Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Dəmiri muma döndərən ŞƏHİDİMİZ

Tarix: 20-06-2023 17:24   

Əhməd Məmmədov Teymur oğlu

Bütöv Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü Cəbrayıl rayonunda yerləşir. Cəbrayıl qədim Azərbaycan torpağı kimi iki Azərbaycanı əlində saxlayan bir qəhrəman döyüşçünü xatırladır. Cənubi və Şimali Azərbaycanın əllərindən tutan Cəbrayıl tarixin bütün dövrlərində həm torpaq olaraq, həm də torpağının övladları ilə birgə Azərbaycanın qorunması üçün müharibələrdə iştirak edibdir.
Tarixdə Cəbrayıldan olan döyüşçülərin adı yüzlərlədir. Eləcədə birinci və ikinci Qarabağ müharibəsi dövründə biz canlarından və sağlamlıqlarından keçmiş yüzlərlə cəbrayıl oğulunun adını çəkə bilərik. Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların bir çoxu “Azərbaycanın Milli Qəhrəmanı” yüksək fəxri adına layiq görülmüşlər. Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan hər bir vətən övladının adı tarixdə qalacaq.

Belə qəhrəmanlardan biri də, Cəbrayıl rayonunda anadan olmuş Qarabağ şəhidi Məmmədov Əhməd Teymur oğludur. Şəhidimiz 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. Onu uşaqlıqdan tanıyan adamlar deyirlər ki, Əhməd Məmmədov uşaq yaşlarından erməniləri qəbul etmirdi. Rayon və kənd ərazisində erməni görəndə onlarla dava etməyə çalışırdı. Soruşanda niyə belə edirsən, hələ 8 yaşı olan Əhməd Məmmədov deyirdi ki, onların üzündən yaxşı adam olmadığı görünür. Onlar bura gəlməsinlər deyirdi.
10 illik orta təhsili bitirəndən sonra oxuyub və işləmək üçün Sumqayıta gəlir. Gənc şəhəri sevən Əhməd Məmmədov digər yerdə yox məhz Sumqayıtdakı Kimya Texnologiya texnikumunda oxumaq istəyir. Həmin il sənədlərini həmin texnikoma verir, lakin sonra təhsilini davam etdirmir, sovet təhsil sistemində qohumluq və rüşvəti görüb daimi etiraz edir, ədaləti tələb edir, lakin o zamankı sistem onun haqsızlığa qarşı etirazını bildirdiyi üçün cəzalandırır, o isə cəzanı qəbul etməyib texnikumu yarımçıq qoyur. Sonra hərbi xidmətə yollanır. Macarıstanda xidmət edir. Hərbiyə marağı olduğuna görə müxtəlif təyinatlı bölüklərdə olur. Həm rabitə, həm artileriya üzrə hərbi bacarıqlarına görə seçilir. Orduda qalıb xidmətini davam etməsini komadriləri neçə dəfə təklif etsə də “Azərbaycansız yaşaya bilmərəm” deyib
1979-cu ildə hərbi xidmətini başa vurub geri qayıdır.
Əmək fəaliyyətinə Sumqayıtda Sintez kauçuk zavodunda başlayır. Qısa müddətdə baş usta olur, daha sonra briqadir olur. İş yoldaşları ona "qızıl əl" də deyirdilər. Mahir dəmir ustası idi. Onun iş yoldaşları deyirlər ki, “dəmir onun əlində muma dönürdü”.
1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq, Milli Ordu sıralarına qoşulur. Elə yaşadığı Sumqayıt batalyonuna yazılır. Ailəli, üç övladı olmasını ona deyib arxa cəhbədə qalmasını təklif edirlər. Lakin o heç kimi eşitmir “Qarabağ kişilər yurdudur və qarabağı da oranın kişiləri qorumalıdır” deyib inad edir.
İlk olaraq Ağdam rayonu ərazisinə gəlir. Burda keçmiş hərbi təcrübə ona çox kömək edir. Onu döyüşlərdə tanıyanlar deyirlər ki, Əhməd Məmmədov bütün döyüşçülər çörək yeyib bitirməyənə qədər əlini suya belə aparmazdı. Bütün gənc əsgərlərin döyüş hazırlığı ilə yanaşı niyə Vətən uğrunda döyüşdüklərinin mahiyyətini onlara təbliğ edirdi. Ağdamın Papravənd, Çəmənli, Güllücə kəndləri ərazisində gedən döyüşlərdə iştirak edir. Döyüş yoldaşlarının söhbətlərinə görə, onun xüsusi hərbi bacarığı nəticəsində onlarla düşmən əsgəri məhv edilib. Gənc əsgərləri sinəsi ilə qoruyurdu. Şahidlər deyirlər ki, ən çox atəşə məruz qalan əraziyə gedib gənc əsgərləri ordan çıxardır, özü təkbaşına düşmənə qarşı savaşırdı, neçə neçə gənci ağır döyüş bölgəsindən xilas edib.
Hər dəfə dostları ona “üç balan var, özünü qoru” desələr də, “mənim balam da, atam da, anam da bu torpaqlardır” deyirdi. Şahidlərin dediyinə görə döyüşə girməzdən əvvəl bir ovuc torpağı ovcunda götürüb öpüb gözünün üstünə qoyur, and içirdi ki, onu qoruyacaq. 11 aprel 1994-cü ildə Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlər o qədər ağır keçir ki, Bakıdan belə xəbər verirlər ki, geri çəkilin, özünüzü ölümə verməyin. Amma heç bir kəs geri çəkilmək istəmir. Döyüşçülər Əhməd Məmmədov və bir neçə ailəli əsgərlərə deyirlər ki, “Siz gedin, ailəniz sizi gözləyir, biz subayıq, amma sizin balalarınız var.”
Son döyüşdə onun çıxmaq, sağ qalmaq imkanları olduğu halda döyüş yoldaşlarını meydanda tək qoymayan Əhməd Məmmədov “biz burda bir ailəyik, sizi qoyub getsək, ailəmizin üzünə necə baxacağıq” deyir.
Döyüş zamanı üç güllə yarası alır, lakin döyüş yerini tərk etmir və qəhrəmancasına həlak olur. Şahidlərin dediyinə görə onun şəhidlik zirvəsinə ucaldığı anda əlində bir ovuc torpağı sıxıb saxlamışdı.

Əhməd Məmmədov Sumqayıt şəhərində dəfn edilib.
Şəhidimiz əziz dostum, jurnalist Zaur Əhmədin atasıdır.

Zaur Əliyev, dosent