Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

«Ölkənin baş bankiri Elman Rüstəmov ölkə prezidentinə xəyanət edib»

Tarix: 24-02-2015 17:39   
«Ölkənin baş bankiri Elman Rüstəmov ölkə prezidentinə xəyanət edib»
«Biz təklif etmişik ki, Elman Rüstəmov həbs edilsin və onun xalqdan oğurladığı, xarici banklarda saxladığı 12 milyard pul əlindən alınsın və Azərbaycan xalqına qaytarılsın».

Bu sözləri PİA.AZ-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev manatın məzənnəsinin ucuzlaşdırılması ilə bağlı yaşananan ajiotajı şərh edərkən bildirib:

«Bu ölkənin baş bankiri Elman Rüstəmovun ölkə prezidentinə etdiyi xəyanətdir. Yəni Elman Rüstəmovun atdığı addım düzgün addım deyildi. Bu məsələ tədricən həyata keçirilməli idi. Bilirsiniz ki, Elman Rüstəmovun vaxtı başa çatır və belə demək mümkündürsə hakimiyyətin də ona olan münasibəti bəlli idi. O xalqı ayağa qaldırmaq və xalqı dövlətdən narazı salmaqdan ötrü bu addımı atıb. Bu isə yolverilməz haldır.

Mən dünən verdiyim təklifdə də demişəm ki, bizdə olan məlumata görə Elman Rüstəmovun xarici banklarda, o cümlədən bir neçə xarici dövlətdə 12 milyarda qədər pulları var. Həmçinin onun özü və ətrafı xaricdə çox böyük biznes işləri ilə, başqa alverlərlə məşğul olurlar. Biz təklif etmişik ki, Elman Rüstəmov həbs edilsin və onun pulları əlindən alınsın Azərbaycan xalqına qaytarılsın. O hardan alıb 12 milyard dolları ki, hələ xarici banklara da yığıb.

Bizim əsas təklifimiz Elman Rüstəmovun həbsidir və ikinci elə bir təklifimiz də yoxdur. Yəni bu gün göründüyü kimi, rayon təşkilatlarında növbətçilər yaratmışıq və təklif etmişik ki, mağazalarda gedən bahalaşma ilə əlaqədar hər an bizə məlumat versinlər. Biz də öz fikrimizi müəyyən yollarla dövlət başçısına çatdırırıq ki, artıq ölkədə belə bir fəlakət başlayıbdır. Mağazalarda siqaretlər, hətta Azərbaycanda istehsal olunan mallar da qalxıbdır və işbazlar da bundan istifadə edib çox güclü şəkildə bahalaşmaya yol veriblər. Açıq deyim ki, xalqın arasında böyük bir ajiotaj var.

Mən də dövlətimi, xalqımı sevən bir adam kimi, ölkə prezidenti mənim qardaşım olduğu üçün ürəyim yanır, bu sözləri deməyə bilmirəm. Bu günkü baş verən məsələlərdən mən çox narahatam. Düşünürəm ki, hər halda qəti tədbir görməyin bir yolu var, o da ölkənin baş bankiri Elman Rüstəmovun təcili həbs olunmasıdır və bu məsələnin qarşısı alınmalıdır.

Bəli, ölkə prezidenti təklif etmişdir ki, dollarla, avroyla, manatın məzənəsi eyniləşdirilsin amma bu dərəcədə birdən birə yox. Bu tədrici bir proses olaraq həyata keçirilməli idi. Hökümət də bahalaşmanın bu prosesdə gözlənmə hərəkətinin qarşısın almalı idi və çox təəsüf ki, bu baş vermədi. Bu proseslerin qarşısını almaq üçün düşünürəm ki, yegane günahkar baş bankir Elman Rüstəmovun həbs edilməli və xalqa dəyən ziyani elə onun xalqdan oğurladığı 12 milyard dollarla ödəyib, o pullar mərkəzi banka qaytarılmalıdır.

Ola bilər ki, bu dediyim fikirlərə görə mənə böyük basqılar olsun, hər halda bir neçə gündür verdiyim açıqlamalardan sonra mənə hədələr, anonim zənglər gəlir ki, sən niyə bu cür təkliflər verirsən. Başıma nə işlər gəlsə də, mən yenə o fikirdəyəm. Ölkədə millətini, dövlətini sevən bir insan kimi mən istəyirəm ki, bu məsələdə ölkə başçısının nüfüzuna bir xələl gəlməsin. Kim də xələl gətirəcəksə ona qarşı çox ciddi, agresiv addımlar atacağıq.

Mənim artıq təklifim yoxdu çünki, artıq ox yayından çıxıbdır. Mağazalarda böyük bahalaşma gedir, xalqda böyük panika var. Mən də istərdim ki, bütün bu hadisələrin qarşını almaq üçün hökümət təcili öz gücündən, öz nüfuzundan istifadə etsin. Bu bahalaşma ilə Azərbaycan xalqına vurulan zərbələrin qarşısı alınsın. Bu məsələdə müəyyən insanlar, məmurlar qazanırlar, amma xalq böyük əziyyət çəkir.»