Rektor 2 ildir işləməyən maşına yanacaq alırmış - ŞOK İTTİHAMLAR
Tarix: 11-04-2019 17:20
Bakı Slavyan Universitetinin balansındakı buraxılış ili 1997-ci il olan QAZ-3110 markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinib.
Bu, Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı üzə çıxıb.
Bakı Slavyan Universiteti üzrə daxilolmaların, xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.
Sənəddə qeyd edilib ki, 2016-cı ilin iyun ayında bu avtomobilə quraşdırılmasına dair universitetin 2 təsərrüfat işçisi və sürücü tərəfindən imzalanmış akt əsasında 1150 manat dəyərində ehtiyat hissələri də silinib. Audit yoxlaması nəticəsində 1 halda mətbəə mallarının alınması məqsədilə "Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməyərək, universitetin tədris işləri üzrə prorektoru tərəfindən təsis edilmiş tərcümə mərkəzinin kotirovka sorğusunda qalib elan edildiyi də üzə çıxarılıb. (ONA)
Seçilmişlər
Ən çox oxunanlar