Eyyub Yaqubov Laçının işğal günü konsert verib? – Açıqlama
Tarix: 20-05-2019 11:33
Mediada Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. E.Yaqubovun işğal günü konsert verməsi bir yana dursun, səhnədəki video-kadrlarda erməni bayrağının olması geniş müzakirə mövzusu olub.
“Yeni Sabah” məsələ ilə bağlı müğənni ilə əlaqə saxlamağa çalışıb. Müəyyən olub ki, Xalq artisti Avropa turuna çıxıb və bu gün Fransadadır. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Laçının işğal günü konsert baş tutub.
“Lakin səhnədəki video-kadrdakı görüntü doğru təqdim olunmayıb. Şəklə diqqətlə baxdıqda görürük ki, erməni bayrağı ayaqqabınım altında təsvir olunub”.
Qeyd edək ki, müğənninin ayın 30-u ölkəyə qayıtması gözlənilir.
Seçilmişlər
Ən çox oxunanlar