Jurnalistin namizədliyi qeydə alındı
Tarix: 27-12-2019 14:41
2020-ci ilin 9 fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etmək üçün daha bir tanınmış şəxsin namizədliyi qeydə alınıb.
Xeberleragentliyi.com saytının Baş redaktoru, yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun (Osmanlı) namizədliyi rəsmən qeydiyyata alınıb.
Qeyd edək ki, Yusif Məhəmmədoğlu (Osmanlı) 86 saylı İsmayıllı Seçki Dairəsindən qeydiyyata alınıb.
Namizəd onu dəstəkləyənlərə təşəkkürünü də bildirib: “Əziz İsmayıllılar və dostlar! Bu gün 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyim 86 saylı Seçki Dairəsindən rəsmən qeydiyyata alındı. Əməyi keçən hər kəsə təşəkkür edirəm!”
Seçilmişlər
Ən çox oxunanlar