"Vətən Fədailəri: İmişli şəhidləri"
Tarix: 07-09-2022 11:08
"Şəhidlərin haqqlarını ödəyə bilmərik" deyirik. Bəli, biz onların ömür borclarını ömrümüz boyu ödəyə bilmərik. Ancaq şəhidlərin adlarını yaşatmaqla, tanıtmaqla onların ruhlarını şad edə, şəhid doğmalarının isə təsəllisi ola bilərik. Bu addımları atmaq hər bir vətəndaşın insanlıq və vicdan borcudur.
Bu vicdan borcunu layiqincə yerinə yetirən, yaradıcılığını şəhidlərimizin adlarını yaşatmaq və tanıtmağa həsr edən, şairə, publisist Manya Səxavətqızının sayca 8-ci şəhidlərimizə həsr etdiyi 6-cı kitabı "Vətən Fədailəri: İmişli şəhidləri" kitabı işıq üzü görüb. Qeyd edim ki, "Vətən Fədailəri" müəllifin rəhbəri olduğu layihədir. Layihənin ilk cildi "Vətən Fədailəri: Naxçıvan şəhidləri" kitabı olub və həmin kitabın təqdimatı Müdafiə Nazirliyinin göstərişi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilərək şəhid ailələrinə və oxuculara təqdim edilib. Kitabın II cildi "Vətən Fədailəri: İmişli şəhidləri" kitabı da Zəfər tariximizin II ili ərəfəsində şəhid adına layiq təqdimatla şəhid ailələrinə və oxuculara təqdim olunacaq. Onu da qeyd edək ki, kitab satış üçün nəzərdə tutulmayıb.
"Vətən Fədailəri: İmişli şəhidləri" kitabının ərsəyə gəlməsində Manya Səxavətqızı ilə yanaşı müstəsna rolu olan insanlar var. Kitabın maliyyə dəstəkçisi əslən İmişli rayonunun...... kəndindən olan iş adamı, "Baku Rifah Residence" nin rəhbəri Şamil Xubyarovdur.
"Vətən Fədailəri" layihəsinin dəstəkçisi Şahin Məmmədov hər zaman olduğu kimi bu kitabın ərsəyə gəlməsində də əlindən gələn köməyi əsirgəməyib.
"Vətən Fədailəri : İmişli şəhidləri" kitabı "Orxan" Nəşriyyat və Poliqrafiya müəssisəsində çap olunub. Cəfər müəllimin, Elçin müəllimin və nəşriyyatın işçilərinin birgə zəhməti kitaba baxarkən hiss olunur.
Kitabın üz qabığında müəllifin bütün istəklərini nəzərə alaraq kitabın daxilini xaricinə yansıdan isə dizayner Gülnarə Əliyeva olub. Böyük zəhmət və diqqətlə ərsəyə gələn bu kitab bu günümüzdən sabahımıza bir əmanətdir.
Seçilmişlər
Ən çox oxunanlar