Tale Heydərovun yerinə o təyin olundu
Tarix: 18-04-2019 22:41
"Qəbələ" İdman Klubunun prezidenti vəzifəsinə yeni təyinat olub.
GÜNpress.az xəbər verir ki, Tale Heydərovun bir müddət əvvəl istefasından sonra klubun prezidenti vəzifəsini Fariz Nəcəfov icra edəcək.
2008-ci ildən klubda vitse-prezident kimi fəaliyyət göstərən Fariz Nəcəfov təyinatla bağlı bunları deyib:
"Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacaq, akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm".
Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".
Seçilmişlər
Ən çox oxunanlar