"Azərsu"dan məcburi köçkünlərə bayram hədiyyəsi
Tarix: 30-12-2014 16:38
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial tədbirlər həyata keçirib.
Cəmiyyətin mətbuat xidmətindən Gunpress.az-a verilən məlumata görə, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq "Azərsu” ASC tərəfindən Saatlı rayonunda müvəqqətiməskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib. Cəbrayıl, Fizuli, Ağdam, Laçın, Zəngilan və işğal olunmuş digər rayonlardan olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə ərzaq yardımı paylanıb. "Azərsu” ASC-nin Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi növbəti yardım tədbiri Bakı şəhəri Suraxanı rayonunda yerləşən 7 saylı uşaq evində keçirilib. Uşaq evində bayram süfrəsi təşkil edilmiş, hədiyyələr və gündəlik istifadə olunan məişət ləvazimatları təqdim olunub.
Seçilmişlər
Ən çox oxunanlar