Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Aslan Aslanovu kimlər atəşə tutur...

Tarix: 25-02-2015 23:18   
Aslan Aslanovu kimlər atəşə tutur...
Dünya o qədər də böyük deyil. Üstəlik Azərbaycan da balaca ölkədir. Bu ölkədə nəyisə gizlətmək çox çətindir. Bəzən isə hətta insanın imkanları xaricindədir.

Qəzet səhifələrini sirr pərdəsi ilə və öz düşmənlərinə atəş açan məmurların eybəcər simaları ilə doldurmaq da heç yaxşı iş deyil. Elə dövlət təsisatları üçün də... Çünki bizim gənc dövlətçiliyimiz hələ çox kövrəkdir, tam oturuşmayıb. Hərçənd ki, bu tip məsələləri həll etmək hətta mükəmməl və qosqoca dövlətlərdən ötrü də demək olar çox çətindir. Bəzən hətta qeyri-mümkündür.

Bu gün müxtəlif psevdo-müxalifət KİV-lərindən bir sabiq məmura qarşı dayanıb-durmadan yaylım atəşi açılır. Şübhəsiz ki, bu, kişiyana hərəkət deyil, özü də sifarişli işdir. Özü də bəzi mirzələr həmin adamı heç də müqəddəs dəyərlər, necə deyərlər, Mariya Maqdalinanı Müqəddəs anaya çevirmək naminə daşa basmırlar. Allah, sən saxla! Axı bu mirzələrin heç birinin Bibliyadakı sayaq bir istəyi - məhv olmuş bir qadının ruhunu xilas etmək kimi bir istəyi yoxdur!



Jurnalistin döyüş əsləhəsini güc strukturları əməkdaşlarının poqonlarına dəyişən bu adamların məhv olmuş bir qadının ruhunu xilas etmək istəyi yoxdur və belə istəkləri olmayıb da!

Təmizini deyək ki, Aslan Aslanova qarşı aparılan bu kampaniya açıq-aşkar iyrənc xarakter alıb. Vəziyyətin iyrəncliyi özünü onda göstərir ki, Aslanov müxalifət mətbuatından yox, hakimiyyətdəki bəzi şəxslərin nəzarətində olan qəzet və saytlardan atəşə tutulur.

Bu hücumların motivi mənə əsla məlum deyil. Bu iyrənc siyasi orgiyaya qoşulmuş bəzi məmurların siması isə mənə ümumiyyətlə maraqsızdır. Məni sadəcə olaraq Azərbaycan jurnalistikasının yeni və tamamilə iyrənc üslubu heyrətləndirir və hiddətləndirir. Bir damcı da istedadı olmayan, yazı yaza bilməyən vulqar və prinsipsiz adamlar kaftar sürüsü kimi hakimiyyət nümayəndələrinin (lap elə sabiq məmur olsun!) əvvəlcə birinin, sonra digərinin üstünə tökülüşürlər.

Mən Aslan Aslanovu təmizə çıxarmaq, ona haqq qazandırmaq və ya bəraət vermək fikrindən və niyyətindən tamamilə uzağam. Axı bu adamı heç üzdən də tanımıram, onunla şəxsən tanış deyiləm. Və buna da qəti əminəm ki, Aslanov heç də mələk deyil! Amma Aslan Aslanov Heydər Əliyevin əsgəri olub axı! Aslanov onilliklər boyu bu hakimiyyətin əsas dayaqlarından biri olub.

İndi isə... İndi isə bir vaxtlar kimlərinsə Heydər Əliyevə atəş açdığı həmin o silahlardan A.Aslanova atəş açırlar.

Lakin gəlin əvvəlcə bu suala cavab tapaq: Aslan Aslanov kimdir?

Belə bir məmurun mövcudluğundan ilk dəfə uzaq 1999-cu ildə xəbər tutmuşam. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Həsən bəy Ağayev haqda sənədli film çəkirdim. Onun qəbirüstü abidəsini axtara-axtara gedib Tiflisin Botanika Bağına çıxmış və orada gördüklərimdən heyrətə gəlmişdim. Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Fətəli xan Xoyskinin və digərlərinin qəbirüstü abidələri bərpa və təmir olunmuşdu. Bağda Azərbaycanın müstəqilliyini Tiflisdə elan etmiş Xalq Cümhuriyyəti banilərinin hamısının şərəfinə xatirə lövhəsi də var idi.



Bunları görəndən sonra Həsən bəy Ağayevin qızı Sevda xanım Pepinovanın (artıq rəhmətə gedib) nömrəsini yığdım ki, bu şad xəbəri ona da çatdırım. Deyim ki, uzaq Tiflisdə kimsə onun atasının xatirəsini əbədiləşdirib. Həmin “kimsə” isə Şəmkirin icra başçısı Aslan Aslanov imiş...

Bakıya qayıdandan sonra mən bu haqda məlumat toplamağa, məmurlardan, hakimiyyətdə olan şəxslərdən bu tarixi ədaləti kimin bərpa etdiyini soruşmağa başladım. Öyrəndim ki, A.Aslanov ən nüfuzlu və qüdrətli qubernatorlardan (bu sözün əsl mənasında!) biri olub və Patriarx da ona möhkəm etimad göstərib, güvənib, inanıb.

Azərbaycanın müstəqilliyi dövründə yüzlərlə adam icra başçısı kürsüsündə oturub. Lakin onların əməlləri kimi adı da unudulub gedib. Tarixdə isə tək-tükləri qalıb. Aslanov həmin nadir adamlardan biridir. O, öz təbəələrini (şübhəm yoxdur k, Aslanov Şəmkir rayonunun, eləcə də şəxsən onun nəzarətində olan ətraf rayonların sakinlərinə məhz təbəə kimi baxırdı) düz 13 il idarə edib. Aslanovun hökmranlıq etdiyi illərdə baş vermiş xeyli mənfi hadisələri xatırlamaq, çoxlu nümunələr gətirmək mümkündür. Təəssüf ki, hakimiyyət adamları dəyişir, heç də xeyirxah insana çevirmir. Amma axı bu adamın əvəzsiz xidmətləri də var. Özü də ilk növbədə elə bu hakimiyyət qarşısında xidmətləri var!

Heydər Əliyev bu narahat bölgəni - siyasi etirazların yetişdiyi Gəncənin düz böyründə yerləşən və hər an partlamağa hazır olan bu təhlükəli rayonu məhz bu 32 yaşlı gənc məmura tapşırmışdı.

Aslanovun siyasi uzunömürlülüyü özlüyündə hər şeyi deyir. A.Aslanov 1994-cü ilin oktyabr qiyamı günlərində də, 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri baş qaldıranda da Heydər Əliyevə sadiq qalıb. Patriarx isə satılmayan sadiq insanları yüksək qiymətləndirməyi bacarırdı.

Nə qədər paradoksal görünsə də belədir: Şəmkir Azərbaycanda yeganə rayon idi ki, Aslanovun 13 illik hakimiyyəti dövründə orada heç bir müxalifət partiyasının bircə yerli təşkilatı da ortaya çıxmamış, müxalif partiyaların bircə özəyi də yaranmamışdı! Demək olar ki, tam “Naxçıvan fenomeni”! Bunu Əliyev hakimiyyəti qarşısındakı xidmətlər nöqteyi-nəzərindən dəyərləndirmək lazımdır.



A.Aslanovun bütün Azərbaycan qarşısında daha bir tarixi xidməti var. Bilənlər bilir, 90-cı illərin ortalarında Gürcüstanda “Mxedrioni” və digər millətçi təşkilatlar tərəfindən şovinizm əhval-ruhiyyəsi qızışdırılanda Gürcüstan azərbaycanlılarının hamısının başı üzərində bir Domokl qılıncı asılmışdı. Onların hamısını qovulmaq təhlükəsi gözləyirdi. Gürcüstan azərbaycanlılarının artıq ilk dəstələri də Bakıya qaçmış, o zaman ölkənin hər yerindən axışıb gələn köçkünlərdən bezmiş paytaxt sakinləri tərəfindən xoşagəlməz ifadə ilə “qrazlar” adlandırılmışdı. Gürcü millətçiləri Azərbaycan kəndlərini bir-birinin ardınca boşaltmağa çalışırdılar.

Bunlar kiminsə yadındadırmı? Bax, Heydər Əliyev bu mürəkkəb, narahat və gərgin bölgəyə o zaman məhz Aslanov Aslanovu göndərmişdi. O da əlindən gələn hər şeyi etdi. Özü də az iş görmədi!

Bunları yada salmaq və sual vermək lazımdır: belə bir adam nəyə görə qəflətən hədəf seçilir, atəşə tutulur?

Heydər Əliyev A.Aslanovun “Gürcüstan azərbaycanlıları məsələsi”nin həllindəki xidmətlərini dəfələrlə etiraf və təqdir edib.

Özü də Aslanova bu yüksək qiyməti təkcə bizim Patriarx verməyib. Elə A.Aslanovu “Gürcüstanın fəxri vətəndaşı” adlandıran Eduard Şevardnadze də onun bu xidmətlərini yüksək qiymətləndirib. Aslanovu öz ölkəsinin ali mükafatı ilə təltif edib...

Bütün bunlar bir insanın mənsub olduğu hakimiyyət qarşısındakı xidmətlərinin, bir məmurun vətən qarşısındakı borcunun qısa xülasəsidir.

Bəs bizim aşağı əyarlı, səviyyəsiz tabloidə qədər cılızlaşmış vulqar qəzetlərin yazarları nədən, hansı faktdan belə dördəlli yapışıblar? Bəli, A.Aslanovun oğlu Ruslan Aslanovun qətlə yetirilməsinin tarixçəsindən.

Param-parça olmuş bu “sevgi üçbucağı” faciəsi üzərində indi ucuz və iyrənc siyasi oyunlar oynamağa çalışırlar. Özü də üstündən illər keçəndən sonra!

Pardon, bəs Aslan Aslanovu ittiham etmək nə üçün? Yoxsa o, öz oğlunun qətlinə göz yummalı, övladının qatillərini bağışlamalı və mükafatlandırmalı idi? Özü də yalnız ona görə ki, hakimiyyəti təmsil edir?!

Mən Aslanova ünvanlanan ittihamların motivini hələ də axıra qədər anlaya bilmirəm. Bir adam, bir ata doğma oğluna onlarla bıçaq zərbəsi endirən insanlara münasibətdə necə davranmalı idi ki? Bəyəm şikayətini geri götürməli idi? Yoxsa bağışlamalı və mükafatlandırmalı idi?

Fikir verin, ürəkbulandıran sifarişli yazıların müəllifləri görün nə yazır. Onlar cəmiyyəti buna inandırmağa çalışırlar ki,- özü də XXI əsrdə!- bəs, Aslanovun oğlu guya ölməyə layiq idi. Həmin mirzələr Aslanovun indi də ikinci oğlunun “kəlləsini” tələb edirlər. Artıq digər Aslanovun da “ovu”na çıxıblar.

Sual olunur: niyə? Küçə söhbəti səviyyəsində cızmaqaralar edən bu müəlliflərin məntiqinə görə, yalnız o səbəbdən ki, mərhum gənc pozğun bir qızla könüllü şəkildə əlaqəyə girib, sevişib? Buna görə adam öldürülməlidirmi? Öldürürlərsə, cəza olmamalıdırmı? Bu adi həbsxana fahişəsi axı nəyə görə qəhrəman səviyyəsinə qaldırılır, qəhrəman kimi təqdim edilir?



Bizim jurnalistlər həmin qadını türmədən çıxanda nəyə görə alqışlarla, sevinc hissləri ilə, az qala əllərinin üstündə qarşıladılar?

Daha bir sual: siz oğlunuzu öldürmüş, özü də bu qətli hər hansı cinayətə görə yox, sevgiyə görə törətmiş adamı bağışlayardınızmı? Üstəlik bu qətli cəngavərlər dövründə olduğu kimi dueldə, kişiyana yox, alçaqcasına, vəhşicəsinə törətmiş qatili əfv edərdinizmi?! Ata Aslanovu da indi mənən elə mərhum oğlu kimi öldürürlər. Alçaqcasına, vəhşicəsinə, iyrənc şəkildə...

Mən də nə qoyub nə axtarıram?! Axı əvvəllər Əliyevlərə atəş açan, sonra qəmbərləri Əliyevlərin düşərgəsinə aparan nişançıların qarşısına yeni hədəf qoyulub və onlar da atmaqda davam edirlər. Özü də döyüşçü kimi yox, killer kimi atırlar...

Əgər o, sənə gərək deyilsə, bu nə cəzadır - Allahın görküdür?...

Mən Dino Butsattinin bu məşhur kəlamını ömrüm boyu xatırlamışam və bu günə də qədər də təkrarlayıram: “Axı itin də vicdanı təmiz olmalıdır”.

Bu kaftarların (“it” demirəm-nə də olmasa həmkarlarımızdır) vicdanı yoxdur və onlara verilən cəza Allahın görküdür, çünki onlara bu lazım deyil...

Virtualaz.org