Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

"Qanun qarşısında ciddi şəkildə cəzalandırılmalıdırlar" - AMİP yetkilisi SOCAR-ı ittiham etdi

Tarix: 01-10-2019 10:27   
"Qanun qarşısında ciddi şəkildə cəzalandırılmalıdırlar"
"Sentyabrın 27-də SOCAR-ın Təhlükəsizlik İdarəsinın bir qrup əməkdaşları tərəfindən Qarabağ əlillərinin döyülməsi indiyədək misli-bərabəri olmayan vəhşilik və vandalizmdır. Göstərişi verənlər də, bu qanunsuz göstərişi icra edənlər də dərhal qanun qarşısında ciddi şəkildə cəzalandırılmalıdırlar”.

Bu fikirləri AMİP Siyasi Şura üzvü Əli Orucov SOCAR-ın əməkdaşları tərəfindən Qarabağ əlilləri ilə qarşıdurmaya münasibət bildirərkən səsləndirib.
Partiya funksioneri daha sonra deyib:
“Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri bizim qızıl genefondumuz, böyük hörmətə və ehtirama layiq olan xüsusi katiqoriyaya aid insanlardı. Onlara qayğı və diqqət vəzifəsindən asılı olmayaraq hər kəsin mənəvi və vətəndaş borcudur. Lakin bəziləri bu məsuliyyət hissini itirərək onlara əl qaldıracaq, döyəcək, onları incidəcək qədər azğınlaşıblar. SOCAR rəhbərliyi özbaşınalıqlara, zorakılıqlara yol verən əməkdaşlarını cəzalandırmaq və ictimaiyyətdən üzür istəmək əvəzinə yol verdiyi biabırçılığa bəraət qazandırmağa, suçu döyülənlərin üzərinə atmağa səy göstərir. Müxtəlif bəhanələr, nağıllar uydurur. SOCAR-ın qoçu dəstələrinin insanlara qan uddurduğu, rüşvət makinasına çevrilmələri barədə bilməyən yoxdur. İcazə bəhanəsi ilə insanlardan külli miqdarda rüşvət alırlar, verməyənləri incidir, döyür, təhqir edir, evini başına uçururlar. Məhkəmənin qərarı olmadan bu qoçular saysız-hesabsız ev yıxıb, viran qoyublar. İndi yalandan deyirlər ki qanunsuz tikinti aparıb, ərazini zəbt edənlərin qarşısnı güya alırmışlar. Problem var, verin məhkəmə öz qərarını versin. Siz kim olursunuz ki, NKVD-nin troykası kimi yerində qərar verib, bu cür də zoraklqla icra edirsiniz?! SOCAR-ın ərazisinə, mühafizə zolağına aid oldu olmadı, Təhlükəsizlik İdarəsinin əməkdaşları burunlarını hər yerə soxurlar. Görünür, onların bu qanunsuzluqlarını, özbaşınaqlıqlarını, zorbalıqlarını SOCAR-ın rəhbərliyi himayə edir. Yüzlərlə, minlərlə belə faktlar var. Rüşvətini ver, neft quyusu qarışıq torpağını al, yaxud da elə quyunun üzərində evini tik.
Düzü, “erməni kilsəsi bizim düşmənimiz deyil, erməni kilsələrini pulsuz qazla təmin edirik” deyən R.Abdullayevdən bundan artıq daha nə gözləmək olardı?
Azərbaycan xalqı öz qəhrəmanlarına, xilaskarlarına sahib çıxmalıdır. Məmurların, vəzifə sahiblərinin belə özbaşınalıqlarına etiraz səsini ucaltmalıdır. Söhbət Vətən, Millət, Torpaq və dövlətin suverenliyi yolundan sağlamlıqlarından keçən Qarabağ əlillərindən gedir. Əgər toplum bu kimi məsələlərə həssaslığını, qətiyyətini göstərməsə, bu qoçuların, onları bəsləyənlərin və havadarlarını tapdağı altında qalacaq. Bir millət ki, öz qəhrəmanlarına sahib çıxa bilmirsə, torpağına da sahib çıxa bilməz”.
Ə.Orucov SOCAR-ın insidentlə bağlı yaydığı rəsmi açıqlamaya da kəskin etirazını bildirib: “SOCAR iddia edir ki, güya onların qoçularına qarşı Qarabağ əlilləri dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər. Bu tamamilə cəfəngiyyatdır. Dövləti quranlar və bu dövlətin ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlıqlarını itirənlər o qoçulardan və onların rəhbərlərindən fərqli olaraq hər zaman eyni əqidə, amal uğrunda ölümə də getməyə hazırdılar. Qarabağ döyüşçülərinə böhtan atanlar, onları haqsız yerə suçlayanlar xəcalətdən yerə girməlidirlər”.


{sape_links}{sape_article}