Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 17:45

Dünən, 17:36

Dünən, 15:12

Dünən, 12:26

Dünən, 12:08

Dünən, 12:03

Dünən, 11:39

7-07-2020, 13:25

7-07-2020, 13:15

7-07-2020, 11:39

6-07-2020, 22:46

6-07-2020, 19:56

6-07-2020, 16:06

6-07-2020, 13:52

6-07-2020, 12:15

6-07-2020, 11:05

6-07-2020, 11:02

3-07-2020, 20:52

2-07-2020, 22:23

2-07-2020, 14:59

2-07-2020, 14:58

2-07-2020, 14:05

2-07-2020, 11:31

2-07-2020, 11:14

2-07-2020, 09:10

2-07-2020, 08:55

1-07-2020, 20:52

1-07-2020, 11:25

30-06-2020, 23:35

30-06-2020, 17:33

30-06-2020, 14:01

30-06-2020, 11:22

29-06-2020, 15:35

29-06-2020, 14:57

29-06-2020, 13:40

29-06-2020, 13:38

29-06-2020, 13:28

29-06-2020, 11:16

28-06-2020, 12:56

27-06-2020, 14:27

27-06-2020, 14:06

27-06-2020, 12:29

27-06-2020, 11:58

27-06-2020, 11:57

27-06-2020, 11:56

26-06-2020, 14:38

25-06-2020, 22:29

25-06-2020, 15:04

24-06-2020, 17:26

24-06-2020, 17:24

24-06-2020, 16:00

24-06-2020, 13:36

24-06-2020, 12:51

24-06-2020, 10:49

24-06-2020, 10:48

24-06-2020, 10:45

24-06-2020, 10:30

22-06-2020, 18:05

22-06-2020, 14:03

22-06-2020, 12:43

22-06-2020, 12:31

22-06-2020, 11:29

22-06-2020, 11:04

21-06-2020, 22:29

20-06-2020, 00:08

20-06-2020, 00:04

19-06-2020, 23:50

19-06-2020, 19:11

Xocalı kişisindən Azərbaycan kişisinə

Tarix: 25-02-2020 22:36   
Xocalı kişisindən Azərbaycan kişisinə
Silah səsinin ölüm səsinə qarışdığı gecədən məktub

...Axşam evə tələsirsən. Çöldə bir soyuq var ki, iliyə qədər işləyir. Düşünürsən ki, evə tez çatasan. Qapıdan içəri girəndə sümüklərin qızar, yəqin. Ayağında çəkmə olsa da, buz kimi soyuğu ayaq barmaqlarından başına kimi hiss edirsən. Soyuqdan qurtulmaq üçün iri-ri addımlayırsan. Əllərin elə donub ki, qapını döyəcləmək üçün barmaqlarını sıxa bilmirsən. Bu gün sanki təbiət də sənə qarşıdır, nəinki sənə, elə hamıya. Elə bil, bütün dünyanı, bütün insanlığı dondurmaq istəyir. Öz-özünə deyirsən ki, imkanı olan çölə çıxmaz...

Qapını döyürsən, qapı açılır, evin istiliyi ilə ailənin sıcaqlığı üzünə dəyir. Bir anlıq soyuğu unudursan. Ömür-gün yoldaşın ac olduğunu üzündən oxuyur, bir qismət çörək yemədən çöldə qiyamət qopur. Bir anda aləm qarışır, silah səsləri, çığır-bağır, DƏHŞƏT...
Hara qaçasan? Bir az əvvəl çöldəki hava yadına düşür. Bu havada ailə-uşaq çölə çıxar? Tutalım, çıxdıq, hara qaçaq? Bir anda evindəki istilik yoxa çıxır. Bayaqkı sümüyə işləyən şaxtanı evində hiss etməyə başlayırsan. Artıq düşmənin gəldiyini, dəhşətli sonun yaxınlaşdığını uşaqlar da anlayır. Hələ bu günə kimi belə ağlamamışdılar. Sanki ölümü uşaqlar da hiss edirlər. Övladının gözündə ölüm qorxusunu hiss eləmək... Bundan dəhşətli hiss ola bilərmi? Həyat yoldaşının gözündəki çarəsizlik səni bir kişi kimi öldürür. Öldürür nədir? Ölüm odan yaxşıdır. Silah səsi, ölüm səsinə qarışır.
Bir anda evinin qapısı tayba-tay açılır. Qana susamış silahlı adamlar evə daxil olur. Özündə güc tapıb qapıya tərəf yüyürürsən, evinə, yuvana təcavüz edənlərin qarşısına dikilirsən. Lakin cəlladların ilk zəbəsində yerə yıxılırsan. Bu günə kimi ailənin gözündə qoca çinar kimi görünsən də, o n qurumuş bir budaq kimi yerə düşürsən. Atəş açılır, övladlarını qoruyan ana düşmən gülləsinin ilk qurbanı olur. Özündə güc toplayıb ayağa qalxmaq istəyirsən, amma... Övladlarının çıxırtısını silahlardan açılan atəş səsi batırır. Çağırılmamış “qonaq”lara “son söz”ü demək üçün ayağa durmaq istəsən də, sinənin ortasından girən süngü son nəfəsini almağa imkan vermir. Son nəfəsini sinəndən açılan yaradan alırsan. Gözlərin açıq qalır, gördüyün mənzərə qana boyanmış ailə-uşağındır. Və dünyadan beləcə GÖZÜAÇIQ gedirsən...

İmza: Xocalı kişisi
Tarix: 25 fevral 1992-ci il saat 21.30

{sape_links}{sape_article}