İsmət Abbasovun oğlu 2 milyonluq evini satdı-ÖZƏL
Tarix: 17-10-2014 14:51
Baş nazirin müavini İsmət Abbasovun təsdiqlədiyi kimi, oğlu Yunis Abbasovun Londonda 2 milyon dolardan çox qiyməti mülkü varıydı. Amma “Gunpress.az” saytına daxil olan məlumata görə, Yunis Abbasov mülkünü bir ay öncə satıb.
Bizi bilgiləndirən mənbənin sözlərinə görə, Avropada inflyasiyanın dərinləşməsinə görə bir çox şəxslər mülklərini satmaqla müəyyən biznes sahələrində güclərini artırmaq istəyirlər. Yunis Abbasov da məhz bu səbəbdən mülkünü satıb və əldə olunan pulu Almaniyadakı şərabçılıq zavodunun inkişafına yönəldib.
Onu da qeyd edək ki, İsmət Abbasov hələ Kənd təsərüfatı naziri olan zaman Almaniyada şərabçılıq zavodu inşa etdirmişdi və istehsal etdiyi məhsullar əsasən Şərqi Avropada satılırdı. İndi isə Yunis Abbasov zavodun imkanlarını artırmaq, həmçinin, üzümçülük sahələri almaq üçün mülkündən imtina etməli olub.
Seçilmişlər
Ən çox oxunanlar