Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 23:33

Dünən, 23:25

Dünən, 17:30

Dünən, 16:43

Dünən, 16:06

Dünən, 15:35

Dünən, 13:32

Dünən, 13:05

Dünən, 12:38

Dünən, 00:11

4-12-2019, 23:57

4-12-2019, 23:44

4-12-2019, 15:16

4-12-2019, 14:41

4-12-2019, 14:31

4-12-2019, 14:29

4-12-2019, 14:28

4-12-2019, 14:27

4-12-2019, 12:59

4-12-2019, 10:35

4-12-2019, 00:15

4-12-2019, 00:09

3-12-2019, 16:34

3-12-2019, 10:44

2-12-2019, 22:29

2-12-2019, 22:09

2-12-2019, 21:43

2-12-2019, 16:07

2-12-2019, 15:05

2-12-2019, 14:37

2-12-2019, 12:13

2-12-2019, 11:41

2-12-2019, 11:09

1-12-2019, 00:32

30-11-2019, 16:21

30-11-2019, 16:17

30-11-2019, 09:49

30-11-2019, 09:46

30-11-2019, 09:34

29-11-2019, 17:56

29-11-2019, 15:44

29-11-2019, 12:52

29-11-2019, 11:36

28-11-2019, 17:51

28-11-2019, 16:58

28-11-2019, 14:20

28-11-2019, 11:43

28-11-2019, 11:10

27-11-2019, 17:52

27-11-2019, 17:50

26-11-2019, 10:35

25-11-2019, 19:34

25-11-2019, 19:31

25-11-2019, 17:03

25-11-2019, 16:29

25-11-2019, 15:06

25-11-2019, 12:42

25-11-2019, 11:16

25-11-2019, 10:43

25-11-2019, 10:39

24-11-2019, 12:31

24-11-2019, 12:29

23-11-2019, 17:32

23-11-2019, 12:25

22-11-2019, 23:09

22-11-2019, 22:43

22-11-2019, 22:37

22-11-2019, 22:28

Rusiyanın "Qarabağ tamaşası" və ya Lavrovun son oyunu

Tarix: 13-11-2019 16:31   
Rusiyanın "Qarabağ tamaşası" və ya Lavrovun son oyunu
Elxan SALAHOV

Rusia Xarici işlər naziri Lavrovun Ermənistana ikigünlük səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə ciddə zərbə vura biləcək bəyanatı Azərbaycanda əməlli-başlı narazılıq yaradıb. Təcrübəli diplomat Rusiyanın rəsmi açıqlamalarında “dost ölkə və strateji əməkdaş” adlandırdığı Azərbaycana gözlənilməz zərbə vurub. O, münaqişəsinin həlli prosesindən danışarkən Dağlıq Qarabağ əhalisini dolayısı ilə son söz sahibi elan etdi. Həm də elə bir məqamda ki, Azərbaycan hökuməti və cəmiyyəti rəsmi Moskavanın nəhayət ki, ədalətli mövqe sərgiləyəcəyinə çox böyük ümid bəsləyirdi. Axı, Soçidəki "Valday" Beynəlxalq Diskussiya Klubunda səsləndirilən bəyanatların qurultusu hələ də qulaqlarda cingildəyir...

Rusiya həm də münaqişənin sülh yolu ilə nizamlanması naminə üzərinə öhdəlik götürmüş ATƏT-in Minsk Qrupuna həmsədrlik edən 3 ölkədən biridir. Belə olan halda Rusiya tərəflərdən birini – həm də münaqişədə haqsız olan işğalçı Ermənistanı qızışdıracaq mövqe sərgiləməməli, əksinə, münaqişənin beynəlxalq hüquq normalarına uyğun şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipləri əsasında həll olunmasında vasitəçilik rolunu oynamalıdır. Başqa sözlə, Rusiya və digər həmsədr ölkələrin missiyası tərəf tutmadan, ədalətli mövqe sərgiləməklə bu münaqişənin həllinə nail olmaqdır...

Bəs, Sergey Lavrovun İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi, 12 il əvvəl həmin abidənin önündə əkdiyi ağacı nümayişkaranə şəkildə suvarması, ardınca da “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” deyə açıq bəyanatla çıxış etməsi nə deməkdir?

Təbii ki, Lavrov “Dağlıq Qarabağ xalqı” dedikdə yalnız erməniləri nəzərdə tutmur və işğaladək münaqişə zonasında - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati zonasında yaşamış bütün əhalini, o cümlədən azərbaycanlıları da buraya aid edir. Amma o da aydındır ki, Rusiyanın Xarici işlər naziri “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” söyləməklə dolayısı ilə Dağlıq Qarabağda yaşayan ermənilərə üstünlük verib və işğalçı Ermənistana dəstəyini nümayiş etdirib.

Rusiyalı diplomatın bu bəyanatından başqa bir nəticə də çıxır: əgər Lavrov son söz sahibi kimi Dağlıq Qarabağ ermənilərini önə çıxarırsa, demək, onların təhlükəsizlik məsələsi də avtomatik olaraq diqqət mərkəzinə çıxarılır. Lavrovun İrəvanda səsləndirdiyi bəyanatın əsas hədəflərindən biri də məhz bu məsələnin danışıqlar prosesinin predmetinə çevirməkdir.

Lavrovun bəyanatının alt qatında gizlədilən bir vacib məqam da var: Rusiya yenə də ermənilərə havadarlıq etməklə Dağlıq Qarabağ ermənilərinin sülh danışıqlarında tərəf kimi prosesdə iştirakını təmin etmək istəyir. Bu, açıq-aşkar həmsədr ölkə olan Rusiyanın sülh danışıqlarının formatını dəyişmək cəhdidir.

Yenə də tərəfkeşlik!... Şimal qonşumuzdan Azərbaycana qarşı növbəti böyük ədalətsizlik!...

Bu qədər açıq tərəfkeşlik olarmı?!

Görəsən, Rusiya tarixi Azərbaycan torpaqlarından olan Dağlıq Qarabağdan zorla qovulmuş 300 mindən çox azərbaycanlının taleyini də düşünrmü?

Bəs, Dağlıq Qarabağ və ətraf 7 rayondan məcburi köçkün düşmüş 700 mindən artıq əhali? Münaqişənin həllində vacitəçilik missiyası daşıyan Rusiya hökuməti, konkret olaraq bu ölkənin Xarici işlər naziri həmin 700 min nəfərin 27 ildən artıq məcburi köçkün vəziyyətində yaşamasını bircə dəfə də olsun, dilə gətiribmi?

Axı, bu insanlar Dağlıq Qarabağ brobleminin həll olunacağını, öz yurd-yuvasına qayıdacaqlarını gözləyir. Düz 27 ildir!

Belə görünür ki, Lavrovun “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” bəyanatı danışıqlar prosesini davam etdirmək üçün Azərbaycana, necə deyərlər, əl yeri qoymur. Onun bu bəyanatı “dost və strateji əməkdaş” adlandırdıqları Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiklərini, Dağlıq Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmadıqlarını bir daha ortaya qoyur!

Artıq Rusiyanın özünün quruluş verdiyi "Qarabağ tamaşası"nda oynaya biləcəyi rollar qalmadı. Son pərdələr də endi, hamı çəkilib gedir... Gerçək reallıqlar qarşıda bizi gözləyir...

Çətin, amma şərəfli bir iş olacaq!

Qarşımızda son dərəcə vacib bir vəzifə var: Dağlıq Qarabağın Azərbaycanlı İcmasını güc mərkəzinə çevirmək. Hamımız təcili şəkildə bu təşkilatın ətrafında daha sıx birləşməli, sonsuzluğa qədər davam edən nəticəsiz sülh danışıqlarından konkret əmələ keçməyi tələb etməliyik. Damarında azərbaycanlı qanı axan hər kəs özünü Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəal üzvü kimi görməli və göstərməlidir! İndi qətiyyət məqamı, etiraz səslərini dünyaya duyurmaq vaxtıdır!

Müharibə isə son silahımızdır!