Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 13:11

Bu gün, 13:09

Bu gün, 13:07

Bu gün, 13:05

Bu gün, 13:03

Bu gün, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

Aslan Aslanovun «qənim kəsildiyi iş adamı»na təkzib gəldi

Tarix: 02-03-2015 21:14   
Aslan Aslanovun «qənim kəsildiyi iş adamı»na təkzib gəldi
Almaz Qasımova: «Bir ölüm işinin əsil səbəbini bilə-bilə, KİV-də yalan məlumat yaydığına görə həbsdə yatmış adamdan başqa nə gözləyəsən?»

…Hamı elə bilirdi ki, Lamiyə Quliyeva həbsdən çıxandan sonra mətbuatın qulağı dincələcək. Lakin, sanki bir sehirli əl külü üfürüb nəsə alov yaratmaq istəyir…
Sözümün canı var: bir müddət əvvəl «Yeni müsavat» qəzetində Şəmkir bazarının sahibi Elpərəst Həsənlinin Aslan Aslanovla bağlı bəzi ittihamları yer almışdı. Bu ittihamların hədəfi, yaxud müəllifi barədə qətiyyən sözümüz yoxdur. Hətta yeri gəlmişkən deyək ki, adı çəkilən iş adamı Elpərəst Həsənli neçə dəfədir «Təzadlar»a zəng edərək başına gələn müsibətlər barədə geniş açıqlama vermək istədiyini bildirmişdi. Lakin bəzi problemlər üzündən bu iş həvalə olunmuş əməkdaşımız şikayətçinin dəvəti ilə hələki Şəmkirə ezam oluna bilmir.
Bu gün isə E.Həsənlinin «Yeni müsavat»da geniş açıqlaması dərc olunub. Təkrar edirik, E.Həsənlinin bütün ittihamlarına qarışmırıq, bu onun mövqeyidir. Lakin bu mövzuda ilk yazan KİV olaraq həmin müsahibədə adı çəkilən Almaz Qasımova bu gün redaksiyamıza zəng etdi və adının əsassız olaraq hallandırılmasına qəti etirazını bildirdi:
-Almaz xanım, belə başa düşdük ki, sizi «Təzadlar»a ünvan edən səbəb var. Bu barədə danışmayaq. Amma soruşmaq istəyirik ki, axı sizin adınız bu işdə niyə hallandırılır?
-Bilirsiniz, böhtan və şərin bir sərhəddi olmalıdır… E.Həsənli müsahibəsində deyir ki, «Aslan Aslanovla aramızda sözləşmə oldu. Bu söhbətdən sonra Aslan mənim ”Ana Şəmkir" adlı restoranımın yandırılmasını sifariş verdi… A.Aslanovun sifarişini Almaz adlı qadın və onun həyat yoldaşı Tofiq icra edib. Almazla Tofiq restoranı icarəyə götürmüşdülər. Lakin işlədə bilməmişdilər. Sonradan Tofiqin qardaşı da oranı icarəyə götürdü və o da işlədə bilmədi. Bunun üstündə aralarında dava da düşmüşdü. Restoranım icra hakimiyyətinin 200 metrliyində idi. Oranı Aslan o adamlara yandırtdı. Gecə saat 3-də Almaz zəng elədi ki, restoran yanır. Mən başa düşdüm ki, bunu etdirən Aslandır… Restoranımı yandırdığına görə sonradan Tofiqi kolxoza sədr müavini qoydurdu, ona maşın verdi. İllər sonra Tofiq mənə etiraf etdi ki, restoranı Aslanın göstərişi ilə onlar yandırdıblar" və sair…Əvvəla, Elpərəst Həsənlinin adını çəkdiyi «Ana Şəmkir» restoran yox, çayxana idi. Ona qalsa, çox söz deyə bilər. Bu yanğın məsələsi tamamilə yalandır. Aslan Aslanov mühüm dövləti işlərlə məşğul idi, onun vaxtı harda idi ki, belə adama vaxt sərf edəydi və onun restoranını yandırtdıraydı… Elə danışır ki, lap uşaq-muşaq oyununu təsvir edir. Birmənalı olaraq deyirəm ki, Aslan Aslanov nə mənə, nə də həyat yoldaşıma bu barədə heç bir göstəriş verməyib və verə də bilməzdi. Yenə deyirəm, bir çayxana nədir ki, onun yandırılmağını qurub-qoşasan və hələ bir buna zehnini sərf edəsən. Həyat yoldaşım 1997-ci ildə dünyasını dəyişib. Onun barəsində şər-böhtan danışmaq günahdır. O, ali təhsilli insan idi, özü də işləyirdi. E.Həsənlinin bizim haqqımızda yazdıqları hamısı böhtan, Allah onun cəzasını verəcək. Əgər elə bir şey olsaydı, cəzalandırlardıq. Qətiyyən bu deyilənləri qəbul etmirəm. E.Həsənli yalan danışır. Mən uzun illər peşə liseyinin direktoru olmuşam, 9 rayon rəhbəri ilə işləmişəm, hamısı ilə də mehriban münasibətimiz olub. Görünür, bunu E.Həsənlinin gözü götürməyib. Onun restoran dediyi çayxanada elə bir qiymətli əşya da yanmayıb. Özü də o çayxana Elpərəstin olmayıb. Adam danışanda gərək Allahı da yadına salsın, yalan, şər-böhtan danışmasın. Allaha and olsun, nə mənim, nə də həyat yoldaşım Tofiqin bu yanğından xəbəri olmayıb. Və biz kimdənsə tapşırıq almamışıq. Nə də bizə təzyiq olub. Mən ümumiyyətlə, 45 ildir təhsil sahəsində çalışıram, camaatımızın da böyük hörmətini qazanmışam. Sizi rayona dəvət edirəm, öyrənin görün rayonda kiməsə bir pisliyim dəyib? Əgər Elpərəstdən başqa bir nəfər mənim əleyhimə danışsa, onu da qəzetdə dərc edin. Məgər Aslan Aslanov çayxana yandırtmaq istəyirdisə, rayonda kişi tapmırdı, söz desin? Əsla, bizim o yanğından xəbərimiz yoxdur. Bu barədə yazılı şəkildə də fikrimi bildirə bilərəm. O yanğında da üç-dörd taxta-tuxta yanmışdı.
-Bəs niyə o, sizin adınızı çəkir?
-Ona elə gəlir ki, belə şər atsa, inanan tapılacaq… Elpərəstin kiminlə ədavəti var, getsin onunla məşğul olsun, bizim adımızı niyə çəkir? Mən Şəmkirdəki peşə liseyinin 20 il direktoru olmuşam, hörmət sahibiyəm… İndi durub yalan danışacam? Bəs sabah insanların üzünə necə çıxa bilərəm? Əgər o çayxananı biz yandırmışıqsa, qoy Allah da mənim evimi yandirsın. Əks halda, kim yalan danışırsa, Allah… onu cəzalandırsın! Bir də ki, çayxana mənim evimin qarşısında idi, o yansaydı, mənim də evim yanacaqdı. Məgər mən evimi yandıracaqdım? Çox məntiqsiz, sübutu olmayan bir ittihamdır. Mən bu itthamı tamamilə rədd edirəm. Elpərəstin deysən, ağlı çaşıb, unudub ki, korpusun komandiri General Fikrət Məmmədovun avtoqəzada ölməsini bildiyi halda, həmin dövrdə mətbuatda bunu Aslan Aslanovun təşkil etdiyini yazmışdı. Bundan sonra məhkəməyə verildi və həbs olundu. İndi mən də həmin ittihamla onu məhkəməyə verimmi? Belə başa düşürəm ki, verəcəyəm, çünki deyəsən, Elpərəst kişi türmə üçün darıxır… Ayıbdı vallah, o yaşda adama yaraşan ittiham deyil. Biz görmüşük ki, ağsaqqal adam təmkinli olar, doğru danışar. O isə… Yenə də götürüb yazdırıb ki, «…2004-cü ildə Aslan Aslanov məni həbs etdirməzdən 3-4 ay əvvəl Səfər Əbiyev general Fikrət Məmmədovu Gədəbəyə sərhədə göndərdi. Ora gedəndə yolda onu qəzaya saldılar. Bu işi Aslan təşkil etdirmişdi. Fikrət Məmmədov qəzada ölməmişdi. Onu maşından çıxarıb başının arxasına çəkiclə vurmuşdular. Bunu mən ”Hürriyyət" qəzetinə müsahibəmdə demişdim». Bu boyda nağıl olarmı? Allah yalan danışanın bəlasını versin! Başqa nə deyim?