Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 14:13

Dünən, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

Yeni nazirin kadr siyasəti rabitə sektorunda narazılıq yaradıb

Tarix: 08-02-2016 23:34   
Yeni nazirin kadr siyasəti rabitə sektorunda narazılıq yaradıb
Əli Abbasov nazir vəzifədən kənarlaşdırıldıqdan sonra rabitə və yüksək texnologiyalar naziri təyin edilən Ramin Quluzadənin atdığı addımlar peşəkar rabitəçilərin narazılığına səbəb olub.

Bu barədə "Reytinq” qəzetinin son sayında maraqlı araşdırma dərc olunub.

Ramin Quluzadə nazir təyin olunduqdan dərhal sonra Əli Abbasovun köməkçiləri ilə yanaşı, onun nazirlikdəki ən yaxın kadrlarını işdən azad etməsı rabitəçilər üçün anlaşılan olsa da, ötən 3 ayda nələri planlaşdırdığı, hansı mütərəqqi addımlarla, hansı islahatlarla yadda qalmaq istəyi hiss olunmur.

Rabitə sektorunda çalışan və adlarının açılanmasını istəməyən şəxslərin iddiasına görə, Ramin Quluzadə bu günədək ancaq sabiq təhsil naziri Misir Mərdanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparat rəhbərinin müavini olan qardaşı İlham Mərdanovu və bir neçə vəzifəli şəxsi "vurmaq”la yanaşı, Beytulla Hüseynovun həbsindən sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) direktor əvəzi və direktor təyinatları ilə medianın gündəmində olub.

Yeni nazirdən ötən üç ay ərzində daha ciddi islahat və dəyişikliklər gözlənilsə də, o, bunların heç birini edə bilmədi. Nazirin yaxın çevrəsinə daxil olanlar isə bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rabitə sektoruna daxil olan müəssisələrdə apardıqları kompleks yoxlama ilə əlaqələndirməyə çalışırlar.

"Guya nazir Ramin Quluzadə prokurorluğun apardığı istintaqın nəticəsini gözləyir. Yəni bunların məntiqiylə yanaşsaq, prokurorluq 1 il istintaq aparsa, Ramin Quluzadə də guya bunu gözləyəcək. Gülməlidir. Ən azı ona görə ki, rabitə ölkənin ən strateji sahələrindən biri olmaqla, həm də dövlət müəssisəsidir. Ancaq sizə dəqiq deyə bilərık ki, əslində, bu, bir bəhanədir”,- deyə rabitəçilər bildiriblər.

Onların sözlərinə görə, ötən müddətdə Ramin Quluzadə ancaq bu sahədəki kadrları öz aləmində saf-şürük etməklə məşğuldur: "Bu "saf-çürük”lər nəticəsində bir neçə kadr dəyişikliyinin rabitə sektorunda ciddi "çatlar”a, fəsadlarayol açdığı isə artıq açıqgörünməyə başlayıb. Bəli, onun iki ciddi kadr təyinatı - nazirlikdə aparat rəhbəri və BTRİB-ə baş direktor seçimləri daxildə ilkin etirazlara səbəb olub”.

Məlumatda bildirilir ki, yeni nazirin köhnə kadrların əksəriyyəti ilə vidalaşıb, öz komandasını formalaşdırmaq istəyi,nazirlikdə birmənalı qarşılanmır. Çünki yeni kadrlar rabitəyə yad olmaqla yanaşı, bu sahədən məlumatlı deyillər.

Məlumatda qeyd edilir ki, korrupsiya və müxtəlif cinayətlərə görə həbs olunan Vidadi Zeynalovun yerinə ötən həftə gətirilən, əslən Cəlilabad rayonundan olan aparat rəhbəri Əli İzzət oğlu Abdullayevin təyinatı nəinki rabitə sektorunda, hətta hakimiyyət dəhlizlərində də ciddi narazılıq və şübhələrə yol açıb. Eyni sözləriaz əvvəl BTRİB-ə rəsi təyin edilən Rövşən Babayev haqqında da deyilir.

Rabitəçilərin sözlərinə görə, R.Quluzadə təyinatından bu yana keçirdiyi görüşlərdə şəffaflıq, işgüzarlıq və peşəkarlıqdan danışsa da, əslində, onun, özü kimi rabitəyə tamamiylə yad olan Əli Abdullayevi aparat rəhbəri təyin etməsi qrupbaz olması ilə əlaqələndirilir.

İddia edilir vi, yeni aparat rəhbəri Əli Abdullayev cəmiyyətdə, o cümlədən rabitə sektorunda yenilikçi, şəffaf, bir sözlə, müsbət imicli kadr kimi tanınmır. Onun adı mediada irimiqyaslı maliyyə fırıldaqlarında hallanıb. Üstəlik, indiki həssas məqamda R.Quluzadənin bu təyinatının arxasında gizli və şübhəli məqamların dayandığına da işarə vurulub.

Məlumata görə,Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, bundan sonra isə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib: "O zaman hərracların necə keçirildiyini mübahisələndirməyə yəqin ki, ehtiyac yoxdur. İstənilən iş adamını danışdırsaq, bunu izah edə bilər. Bu, Əli Abdullayevin adına yazılan ilk mənfi qiymətdir. Hələlik bununla da işimiz yoxdur. Xüsusən yeni aparat rəhbərinin gənc yaşlarından "ulduzu”nun hansı "meyar" əsasında parlamasına işıq salacaq fakt varkən, cəmiyyətə kifayət qədər aydın olan hərrac prosesi ilə oxucuları yormayaq. Gəlin razılaşaq ki, bu ölkədə diplomunu alandan dərhal sonra heç kim birdən-birə hansısa nazirlik və ya komitədə birbaşa şöbə müdiri təyin edilmir. Bəs, Əli Abdullayevin "ulduzu” belə sürətlə necə parlaya bilərdi?!Axı, onun hansı fitri istedadı vardı ki, birdən-birə önəmli postlara gətirildi? Onun o zamandan bu günə sürətli yüksəlişində hansı "fövqəlqüvvə"nin təqdimatırol oynayır? Əlbəttə, bütün bunlar araşdırılası və cavabını gözləyən suallardır.

Hələlik aydın olan odur ki, Əli Abdullayevin daşınmaz əmlak sektorundan başlayan sürətli yüksəlişi o zaman hazırkı Əmlak Məsələləri Dövlət Komitəsi üzərində dominatlıq edən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adı ilə hallanır. Bu söhbətin meydana çıxması isə bir neçə faktorla əlaqələndirilir”.

Bunlardan birincisi FərhadƏliyev faktorudur: "Əli Abdullayevin atası İzzət Abdullayev Cəlilabadda tanınmış şəxs olub. Ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir. Onun Fərhad Əliyevlə xüsusi münasibətlərinin olduğu da sirr deyil.Fərhad Əliyevin yüksəlişində də birhəmyerli kimi Əli Abdullayevin atasının ciddi dəstəyi olub. həmin illər regional qruplaşmaya üstünlük verən Fərhad Əliyev bu və ya digər səbəblərdən onun oğlunu ali məktəbi bitirən kimi yüksək vəzifəyə təyin edib”.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2001-ci ildə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti kimiİqtisadi İnkişaf Nazirliyinin tərkibində fəaliyyət göstərib. Quruma o vaxt kadr təyinatları məhz Fərhad Əliyev tərəfindən aparılıb.

Məlumatda bildirilir ki, Fərhad Əliyevin həbsindən sonra Əli Abdullayevin vəzifədə saxlanılmasının özəl səbəbləri ilə yanaşı, onun aparat rəhbəri təyin olunadək haralarda, kimlərlə, hansı qruplarla sıx işbirliyində olması ilə bağlı da çox ciddi faktlar var.

Məlumatda həm də qeyd olunur ki, Ramin Quluzadə Əli Abdullayevlə birlik də rabitə sektorunu "cəngi”nə almaq,əsl planını həyata keçirmək istəyir: "Ramin Quluzadə hesab edir ki, Əli Abdullayev kimi peşəkar idarəçiyə bu ölkədə az-az təsadüf oluna bilər. Daha dəqiqi, hələlik o, yeni aparat rəhbərini belə təqdim edir. Bəli, nazir Ramin Quluzadə yeni aparat rəhbəri, BTRİB-ə kənardan gətirdiyi yeni baş direktor Rövşən Babayev, həmçinin "Azərpoçt”ın baş direktorunuəvəz edən baş nazirin müaviniƏli Əhmədovun bacısı oğlu Sübhan Kazımovun başının üzərinə qoyduğu nəzarətçilər və digər kənar "kruq”u ilə rabitəni özününküləşdirməyi planlaşdırıb. O, bu planını reallaşdırmaq üçün bütün müəssisələrdə yoxlamalar apartdırır. Bununla bütün rəislərə ilk həftədən işlərində dönüş yaratmaq üçün vaxt qoyduğunu, guya işlərinə baxıb, postlarında qalıb-qalmayacaqlarına dair qərar verəcəyi haqda dediklərinə hüquqi zəmin hazırlayır. Amma hamı bilir ki, yeni nazir son üç aydır ancaq və ancaq özünün yerini möhkəmlətmək və sələfləri - Əli Abbasovla Nadir Əhmədovun dövrlərindən qalan kök atmış rəislərə qarşıhücuma keçmək üçün hazırlıq görür. Yəni yoxlama aparmaqla, həmin rəisləri fakt qarşısında qoyub, ya vəzifələrindən rahatlıqla getmələrinə, ya da özüylə rahat hesablaşdırmaq məqsədi güdülür”.

Rabitəçılər bildiriblər ki, R.Quluzadə Bakının iki qovşaq rəisi istisna olmaqla, qalanlarını vəzifədən kənarlaşdırmaq istəyir:

"Ramin Quluzadə bunu rayonlar üzrə də tətbiq etməyə hazırlıq görür. Artıq Abşeron qovşağında prokurorluğun yoxlaması bitsə də, Ramin Quluzadənin kimlərdən ibarət olduğu maraqla araşdırılan yoxlama heyəti hələ də orada "eşələnir”. Bu da o deməkdir ki, Ramin Quluzadə yaxın həftələrdə Abşeron Telekommunikasiya Qovşağının rəisi Əyyub İsmayılovla da yollarını ayırmaq istəyir. Ancaq Əyyub İsmayılovla baş-başa gəlmək nazirə gələcəkdə sıxıntı yarada bilər. Çünki o, Prezident Administrasiyasının şikayətlər şobəsinin müdiri Süleyman İsmayılovun əmisi oğludur. Bu məqamı nəzərə alan bəziləri deyir ki, nazir bunu nəzərə alaraq, yoxlamanın nəticəsinə uyğun şəkildə Əyyub İsmayılova başqa vəzifə verə bilər”.

Hazırda bütün qovşaqlar da oxşar prosesin getdiyi bildirili. Sanki yeni nazir yoxlama ilə kimi vəzifədə saxlayıb-saxlamayacağını müəyyənləşdirməklə bərabər, həm də vəzifədə saxlayacaqlarını əlinə aldığı kompromatlarla özündən aslı vəziyyətə salmaq, daha dəqiqi, həmişə qorxu altında saxlamaq istəyir.

Yeni nazirin BTRİB-dən fərqli olaraq, hələ də"Aztelekom” və "Azərpoçt”a yeni rəhbər təyin edə bilməməsinin də özəl səbəblərinin olduğu vurğulanır...


{sape_links}{sape_article}