“EuroHome”dakı yanğının ilkin səbəbi açıqlandı
Tarix: 10-12-2019 16:48

“EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının ilkin səbəbi açıqlanıb.
Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ilkin ehtimala əsasən, yanğın bazardakı mağazalardan birində başlayıb: “Bazardakı kafel-metlax mağazalarından birində elektrik naqilləri alışıb. Daha sonra alışma digər mağazalara da keçib və yanğın böyüyüb”.
Qeyd edilib ki, artıq yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Ən çox oxunanlar