMC-yə 70 000 manatdan – 700 000 manata qədər vəsait tələbi mövcuddur. O, şirkətin mülkiyyətində olan reklam daşıyıcılarının oğurlandığını, zədələnib dağıdıldığını iddia edir. Amma onun yanaşmasından açıq-aydın görünür ki, ölkənin böyük şəhərlərinin icra hakimiyyətlərini və iş adamlarını hədəfə almış İsmayıl Səlimov təhdid və şantaj yolu ilə varlanmaq iştahına düşüb. Çünki, İsmayıl Səlimovun səsləndirdiyi rəqəmləri sübut edən və onun guya bu işə 700 000 manata qədər vəsait yatırdığını təsdiq edən heç bir sənəd təqdim edilməyib. Belə görünür ki, səsləndirilən rəqəmlər onun arzu və xəyallarından başqa heç nə deyil.
Sahibkarlıqdan öncə prokurorluq orqanlarında çalışan və 1998-ci ildən reklam fəaliyyətinə başlayaraq bu işə guya 770 000 AZN vəsait yatırdığını deyən İ.Səlimov əsas nədənsə vacib olan bir sualı da cavabsız buraxmağa üstünlük verir: adi əmək haqqı alan bir şəxs həmin illərdə bu qədər vəsaiti haradan əldə etmişdi?! Deyə bilər ki, bu məbləğ onun şirkətinin uğurlu işi nəticəsində gəlir kimi əldə olunub. Onda İsmayıl Səlimovun kommersiya fəaliyyəti dövründə dövlət büdcəsinə ödədiyi vergilərin məbləği də çox yüksək olmalıdır axı. Elə bu rəqəmləri araşdırsaq, məsələ özlüyündə aydın olacaq.
Apardığımız araşdırma zamanı həm də aydın oldu ki, əslində məsələ heç də İsmayıl Səlimovun iddia etdiyi kimi deyilmiş. Belə ki, İsmayıl Səlimovun özünün dövlət büdcəsinə, konkret olaraq adını çəkdiyi Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə borcu var imiş. Hətta ildən-ilə ödənməyən borcla bağlı məhkəməyə də müraciət olunub. Məhkəmə sənədlərinə görə, "Mediaqraf" MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə ildən-ilə keçən 40 000 – 50 000 manatlıq borcu yaranıb. Borcun uzun müddət ödənilməməsi səbəbindən məhkəməyə müraciət edilib. Məhkəmənin 26 sentyabr 2011-ci il tarixli İş N 2- (81) - 1772/2011 nömrəli Qərardadına əsasən, 31 295 AZN miqdarında borcun ödənilməsi öhdəliyi "Mediaqraf" MMC-nin üzərinə qoyulmuşdur.
Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin İsmayıl Səlimovun təsisçisi olduğu "Mediaqraf" MMC-yə bir neçə yüz min manat civarında maddi zərərin ödənilməsi ilə bağlı da məhkəmədə işə baxılıb. Ərizəçinin iddiası üzrə mübahisə AR Ali Məhkəməsinə qədər gedib çıxıb və həmin məhkəmə orqanı tərəfindən iddianın rədd edilməsi ilə bağlı 18 fevral 2015-ci il tarixli İş N 2-1(102)-252/2015 nömrəli qərarı çıxarılıb. Yəni, nəticədə "Mediaqraf" MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə qarşı qaldırdığı iddia məhkəmənin yüksək instansiyası tərəfindən də rədd edilib.
Prokurorluqdan qovulan şirkət rəhbəri haqda şok dosyeAraşdırmalarımız zamanı digər maraqlı faktlar da ortaya çıxdı. Belə ki, “Mediaqraf” şirkətinin Bakı şəhərində cəmi 32 ədəd kiçik ölçülü (1,2 x 1,6) qurğusu mövcud olub. Bu isə şəhərdə olan ümumi reklamların cəmi 0,7%-ni təşkil edir. Bu, mövcud reklam bazarının çox cüzi hissəsidir və yüksək ranqlı məmurların guya bu bazarı ələ keçirmək üçün bu cür qanunsuzluqlara əl atması haqqında iddialar şübhəli səslənir. Digər tərəfdən, həmin qurğuların yerləşdiyi ünvanlarda bu günə qədər heç bir ayrı şirkətin reklamı qoyulmayıb. Bu hal Sumqayıtda da təkrarlanır. Deməli, kiminsə bu yerləri ələ keçirmək məqsədi olsaydı, bu yerlər indi heç də boş qalmazdı.
Maraqlı məqamlardan biri isə İsmayıl Səlimov və Reklamçılar İttifaqının sədri Hacəmi Atakişiyevin əlaqəli fəaliyyət göstərməsidir. Demək olar, adıçəkilən şəxslər eyni vaxtda Bakı şəhər İcra Hakimiyyəti və reklam sahəsi ilə bağlı iddialarla çıxış etməyə başlayıblar. Bu da təsadüfi deyil. Əldə etdiyimiz məlumatlara görə, bu iki şəxsin çox yaxın münasibətləri var. Məhz Hacəmi Atakişiyevin Reklam və İnformasiya İdarəsinin rəisi olduğu dövrdə İsmayıl Səlimovun kommersiya fəaliyyəti ilə məşğul olmasına şərait yaradılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, o, 1998-ci ildə prokurorluq orqanlarında çalışdığı halda açıq-aşkar qanun pozuntusuna yol verib - kommersiya fəaliyyətinə qoşulub. Onun şirkətinə şəhərin mərkəzində çoxsaylı reklam yerləri ayrılıb, bunun üçün çox rahatlıqla müvafiq qurumlardan icazələr verilib. Bu da Hacəmi Atakişiyevin sayəsində mümkün olub. Deməli, hazırda hər iki şəxsin həqiqətə söykənməyən və şəxsi məqsədlərə hesablanan ittihamları bir mərkəzdən idarə olunur. Yuxarıda sadalanan faktlardan bir daha aydın olur ki, İsmayıl Səlimovun hərəkətləri qətiyyən obyektiv mövqeyə söykənmir.
Savash.org
Seçilmişlər
Ən çox oxunanlar