KİDS SKİLLS – Finlandiya Terapiya Azərbaycan məktəblərində
Tarix: 02-02-2022 17:55
Elza Bağırzadə-Bakı şəhər 21 saylı tam orta məktəbin direktoru və “Filland Texnikası” layihəsinin rəhbəri
Azərbaycan Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2021-ci ildə elan etdiyi Vqrand müsabiqəsinin qalibləri siyahısında Yasamal rayon E. Məmmədov adına 21 nömrəli tam orta məktəbdə var. 21 nömrəli məktəbin təqdim etdiyi lahiyyə Finlandiya məktəblərində tədbiq edilən Kids Skills Finlandiya terapiyadır.
Kids Skills-Finlandiyada Ben Furman tərəfindən yaradılmışdır. Ben psixiatr, müəllif və beynəlxalq miqyasda tanınmış həll mərkəzli terapiya təlimçisidir. Ben Finlandiyadakı Helsinki Qısa Terapiya İnstitutunun həmtəsisçisidir. 4-17 yaş aralığında uşaq və yeniyetmələrdə olan psixoloji problemlərin qısa müddətli həllinə yönəlmişdir. Terapiyanın əsas məqsədi «Problemi bacarığa çevirməkdir».
Həmçinin bu terapiyanın əsas şüarı budur: “Uşaqlarda problem yoxdur, öyrənmədikləri bacarıqlar vardır”
Kids Skills məktəb mühütündə şagirdlərin aşağıdaki problemlərinin həllinə yönəlmişdir:
Davranış pozuntusu
Diqqət əskikliyi
Öyrənmə çətinliyi
Hiperaktivlik
Məktəb ilə bağlı qorxular
Özünü düzgün qiymətləndirmə
Sosiallaşma bacarığı və s problemlər
Bu terapiyanı tədbiq edən mütəxəsis aşağıdakıları bacarmalıdır:
Problemi bacarığa çevirməlidir.
Uşaqlarda motivasiya yarat
Bacarığı öyrənməyə başlamaq
Öyrəndiyi bacarığı təriflləmək
Kids skills Finlandiya terapiya ümüumilikdə 15 addımdan ibarətdir .
Terapiya ümumilikdə 15 pillədən ibarətdir:
Problemi bacarığa çevirmək
Uşaqla razılığa gəlmək
Uşağa bacarığın verəcəyi faydaları danış
Ad ver
Qəhrəman seç
Dəstəkçilər
Uşaqda həvəs yarat
Party haqqında danış
Mənə göstər ki, necə edəcəksən?
Öyrənəcəyin bacarıqdan ətraflflı danış
Bacarığın necə öyrənməyə başlayacağını soruş
Xatırladıcılar
Party
Öyrəndiyini başqa uşaqlara da öyrət
Digər bacarığa keçid
Terapiyanın mərhələləri isə bunlardır:
Uşaqda özgüvəni yarat ki, bacarığı öyrənə bilsin.
Uşaqla planlaşdırın ki, bacarığı öyrəndikcə uşaq necə mükafatlandırılsın
Uşaqdan soruş ki, o bacarığı öyrəndikdən sonra necə davranacaq
Ətrafdakı insanlara bildirsin ki, uşaq hansı bacarığı öyrənir
Uşaqla necə başlayacağına dair razılığa gəl
Uşaq bacarığı öyrənməyi unudanda ətrafdakıların onun yadına salacağını bildirsin
Uşaq bacarığı öyrəndikdən sonra hər kəsə bildirsin və qeyd etsin
Uşağı öyrəndiyi yeni bacarığı başqasına öyrətməsi üçün həvəsləndir
Yeni bacarığa keçməyə razılıq ver
Beləliklə şagirdlər ilk öncə problemlərinə bacarıq kimi baxmağı öyrənirlər. Məsələn düzgün oturmağı bacarmayan bir şagirddə səliqəli oturma bacarığı, kəkələməsi olan bir şagird də gözəl danışmaq bacarığı, aqressiv bir şagird də sakit olmaq və stop bacarığı, öyrənmə çətinliyi olan şagird də isə əlaçı olmaq bacarığı öyrədərk inkişaf etdiririk.
Bu terapiya həmçinin valideyn və müəllimlərə də problemi olan şagirdlərə doğru yanaşmağı öyrədir. Kids skills terapiya sayəsində müəllim və valideynlər aşağıdaki bacarıqlara yiyələnirlər:
Uşaqları necə tərifləmək olar?
Uşaqları dinləməyə necə cəlb etmək olar?
Digər böyüklərlə necə əməkdaşlıq etmək olar?
Uşaq bacarıqlarını necə öyrətmək olar?
Cəzanı başqa hansı alternativ variant ilə əvəz etmək olar?
Kids skills bir çox ölkələrdə tədbiq edilir. Kids'Skills haqqında Ben Furman tərəfindən yazılan kitablar 20 dildə nəşr edilmişdir və bu metod dünyanın bir çox ölkələrində istifadə olunur. Kids Skillsin qeyd edək şagirdlərə maraqlı olsun deyə mobil tədbiqidə vardır. Həmin tədbiq ingilis, Rus, Çin, İspan, Ərəb, Danimarka, Hollandiya, Fin bir Macarıstan da daxil olmaqla bir çox dillərdə hazırlanaraq istifadəyə verilmişdir. Və bu ildə V qrand layihə çərçivəsində Azərbaycanda bir neçə məktəbdə tədbiqi nəzərdə tutulur. Layihə uğurla başa vurularsa növbəti illərdə mobil tədbiqinində Azərbaycan dilində hazırlanıb şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.
Layihənin ilk mərhələlərində 21,308,167 və 60 nömrəli məktəbin müəllim və psixoloqlarına finland texnika : problemi bacarığa çevirək layihəsinin mövzusun əhatə edən təlim keçirildi. Müəllimlər ilə təlim bitdikdən sonra isə həmin məktəblərin valideynləri ilə görüşlər təşkil edildi. Distant görüşlər bitdikdən sonra isə həmin məktəblərin ibtidai siniflərindən hər məktəbdən iki sinif seçilərək həmin siniflərdə layihə tədbiq edilməyə başlanıldı. Layihə daxil olan siniflər xüsusi lövhələrlə və layihənin iş dəftərləri ilə təmin edildilər. Həmin məktəblərə təhkim olunan təhkimçilər isə şagirdlərlə məktəbdə aparılacaq işləri davam etdirirlər.
Seçilmişlər
Ən çox oxunanlar