Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi: iki ilin uğurları və çağırışları
Tarix: 19-04-2023 20:01
Bu gün Azərbaycan QHT sektoru üçün əlamətdar və yeni mərhələnin başlanğıc nöqtəsi olan bir gündür. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasından 2 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 19 aprel tarixində Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Agentliyin yaradılması haqqında Fərman imzalayıb.
2007-2020-ci illərdə QHT sektoruna ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi ilə əlaqədar milli təcrübə formalaşdı
2007-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” əsas götürlüməklə 2007-2020-ci ilərdə QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri təşəkkül tapmış, dövlət dəstəyinin təmin olunmasının mexanizmləri formalaşmışdı. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Şuranın fəaliyyətə başlaması ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi sahəsində yeni idarəetmə modeli meydana gəldi. Bu model dövrün tələblərinə uyğun olaraq Azərbaycanın suverenliyinin gücləndirilməsi, bütün sahələrdə xarici təsiri azaltmaq və müstəqil, milli maraqlar əsasında siyasət formalaşdırılması prioriteti çərçivəsində ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi ilə əlaqədar milli təcrübənin yaradılması vəzifəsini uğurla həll etdi. Zamanın tələbi, milli dövlətçiliyin inkişafı konsepsiyası çərçivəsində milli donor institutu (QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu) yarandı, həmçinin dövlət qurumlarının donor qismində çıxış etməsi təcrübəsi qazanıldı, bu sahədə normativ və institusional baza formalaşdırıldı.
QHT-lərə ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi mexanizminin yaradılması yerli QHT sektorunun şaxəli inkişafını təmin etdi, xarici donorların maraq göstərmədiyi sahələrdə ictimai təşəbbüslər geniş vüsət aldı. Xüsusən QHT-lər Azərbaycan, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı faktlar, milli maraqların müdafiəsi, Birinci Qarabağ savaşında şəhid olmuş soydaşlarımız, onların ailələri və qazilərin sosial müdafiəsi sahəsində miqyaslı fəaliyyətlər həyata keçirdilər. Erməni vandalizmi, insanlıq əleyhinə törədilən cinayətlər, Azərbaycan xalqına qarşı soyqrım, etnik təmizləmə, terror aktları ilə əlaqədar faktların toplanması, ölkə ictimaiyyətinin və beynəlxalq birliyin obyektiv məlumatlandırılması sahəsində diqqətəlayiq işlər həyata keçirildi.
Yerli QHT sektorunun müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etməsi, potensialının, peşəkarlığının artırması diqqətdə saxlanıldı. Dövlət-QHT əməkdaşlığının müxtəlif formatları və nümunələri yaradıldı. 2007-2020-ci illər 1998-2007-ci ilərdən sonra yeni bir mərhələ olaraq milli QHT sektrounun formalaşması, özünü tanıtması, dövlətlə tərəfdaşına münasibətlərinin qurulması, beynəlxalq arenaya çıxışın təmin edilməsi, normativ və institusional bazanın inkişaf etməsi ilə əlamətdar oldu. QHT sektoru milli prioritetlərə uyğun inkişaf istiqaməti götürdü və beynəlxalq təcrübə nəzərə alınmaqla, əsasən ölkəmizə xas olan, spesifik ehtiyaclara cavab verən Azərbaycan modeli formalaşdı.
Azərbaycanda QHT-lərin inkişafı siyasəti ilə bağlı yeni yanaşma
2021-ci il 19 aprel tarixində Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranması yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Azərbaycanın 44 günlük Vətən Müharibəsində parlaq qələbəsi, işağl edilmiş ərazilərin azad edilməsi və ölkənin tarixi inkişaf prosesində yeni mərhələyə qədəm qoyması Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafı siyasəti ilə bağlı yeni yanaşmaların tətbiqini zərurətə çevirmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə əsas milli donor təsisatının yeni təşkilatı-hüquqi formada formalaşdırılması ölkənin yeni inkişaf strategiyasının ehtiyaclarını ehtiva edən addım kimi yeni çağırışları nəzərə alır və yeni hədəflər, vəzifələr müəyyən edir.
Agentlik bu vəzifələrin yerinə yetirilməsinə nail olunması, strateji istiqamətlərinin müəyyənləşdirilməsində yeni imkanları və gerçəklikləri nəzərə alan konsepsiya və proqramların hazırlanması həyata keçirir.
Starteji yanaşma qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli məsələlərlə əlaqədar qərarların qəbulunda, milli, regional və icma səviyyəsində iştirakçılığın genişləndirilməsi, ictimai maraqların qorunması, dövlət və özəl sektorla əməkdaşlıq sahəsində, ölkənin sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılmasında potensialını gücləndirməkdir.
Bu strategiya çərçivəsində QHT-lərin onlarla bağlı siyasətin müəyyən edilməsinə fəal cəlb edilməsi və əsas aktora çevrilməsi, bütövlükdə isə QHT sektrounun inkişafı ilə əlaqədar aktual ehtiyacları nəzərə alan yeni inkşaf sənədlərinin qəbulu nəzərdə tutulur.
Bu yanşma çərçivəsində QHT-lərin layihələrinin effektiv, şəffaf, müasir çağırışları, mövcud potensialı, cəmiyyət və dövlətin ehtiyaclarını nəzərə alan, qabaqcıl dünya təcrübəsinə və bu sahədə əldə olunmuş bilik və bacarıqlara əsaslanan qrant maliyyələşdirilməsi sisteminin yaradılması, QHT-lərin institusional inkişafı ilə əlaqədar çətinliklərə uyğun davamlı dəstək mexanizmi təqdim edilməsi, dövlət orqanları ilə mövcud əməkdaşlıq praktikasının təkmilləşdirilməsi, özəl sektorla əməkdaşlığı real təşviq və mümkün edəcək hökumət siyasətinin reallaşması diqqət mərkəzindədir.
Yeni yanaşma: uğurlar və çağırışlar
QHT-lərin onlarla bağlı siyasətin müəyyən edilməsinə fəal cəlb edilməsi və əsas aktora çevrilməsi Agentliyin idarəetməsində kollegiallıq prinsipinin gücləndirilməsi, Agentliyin 2023-2026-cı illər üçün Strateji Fəaliyyət Planının QHT-lərin bilavasitə iştirakı, onların müəllifliyi ilə hazırlanması, qrant müsabiqələrinin mövzularının əsas etibarı ilə QHT-lərin özləri tərəfindən müəyyən edilməsi bu yanaşmanın təzahürüdür.
Bu yanaşma eyni zamanda siyasi iradənin təzahürdür və əslində həm Agentilikdən, həm də bütövlükdə QHT sektorundan gözləntiləri əks etdirir: daha çox şəffafllıq, daha çox hesabatlılıq, cavabdehlik, məsuliyyət və peşəkarlığın artırılması.
Agentlik şəffaflıq və hesabatlığın təmin edilməsi, inzibati xərclərin azaldılması, qrant fondunun ümumi həcminin artırılması, qrant maliyyələşdirilməsində mütərəqqi yeniliklər (tematik, xüsusi qarnt müsabiqələri, “Kiçik qrantlar müsabiqəsi” üzrə minumum məbləğin artırılması) edilməsi ilə də QHT-ləri narahat edən istiqamətlərdə fəal işləyir.
Həmçinin, regionlarda tədbirlərin təşkilinə dövlət orqanlarının dəstək verilməsi, layihələrin distant monitorinqi, layihələrin hesabatlılığının milli mühasibat uçotu standartları tələbləri səviyyəsində qəbulu ilə əlaqədar yeniliklər QHT-lərin peşəkarlığının artmasını stimullaşdırır.
Beynəlxalq əməkdaşlıq sahəsində Türkiyə və Türk Dövlətləri Təşkilatına üzv ölkələrə yeni səviyyədə əlaqələr qurulur, bütün il ərzində açıq “Səfər qrantları müsabiqəsi” ilə QHT-lərin mötəbər tədbir və təşəbüslərdə iştirakı dəstəklənir. Bu tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi, mövcud problemərin həlli üçün müvafiq təlimat və digər sənədlər hazırlanıb, qrant dəstəyinin aydın meyarları müəyyən edilib.
Bu il ərzində Agentlik özəl sektorla QHT-lərin əməkdaşlığı sahəsində yeni səhifə açacaq işlər həyata keçirəcək. Eyni zamanda QHT sektorunun ümumi vəziyyətinin analizi və bunun əsasında yeni inkişaf sənədlərinin hazırlanması üçün təkliflər irəli sürülməsiylə bağlı fəaliyyətlər həyata keçiriləcək. Həmçinin, QHT-lərin peşəkarlığının artırılması ilə əlaqədar yeni təşəbbüslər olacaq.
Mövcud çətinliklər də ciddi analiz edilir. İlk növbədə layihələrin qəbulu, qiymətləndirilməsi, hesabatların qəbulu ilə əlaqədar elektron xidmətlərin yetərsizliyi qeyd edilməlidir. Qrant müsabiqələrinin elanı, nəticələrin açıqlanması və müqavilələrin bağlanması işi ciddi şəkildə təkmilləşdirilməlidir. İctimai iştirkaçılığın təşviqi ilə əlaqədar bu vaxta qədər əldə olunmuş təcrübə nəzərə alınaraq daha təsirli təşəbbüslər həyata keçirilməlidir. Cəmiyyət və dövlət həyatının vacib məsələləri ilə əlaqədar dialoq, müzakirələrin təşkili sahəsində daha fəal olmaq zəruridir. QHT-lər üçün əlverişli mühit yaradılması, QHT-lər üçün maliyyələşdirmə imkanlarının şaxələndirilməsi istiqamətində çətinliklər qalmaqdadır və onlar daim diqqət mərkəzində saxlamaq lazımdır. QHT sektroru beynəlxalq əməkdaşlıqda ciddi çətinliklərlə üzləşir, potensial zəifləyib və bu məsələlərə diqqət ayırmaq vacibdir.
Gələcəyə baxış
Bu mərhələni, iki illik dövrü qısa analiz etdik və əminəm ki, yaxın gələcəkdə gələcəkdə inkişaf təşəbbüsləri daha çox nəticə verəcəkdir. Əhatə dairəmiz genişlənəcək, tərəfdaşlığımız güclənəcək və potensial yaratma təşəbbüslərimiz artacaq. Yeni dövrün yeni tələbləri, həmçinin yeni çağırışları var, Agentlik olaraq çalışırıq ki, QHT sektorunun möhkəmlənməsi və davamlı inkişafı sahəsində dövlət siyasətini həyata keçirən ixtisaslaşmış dövlət qurumu kimi məqsədlər, vəzifələrlə, ümumilikdə Azərbaycan Respublikasının inkişaf prioritetləri, strateji məqsədləri arasında üzvü əlaqəni təmin edək.
Laçın-Xankəndi yolunda ekofəllarn aksiyası Azərbaycan vətəndaş cəmiyyətinin milli-dövlət maraqları və milli ideologiyanın reallaşmasında güclü rolunu və böyük potensialını bir daha nümayiş etdirir. Bu potensialdan daha səmərli istiadə edilməsinə nail olmaq qarşıda duran vəzifələrdən biridir
Əlbətdə elə məsələlər, çətinliklər var ki, yalnız Agentliyin səyləri kifayət etmir, bununla belə QHT sektrounun inkişaf potensialını gücləndirmək, cəmiyyətə QHT-lərə inam və etibarı artırmaq, cəmiyyət və dövlət həyatında, milli və dövlət maraqlarının qorunmasında, QHT-lərin rolunu gücləndirmək, çətinlikləri mərhələ-mərhələ həll etmək üçün yorulmadan, fəal çalışacağıq
Zaur İbrahimov
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
Müşahidə Şurasının üzvü
Seçilmişlər
Ən çox oxunanlar