Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İşinin girovuna çevrilən könüllü qullar: Qandalanan şüurlar

Tarix: 12-05-2023 11:19   

Keçmişə, tarixə, çağdaşı olduğun zamana baxdıqca, şahidi olursan ki, quldarlıq dövrü bitməyib, sadəcə metodlar dəyişib.

Belə ki, əvvəllər insanlar cismən qul olurdu və bəzilərinin ağaları heç də nökərləri ilə pis davranmır, onların səhhətinin qeydinə qalır, evləndirir, uşaqlarına qayğı göstərir, hətta bəzən onları azad edirdilər. Bəziləri düşünər ki, nəyə əsasən qədim qulların cismən qul olduqlarını deyirəm? – O çağda tez-tez baş verən üsyanlara, inqlablara görə! Cisimləri qul olsa da, ruhları azad idi və hürriyyət eşqi ilə alovlanıb yanırdı. Sonralar etiraz, üsyan, inqilablardan bezən quldarlar ilbəil daha səmarəli əsarət yolları barədə düşünürdülər. Onlar artıq insanların qollarına deyil, şüurlarına, düşüncələrinə qandal vuracaq mexanizmlər axtarırdılar. Zamanla alətlər dəyişsə də, məqsəd – insan şüurunu özünə tabe etmək! – indi də qalır. Ona görə də cisimdənsə beyinlərə, düşüncələrə qandal vuranlar daha zalım, daha rəhimsizdirlər. Dahilərdən biri buyurur ki, insan düşüncələrinə qoyulan məhdudiyyət bəşər övladına qarşı böyük cinayətdir. O zamanlar insanın fiziki gücü, əmək istismar edilirdisə, sonralar beyinləri istismar edilərək zombiləşdirmə başladı və bu bu gün də davam edir. Aktual istismar metodlarından biri də maddi təsirdir. İnsanlara ruzini Yaradanın verdiyini unitduraraq, onlarda “işini itirmək” kimi fobiya yaradıblar. Bu qorxuya görə bir çoxu həqiqəti deməkdən çəkinir, susur. "Nəyimə lazımdır?" kimi laqeydlik ifadə edən ritorik sual yeridilib bir çox beyinlərə və s. Bunlar insanın azadlığını əlindən alıb, onu işinin girovuna çevirir. Beləliklə, görürsən ki, istismarçılar qılınclarını həm də çörəkləri ilə itiləyirlər.

Yazdıqlarıma misal olaraq sizə bir hadisə danışım:
Müstəmləkələrdən birinin bazarında gəzən imperiya zabitinin yerli alverçi ilə sözü çəp gəlir. Yaranmış vəziyyəti təkəbbürünə sığışdırmayan zabit əl-qol atmaq istəyəndə yerli bunu əməllicə əzişdirir. O, üst-başı, üz-gözü yaman gündə tələm-tələsik qayıdır hərbi hissəyə və komandirlə görüşərək 3-5 silahlı əsgəri özüylə şəhərə aparmaq üçün ondan icazə istəyir. Məsələni öyrənən komandir icazə vermir. Hirsli olan zabitin incidyini görən komandir ona intiqam almaq üçün çəm öyrədir, ona: "Get, həmin yerli sakindən üzrxahlıq olaraq ona çoxlu pul ver, götürsə, daha heç nə demə, səbr et. Arada bir onunla bazarda görüş, nəticəsini də mənə de. Sonunda intiqamını almış olacaqsan", – deyə məsləhət verir. Zabit ona deyiləni dəqiqliklə yerinə yetirir, hər görüşdən sonra da komandiri məlumatlandırır. Vəziyyəti nəzarətdə saxlayan komandir hər görüşəndə deyir, hələ tezdir. Səbri tükənmiş zabit bir gün gəlib komandirinə yenə də məlumat verir ki, məni o yerli alverçi bu gün də gülər üzlə qarşıladı, artıq malı artıb, dükanını genişləndirib, çoxlu pulu var, tacir olub və s. Onu diqqətlə dinləyən rəisi zabitə artıq intiqamını tək də ala biləcəyini bildirir. Zabit bazara gedir. Onu xoş qarşılayan sakinlə söhbəti mübahisəyə çevirib, əvvəl-əvvəl ehtiyat edərək, onu bir dəfə vurur və artıq sanballı tacir olmuş yerli alverçinin ona cavab vermədiyini görüb həvəslənir və onu babat əzişdirərək hamının gözü qarşısında alçaldır. Ürəyi soyuduqdan sonra hərbi hissəyə qayıdıb, tez hərbi hissə rəhbərinin yanına gedir və sevincək hər şeyi danışır. Üstəlik ona təşəkkür edir və komandirindən onda ona müqavimət göstərən alverçinin indi niyə onun üzünə qayıtmadığını, cavabını niyə vermədiyini soruşur? Komandiri cavabında bildiri ki, o vaxt yerlinin işi özünə çalışmaq idi, o, azad idi. Səndən pul götürəndə, özü də bilmədən, könüllü olaraq qul oldu. Zabit sevincək dedi ki, onda bu yolla hamını qul edə bilərik. Komandir cavab verdi ki, xeyr, hamını yox, amma çoxunu edəcəyik. Ona görə də belə yerdə tələsmə, həmişə tədbirli ol.

Bəhruz Salmanov