Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 20:52

2-07-2020, 22:23

2-07-2020, 14:59

2-07-2020, 14:58

2-07-2020, 14:05

2-07-2020, 11:31

2-07-2020, 11:14

2-07-2020, 09:10

2-07-2020, 08:55

1-07-2020, 20:52

1-07-2020, 11:25

30-06-2020, 23:35

30-06-2020, 17:33

30-06-2020, 14:01

30-06-2020, 11:22

29-06-2020, 15:35

29-06-2020, 14:57

29-06-2020, 13:40

29-06-2020, 13:38

29-06-2020, 13:28

29-06-2020, 11:16

28-06-2020, 12:56

27-06-2020, 14:27

27-06-2020, 14:06

27-06-2020, 12:29

27-06-2020, 11:58

27-06-2020, 11:57

27-06-2020, 11:56

26-06-2020, 14:38

25-06-2020, 22:29

25-06-2020, 15:04

24-06-2020, 17:26

24-06-2020, 17:24

24-06-2020, 16:00

24-06-2020, 13:36

24-06-2020, 12:51

24-06-2020, 10:49

24-06-2020, 10:48

24-06-2020, 10:45

24-06-2020, 10:30

22-06-2020, 18:05

22-06-2020, 14:03

22-06-2020, 12:43

22-06-2020, 12:31

22-06-2020, 11:29

22-06-2020, 11:04

21-06-2020, 22:29

20-06-2020, 00:08

20-06-2020, 00:04

19-06-2020, 23:50

19-06-2020, 19:11

19-06-2020, 19:09

19-06-2020, 17:13

19-06-2020, 15:48

19-06-2020, 15:06

19-06-2020, 12:26

19-06-2020, 11:48

19-06-2020, 11:07

18-06-2020, 18:10

18-06-2020, 15:30

18-06-2020, 11:44

18-06-2020, 00:39

17-06-2020, 17:12

17-06-2020, 16:17

17-06-2020, 15:36

17-06-2020, 14:23

16-06-2020, 17:49

16-06-2020, 17:46

“Bu gün müxalifət patiyalarının durumu ürəkaçan deyil” - Əli Orucov

Tarix: 14-06-2020 15:39   
 “Bu gün müxalifət patiyalarının durumu ürəkaçan deyil”
Müxalifət düşərgəsində qarşılıqlı ittihamlar davam etməkdədir. Milli Şura və AXCP fəallarının digər müxalifət nümayəndələrinə qarşı təhqiramiz ifadələrə yol verməsi münasibətləri daha da gərginləşdirib. “Unikal” qəzetinə müsahibə verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov öncə müxalifətdaxili gərginliklə bağlı fikirlərini bölüşüb.

-Əli bəy, son dövrlər Milli Şura və AXCP rəhbərliyinin videokonfransları ciddi siyasi mübahisələrə səbəb olub. Özlərindən başqa digər müxalifət qüvvələrini lağa qoyub təhqir edirlər. Bu barədə nə deyə bilərsiniz?

-Siyasi mübarizədə və siyasətdə əxlaq və etik normalar həmişə gözlənilməlidir. Rəqiblərə, opponentlərə kimliyindən asılı olmayaraq hörmətlə yanaşılmalıdır. Belə olduqda siyasətçi öz nüfuzunu da, imicini də qorumuş olur. Təəssüflər olsun ki, bəzi siyasilər və siyasi qüvvələr, o cümlədən adını çəkdikləriniz etik cizgiləri tez-tez aşır, başaqlarına üstən aşağı baxır, təhqir edir və s. Təbii ki, bütün bunlar da kənardan xoş görsənmir və həmin qurumun özünü gözdən salır. Burada bir məqamı da deyim ki, videokonfransın hansısa əllə yayılmasını da düzgün hesab etmirəm. Bu gün Azərbaycanda bütün müxalifət patiyalarının durumu ürək açan deyil. Heç bir siyasi qüvvə də iddia edə bilməz ki, o Azərbaycanda baş verən hadisələrə yön və istiqamət verə bilir. Belə bir siyasi müxalifət yoxdur. Yaxşı olardı ki, mövcud ağır durumdan çıxış yollarını birgə arayıb axtarıb tapa. Yoxsa başqalarını qısnamaq, lağa qoymaq, özünü təkəbbürlü aparmaq, əksinə müxalifət düşərgəsində etimadsızlığı, inamı azaldaraq, əlaqələrin qurulmasına və genişləndirilməsinə mane yaradır. Biz maneələr yaratmaqla deyil, maneləri aşmaqla, bu əngəlləri aradan götürməklə nəyəsə nail ola bilərik. Sadəcə bunu anlamaq lazımdır. Son günlər Milli Şura daxilində baş verən istefalar bir daha onu göstərdi ki, bu qurum heç də sağlam olmayan kurs götürüb. Özləri bilən məsləhətdir.

-Digər siyasiləri anlamaq olur, amma professor Cəmil Həsənlinin də analoji təhqiredici və aşağılayıcı fikirlər səsləndirməsi barədə nə deyə bilərsiniz?

-Heç bir siyasətçi etik və əxlaqi normaları aşa bilməz. Hansı siyasətçi ki, təhqiri, aşağılamaları, söyüşü leksikonunda tez-tez işlədirsə, deməli o siyasətçinin daha cəmiyyətə deyəcəyi söz yoxdur və o dövrünü bitirib. Əsəbləri və psixologiyası da yerində deyil. Siyasətçi üstün keyfiyyətləri və davranışları ilə etalon olmalıdır. Ən kritik hallarda soyuqqanlılığını və təmkinini itirməməlidir. Təxribatlara uymamalıdır. Bəzən bizdə elə yanlış təsəvvür yaranır ki, kim daha çox və ucadan söyə və təhqir edə bilirsə o əsil müxalifətçi və ya qorxmayan birisidir. Halbuki siyasət əslində elə etika və mədəniyyət deməkdir. Biz siyasətçilər arqumentlərə, dəlillərə və faktlara söykənməklə insanları inandırmağı bacarmalıyıq. Bunlar olmayanda dediklərin mənasız və gərəksiz fikirlər olmaqla heç kəsin ilgisini çəkməyəcək. C.Həsənlinin ritorikasında təhqirin və aşağılayıcı fikirlərin yer almasından təəssüflənirəm. Görünür onun da əsəbləri daha tab gətirmir.

-Bir məsələ var ki, ölkədə hansısa köklü dəyişiklik, siyasi islahatlara nail olmaq üçün müxalifətin bir araya gəlməsi zərurəti var. Belə bir məqamda müxalif qüvvələrin birliyi mümkündürmü?

-Ölkədə fundamental və ciddi dəyişikliklərə çoxdan zərurət var. İndiyədək hökumətin etdikləri bəzi kosmetik dəyişiklikləri islahatlar kimi qələmə verməyə çalışsalar da, cəmiyyətin ayıq hissəsi daha dərinliklərə gedilməsini tələb etdi. İslahat ilk növbədə siyasi sistemin dəyişdirilərək daha modern və demokratik prinsiplərə uyğunlaşdırılmasından başlamalıdır. Hansısa kadrı işdən çıxarıb yerinə başqasının təyinat alması islahat sayıla bilməz. Belə şeylərlə cəmiyyətin uzun müddət başını qatmaq, diqqəti əsas problemlərdən yayındırmaq mümkün deyil. Azərbaycanda konstitusiyamıza görə formal olaraq hakimiyyət bölgüsü nəzərdə tutulsa da, faktiki olaraq bütün hakimiyyət ali icra qurumu olan prezidentin əlində cəmləşib. Dövlət başçısı real olarq qeyri-məhdud səlahiyyət sahibidir. Konstitusiyada da ona geniş səlahiyyətlər verilib. Belə olduqda qanunverici və məhkəmə hakimiyyəti gölgədə qalır və qarşılıqlı nəzarət və əlaqəli fəaliyyət qabiliyyətini itirir. Parlamentin tərkibinin də necə formalaşmasını hamı bilir. Siyasi sistemin ayrılmaz və vacib tərkib hissələrindən olan siyasi partiyalar demək olar ki, sıradan çıxarılıb. Çoxpartiyalı siyasi sistemin adı qalıb. Bax islahatlar buradan başlamalıdır. Seçkili orqanların fəaliyyətinə və formalaşdırılmasın sərbəstlik verilməli və geniş imkanlar yaradılmalıdr. Bir müddət əvvəl bir neçə rayonun icra başçılarını korrupsiyaya görə həbs etdilər. Əslində bütün ölkə korrupsiya girdabında boğulur. Bu məntiqlə gərək məmurların 80-90 faizi həbs oluna. Lakin inzibati və digər cəzalar çıxış yolu deyil.

-Vəziyyətdən çıxış yolu nədir?

-Çıxış yolu ondadır ki, rayondakı inzibati-təsərrüfat işlərini bələdiyyələrə vermək və bələdiyyələri də doğrudan- doğruya xalqın səsi ilə formalaşdırmaq lazımdır. Misal üçün qonşu və qardaş Türkiyə nümunəsi. Bu istiqamətdə reformalar aparılarsa məncə müxalifət də prezidentə dəstək verər. Azərbaycan müxalifəti ölkənin kritik durumdan çıxarılmasında üzərinə hansısa vəzifə və rol götürə bilər. Bunun üçün ilk növbədə hakimiyyətin özü maraqlı olmalı və təşəbbüs göstərməlidir ki, sağlam qüvvələrin potensialından yararlana bilsin. Müxalifətdə kifayət qədər müxtəlif sahələr üzrə hazırlıqlı və təcrübəli kadrlar var. Onları prosesə cəlb etməkdə fayda var. Müxalifət partiyalarının birliyinə və əməkdaşlığına gəlincə isə bunu istəyən qüvvələr zaman- zaman toplanıb müəyyən fikir mübadiləsi aparır və hökümətə də təkliflərini verir. Məsələn AMİP də daxilı olmaqla 10 partiya mütamadi görüşlər keçirir və aktual problemlərlə bağlı müzakirələr aparırlar. Növbəti göruşün ünvanı AMİP qərargahı olmalı idi. Təəssüf ki pandemiya səsbəbindən tətbiq edilən sərt karantin rejimi bu görüşü ertələdi. Müxalifət partiyaları da spesifikdir. Var əlini daşın altına qoyub məhdud imkanlar daxilində hansısa işləri görən və buna müəyyən qədər nail oaln müxalifət partiyaları, bir də var ancaq təkəbbür içərsində boğulan, özündən başqa heç kəsi bəyənməyən, nəlbəkidə fırtına qoparan, ancaq bəzəkli- düzəkli danışan, söyüş söyən müxalifət. Hərə öz yolunda öz fəaliyyətini davam etdirməkdədir. Hesab edirəm ki, AMİP kimi sağlam, konstruktiv müxalifət partiyaları ölkədəki və regiondakı gedən prosesləri düzgün analiz edib, üzərinə düşən görəvi və məsuliyyəti anlayaraq fəaliyyətini də bu istiqamətdə davam etdirir.

- 1993-cü il iyun hadisələri ilə bağlı da AMİP və onun o zamankı sədri Etibar Məmmədovu əsasən Xalq Cəbhəsi hakimiyyətinin təmsilçiləri hədəfə alırlar. Hər il bu tarixdə müxtəlif ittihamlar səslənir. Bu söz-söhbətin əsası varmı?

-1993-cü ilin iyun hadisələrinin iştirakçıları da səbəbkarları da məlumdur. Getdikcə də bir sıra qaranlıq məqamlara da aydınlıq gətirilməkdədir. Bu baxımdan MTN-nin birinci müavini olmuş Sülhəddin Əkbərin müsahibəsi çox şeyləri açıb tökdü. Əslində bilənlər bilirdi, onun dediklərini. Bu müsahibədə bir daha sübut olundu ki, Əbülfəz Elçibəy hökmətinin üzvlərinin bir qismi Rusiya xüsusi xidmət orqanlarının agenti, bir qismi təsadüfi adamlar, bir qismi xəyanətkar, fərsiz və qorxaqlardan ibarət imiş. Maraqlı və möcüzə odur ki, belə bir hakimiyyət bir il davam gətirib. Gör bir qədər də ömrü uzun olsaydı bu dövlət, bu millət hansı faciələri yaşayardı. Bilirsiz, insanda məsuliyyət, abır-həya hissi çox yaxşı şeydi. AXC-Müsavat hakimiyyətini biabırcasına süquta uğradanlar çıxıb indiyədək bunun müzakirəsini öz aralarında aparıb, xalqdan üzr istəməyiblər.Niyə bunu etmirlər? Çünki hamısı bir-birini satacaq, bir-birini ittiham edəcək. Amma AMİP 1993-cü ildə Mərkəzi Şuranın iclasında 4 iyun hadisələrinin geniş müzakirəsini aparıb və siyasi qiymətini verib. Aradan 27 il keçib. Yeni nəsil yetişib. Uydurduqları yalanlarla, əsassız ittihamlarla AMİP-i və onun lideri Etibar Məmmədovu onların hakimiyyətini niyə qorumadı kimi absurd fikirlər hələ də səsləndirməkdədirlər. Halbuki özləri pərən-pərən olub qorxularından qaçıb gizlənənləri AMİP necə və niyə qorumalı idi. Buna cavab tapa bilmirlər. E.Məmmədov Ə.Elçibəyə dəfələrlə deyib ki, gəlib vəzifəsini icra eləsin, heç nədən çəkinməsin, amma o bundan imtina edib.AMİP-in və Etibar bəyin indiyədək bir sözünü, bir kəlməsini tapıb ortaya qoya bilmirlər ki, kimisə müdafiə edib. Yoxdur, ola da bilməz. AMİP müharibə şəraitində olan bir ölkədə gedən proseslərdən və hakimiyyətsizlikdən narahat olub və atdığı addımları da dövlətçilik və milli maraqlar baxımından doğru-düzgün atıb. Özlərini milli hökümət adlandıranlar müdafiələri üçün heç küçəyə 100 nəfər tapıb çıxara bilmədilər. Niyə? çünki qısa müddət ərzində xalq və millət onlardan üz çevirdi. Xalqa, millətə və öz prezidentlərinə xəyanət etdilər.. Dövlət onlara əmanət edilmişdi. Əmanətə xəyanət edildi. Bu barədə çox danışmaq olar.

-Ümumiyyətlə, sizcə, tarixdəki səhvlərin ardınca düşüb ucuzluğa getmək, yoxsa umu-küsüləri kənara qoyub yeni səhifə açmaq yaxşıdır?

-Bizim heç kəslə nə problemimiz var, nə də umu-küsümüz. Mən hesab etmirəm də AMİP hansısa tarixi səhvə yol vermiş olsun. AMİP yarandığı gündən üzərinə götürdüyü prinsiplərinə və daşıdığı ideologiyasına həmişə sadiq qalıb. Dövlət və milli maraqları hər şeydən üstün tutub. Ona görə də bizim alnımız açıqdır. Kimlərsə mənasız umu-küsü edirlərsə, haqsız yerə inciyirlərsə əbəs yerə. Əksinə biz umu-küsü edib, inciməliyik ki, hərəkatda imperiya və onun bolşevik tör-töküntülərinə qarşı amansız mübarizədə öndə olduq. Lakin onlar gedib kommunistlərlə hakimiyyət bölüb ittifaq qurdular. Göründüyü kimi heç nəyə nail ola bilmədilər. AMİP bu gün də ölkənin aparıcı siyasi gücüdür. Bunu heç kəs inkar edə bilməz. Biz partiya olaraq həmişə sağlam siyasi qüvvələrin birliyinin və əməkdaşlığının tərəfdarı olmuşuq və bu yöndə də fəaliyyətimiz və təşəbbüslərimizi davam etdiririk. Kim özünü sağlam və Azərbaycanın mili və dövlət maraqlarını hər şeydən üstün tutduğunu hesab edirsə buyursun, qapılarımız açıqdır.

{sape_links}{sape_article}