Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Vətəndaş olmaq məsuliyyəti

Tarix: 30-12-2014 10:11   
Vətəndaş olmaq məsuliyyəti
Nəsiman Yaqublu,
tarix üzrə elmlər doktoru

(tanınmış ziyalı Qulu Məhərrəmlinin 60 illik yubileyinə)

Bir zamanlar,hələ tələbəlik illərində böyük rus şairi Nekrasovun “Sən şair olmaya bilərsən,lakin vətəndaş olmaq borcundur!” sözlərini oxumuşdum.Bu sözlərin dəyərini o zaman yetərincə qəbul edə bilmirdik və düşünürdük ki, bu Sovet vətənini bizlərə sevdirmək üçün bir vasitədir.Zaman keçdikcə və biz müstəqillik uğrunda mübarizəyə başladıqda, ziyalılarımızın bu mücadilədə müxtəlif xarakter xüsusiyyətlərinin (istər mənfi,istərsə də müsbət) şahidi olduqca bir həqiqəti aydın olaraq dərk etdik ki, elə insanda ən böyük keyfiyyət onun vətəndaş olmaq bacarığındadır.Əslində vətən sevgisi də, vətənə bağlılıq hissi də bu məsuliyyəti insanın dərk etməsindən başlayır.

Yenə bir dissident rus şairinin misralarını xatırlayıram:”Mən vətəni sevmək istəyirəm, lakin buna imkan vermirlər”.Təsirli və ağrı dolu bir etirafdır.Vətəni sevmək nə ilə ölçülür? Bu ölçüləri düzgün qiymətləndirən olubmu? Əslində müxtəlif formalarda aşkarlansa da məzmun etibarı ilə vətən sevgisi bütün xalqlarda eynidir.Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə yazırdı:”Belçikalılarca- yanmaq,dağılmaq,ölmək, qərq olmaq,amansız düşmənin rəhmsiz həmlələrinə məruz qalmaq bunlar hamısı məmləkəti müdafiəsiz bir surətdə düçmənə təslim etməkdən uludur(ilkindir,birincidir).Bu kiçik qitəli,fəqət böyük qəlbli millətin düsturu iştə budur: Vətən yolunda ölmək var,dönmək yoxdür!”.

Vətənə sevgi hissi ilə yaşayıb sözün həqiqi mənasında ziyalı olmaq çox mürəkkəb işdir.Bir siyasətçi tanışım keçmiş səhvlərinin fərqinə varmadan “anlamıram ki,xalq məni niyə niyə dəstəkləmir?”- deyə şikayət edirdi.Xalqın inamını qazanmaq və onu qoruyub saxlamaq olduqca çətin bir məsələdir.Azərbaycanın ziyalı mədəniyyəti tarixinə diqqət yetirib heyrətedici faktlara rast gəlirik.Ya millət yolunda özünü fəda edib o mövqeyə ucalaqsan,ya da əsil ziyalı kimi qəbul edilməyəcəksən.Bu bir həqiqətdir.Baxın Mirzə Fətəli Axundova,Həsən bəy Zərdabiyə,Əlimərdan bəy Topçubaşova,Əli bəy Hüseynzadəyə,Əhməd Ağaoğluna,Məhəmməd Əmin Rəsulzadəyə və digərlərinə.Hələ mən onu demirəm ki, Vətən üçün özünü həqiqi mənada fəda edən bu şəxsiyyətlərin heç birinin məzarını Azərbaycana gətirməmişik.M.Ə.Rəsulzadənin məzarı Türkiyədə-Ankarada,Əhməd Ağaoğlu-Ankarada,Ə.Hüseynzadə-İstanbulda,Ə.M.Topçubaşov Fransada-Parisdə.Ceyhun Hacıbəyli-Parisdə,Fətəli xan Xoyskinin məzarı Gürcüstanda-Tbilisidə və s. (Görkəmli mütəfəkkir Ə.Hüseynzadənin İstanbuldakı qəbir daşı üzərindəki sözləri də qaydaya salmadıq onun 150 illiyində. Qəbirdaşı üzərində isə Türk dünyasının böyük mütəfəkkiri kimi məlumat yox sadəcə onun bir tibb uzmanı məlumatı qeyd edilib).



Əli bəy Hüseyinzadə kimi bir fikir nəhəngi M.Ə.Rəsulzadənin böyüklöyünü etiraf etməyi də bacarıb bu sözləri yazmırdımı:”Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid sifətiylə çalışdınız,bir çox mühüm hadisələri yaxından gördünüz,müxtəlif cərəyanların içərisində ildunuz və sərgüzəştlərlə dolu bir həyat yaşadınız”. Ə.Hüseyinzadənin bu səmimi sözləri ortalığa ziyalı olmağın,əsil vətən sevgisinə sahib olmanın formulunu verir.Elə bu yanaşmanın digər təzahürünü H.Zərdabinin taleyində də gürürük.Erməni təşkilatlanır,yəhudi təşkilatlanır,rus təşkilatlanır. Bir geridə qalan bizim müsəlman toplumudur.1872-ci ildə “Müsəlman Xeyriyyə cəmiyyəti”ni yaradan, bölgələrimizi qarış-qarış gəzib insanları birliyə,maarifə,elmə çağıran bu nurani insana kim dəstək oldu? Özü sonradan yazırdı ki, insanlarımızı bir araya gətirmək məqsədi ilə açdığım o “qəltanlı” dəftəri bağlayıb bir kənara qoydum.

Millətə savad,bilik, yeni düşüncə vermək istəyən yüksək Avropa təhsilli Ə.Ağaoğlunu təhqir edib elə vəziyyətə saldılar ki, sonda faytona qoyub evə apardılar.Ziyalılarımızın bu acı tale məqamları təəssüflər ki, həmişə onları izləyib və yenə təəssüflər ki çox zaman toplum adi seyrçi rolunda çıxış edib.

Bir zamanlar “Qız qalası” na baxıb təəccüblə: ”bu qalanı tikən insanın adı məlum olmasa da o xoşbəxtdir.Çünki özündən sonra millətə ölməz bir abidə qoyub gedib”-deyən Üzeyir Hacıbəyli elə o dövrdə “Leyli və Məcnun” operasını yazıb tarixdə əbədi yaşamaq haqqını aldı. Üzeyir bəyin vətəndaş mövqeyini araşdırıb həmişə nümunə olacaq məqamlar tapmışam.Baxaq rəqəmlərə.1920-ci ilə qədər 600-dən çox məqalə yazıb nəşr etdirən Ü.Hacıbəyli sovet hakimiyyəti dövründə yalnız 48-ə qədər məqalə yazdı və bununla da bu rejimi o qədər də sevmədiyini bildirdi.Amma o bir iş də etdi ki bu onun millətə əvəzsiz xidmətinə çevrildi.Sovet dövründə Üzeyir bəy bütün fəaliyyətini Azərbaycan musiqisinin yaşadılmasına həsr etdi.Yəni Üzeyir bəyin timsalında sübut olundu ki,əsl ziyalı vətənə harda və necə xidmət etməyi də bacarmalıdır.

1908-ci ilin 15 aprelində M.Ə.Rəsulzadə “İrşad” qəzetində yazırdı:”Ah..nə zaman bir mücahid özünü fəda etdi ki,cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən.Əvəzsiz heç nə alınmaz.Fəda ol,qədr gör!”.Əslində bu sözlərlə və bu yanaşma ilə Azərbaycan ziyalılarının fəaliyyəti tarixində yeni bir dövr başlayırdı: yəni şikayət yox, əməl! Göz yaşları yox,fəaliyyət!Yəni vətəndaş olmaq üçün hər şeyi özündən başlamalısan və millətdən də narazı qalmamalısan.

M.Ə.Rəsulzadənin bu yanaşması(əslində vətəndaş olmaq konsepsiyasını) çox sayda ziyalıların fəaliyyətində artıq görünməyə başlamışdı.Parisə Azərbaycanı tanıtmaq üçün gedən və ağır mühacirət həyatı yaşamağa məcbur olan,qaldığı evin kirayəsini bəzən verə bilməyən Ə.M.Topçubaşov şikayətlənmədən yalnız bir fikir söyləyərmiş:”yəqin ki, bir gün Vətəndə bizi yada salarlar”.Ə.M.Topçubaşovun irsini araşdıran bir xanım tədqiqatçı isə söyləyir ki.Ə.M.Topçubaşovun yaşadığı ünvanlara baxdıqca gördüm ki o hər il şəhərin mərkəzindən kənarlarına doğru gedib yaşamaq məcburiyyətində qalıb.Çünki maddi imkanı şəhər mərkəzində yaşamaq imkanı verməyib.Ancaq Ə.M.Topçubaşov bir siyasətçi və ziyalı olaraq öz mövqeyindən də geri çəkilməyib.

Bir neşə ay əvvəl Azərbaycan mətbuatında “ziyalı necə olmalıdır” problemi müzakirə edildikdə acınacaqlı faktlar qoyuldu ortalığa.Hətta bəzi tanınmış ziyalılarımız deyirdi ki,”bir şəxs şairdirsə, yazıçıdırsa onu günah işlətsə də bağışlamaq olar”. Məmnun qaldığım məqam o oldu ki, məhz gənc nəsilə məxsus düşüncə adamları bu mövqeyə ciddi etiraz etdilər.Və mən qəribə bir nəsil “davası”nın”, “müxtəlif düşüncələr dartışmasının” şahidi oldum. Belə görünürdü ki, keçmiş nəsil hələ də sovet şüurundan xilas ola bilmir, elə sovet insanı kimi də hadisələrə yanaşır.Yeni nəsil isə sovet rejimini və qaydalarını görmədiyindən başqa dəyərlərə sahibdir.Əslində bizim bir toplum olaraq ən ciddi problemimiz cəmiyyətimizi sovet şüuru təsirindən xilas edə bilməməyimizdir.Belə bir statiskanı da acı təəssüf hissi ilə bildirirəm. Hesablanıb ki, əgər keçmiş sovet məmləkətlərində ciddi islahatlar aparılmasa 2045-ci ilə qədər orada sovet şüurunun zərərli xüsusiyyətləri qalacaq və insanlara problemlər yaradacaq.

Ziyalı olmaq, vətəndaş olmaq çox çətin və ağır bir işdir.Ancaq bu dəyərlərə sahib olmadan yaşamağın da bir mənası yoxdur.Ömrünün 60 ilini artıq arxada qoyan Qulu müəllimin həm ziyalı, həm də vətəndaş adını daşımağa mənəvi haqqı vardır. O bu şərəfli yolu inamla getməkdədir.


{sape_links}{sape_article}