Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

Rəhman Orxan: Öz dilini unudub, "onun-bunun" bulaşıq ağız-burnunu yalayaraq

Tarix: 01-04-2020 18:58   
Rəhman Orxan: Öz dilini unudub, "onun-bunun" bulaşıq ağız-burnunu yalayaraq
Təəssüflər olsun ki, əsrlərdən süzülüb gələn və tarixin çətin dövrlərində belə büdrəməyən, itməyən Azərbaycan türkcəsi bugünkü bəzi yarıtmaz KİV nümayəndələri tərəfindən kobud şəkildə pozulur, hətta deyərdik ki, təhqir edilir.

Əvvəllər yalnız TV və radio məkanlarda bu mənfi tendensiyalarla üzləşirdiksə, artıq sosial şəbəkələr bu hadisəni aşağıya doğru daha da sürətləndirir. Lakin nə yaxşı ki, hələ də dilimizin saflığını, qanunlarını qorumaq istəyən ziyalı insanlarımız var. Belə şəxslərdən biri də Sumqayıt Dostlar Klubunun üzvü, əməkdar jurnalist Rəhman Orxandır. Rəhman müəllim həmişə öz feysbuk səhifəsinzə bu məsələni gündəmə gətirmiş, yol göstərmiş, tənqid etmiş, bəzən isə sərt də olsa qırmanclamışdır. Birlik.az saytı olaraq “ Sosial şəbəkələrdə Azərbaycan dilinin saflığını qoruyaq” rubrikası altında Rəhman Orxanın sosial şəbəkələrdə paylaşdığı fikirləri sizə olduğu kimi təqdim edirik:

***
Bu nə sarsaq fikirdir: "yarımçıq doğulsa da, körpə özünü tez toparladı". A kişi, dünyaya təzə gələn körpə özünü necə "toparlaya" bilər? Söz də bir söz ola haa, əndrəbadi bir şey - "toparlamaq"... Bu nə sözdür belə? Məgər biz həmişə "filankəs öz gücünü topladı", "özünü topladı" demirdikmi? "Özünü toparladı" hardan çıxdı? Yox bir - özünü torpaqladı..."

***

Söyəcəyəm!.. 7 nəsil o yanına kimi söyəcəyəm!...
Xəstəlik "əziz qonaq"dır ki, onun xərci təntənə ilə "qarşılanır"?

Saytlardakı bəzi dil yaltaqları yazır ki, "xəstəliyin müalicə xərcləri dövlət tərəfindən qarşılanacaq".
Ayıbdır, vallah ayıbdır! Xəstəlik və onun müalicə xərcləri niyə əziz qonaq kimi "qarşılanmalıdır"? Adam balası kimi "ödəniləcək" demək çətindirmi, ay dil yaltaqları, dil f...-ləri?
Söyəcəyəm bu cür ifadə işlədənlərə, yeddi nəsil o yanlarına kimi söyəcəyəm... Bəsdir də, abır-həyanılz olsun! Niyə onun-bunun yönsüz sözləri ilə dilimizi korlayırsınız? Qurtarın bu yersiz yalmanlanmağı!..

***
Öz dilini unudub, "onun-bunun" bulaşıq ağız-burnunu yalayaraq, "AYNƏN" deyənlər ola bilsin ki, elə bu tərzdə "ayıynan" ("ayı ilə") də desinlər. Ancaq onlar gücənərək də olsa, yadlarına salsınlar ki, doğma Ana dilimizdə "eynən" (eyni ilə) sözü var...
Başqalarını yamsılamaq lazım deyil. Dil "YAL"-taqlığını tərgidin! Ayıbdır! Ana dilimizdən, xalqımızdan ayıbdır!


{sape_links}{sape_article}