Vidadi Zeynalov restoran işlətməyə başladı - "Toyuq-cücə də saxlayıram"
Tarix: 13-09-2019 16:50
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.
GÜNpress.az xəbər verir ki, bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.
Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.
Seçilmişlər
Ən çox oxunanlar