Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

Xalqın sevdiyi sənətkarlar unudulmur

Tarix: 27-01-2020 17:11   
Xalqın sevdiyi sənətkarlar unudulmur
Öz orijinal dəsti-xəttilə hələ gənclik illərindən başlayaraq bütün ömrü boyu olduqca maraqlı, qeyri-adi, kamil sənət əsərləri yaratmış böyük Ustad, Azərbaycanın Xalq rəssamı, Vətəninin vurğunu olan Cəmil Müfidzadə özündən sonra böyük bir məktəb qoyub getdi

Heyf ki, Azərbaycanın qeyri-adi istedadlı, böyük rəssamlarından olan Cəmil Müfidzadə ilə sağlığında görüşmək mənə qismət olmayıb. Ancaq xatırlayıram ki, onunla hələ 50 il əvvəldən - 1970-ci illərdən tanış idim. Vaxtilə onun populyar jurnallar olan "Ulduz" və "Qobustan" jurnallarında verilmiş maraqlı rəsm əsərlərinə heyranlıqla baxırdım. Rəsmlərindəki qeyri-adiliklə yanaşı soyadının da o vaxt mənim üçün yeni, xoşagələn olması o böyük rəssamı mənə xüsusilə yaddaqalan etmiş, sevdirə bilmişdi. Çox illər sonra - ötən il eyni soyadlı görkəmli bir energetik - Azərbaycanın Əməkdar mühəndisi, 100 illik yubileyinə hazırlaşdığımız Həmid Müfidzadə haqqında yazmaq istərkən düşündüm ki, yəqin bunlar eyni soydan, eyni kökdəndirlər. Və biləndə ki, sənətinə çoxdan vurğun olduğum o böyük rəssam Həmid müəllimin kiçik qardaşıdır, çox xoşhal oldum. Deməli, istedadlar bir ailədə tək-tək yox, bəlkə də qoşa gəlirlər dünyaya...

Cəmil Müfidzadə 1934-cü il fevralın 24-də Ordubadda dünyaya gəlmiş, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdı. Rəssamın ilk diplom işi “Ümumittifaq sərgisinə eksponatların yola salınması” adlı əsəri olub. O, daha sonra (1955-1956-cı illərdə) Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsini bitirmişdi. Cəmil Müfidzadənin növbəti diplom işi isə o zaman "Neft daşları" mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olmuşdu.
Cəmil Mufidzadə tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak edib. Rəssamın işlədiyi “Doğma düzənlər” ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdu. O, 1961-ci ildə Moskvada keçirilən III Ümumittifaq sərgisində “Qaldırıcı kranlar təmirdə” adlı ofort işi ilə iştirak edib.
Cəmil Mufidzadə qrafika sənətinin fərqli texnikalarından daim yaradıcılıqla istifadə edib. Onun qarışıq rəngkarlıq texnikasında işlədiyi ilk 4 əsəri 1967-ci ildə Bakıda təşkil olunmuş respublika sərgisində “Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümayiş edilib. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi “Abşeron nefti” silsiləsi 1967-1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın "Bakı-neft paytaxtıdır", "Abşeron nefti", "Çənlər parkı", qarışıq texnikada isə "Neft ehramı", "Neft saxlancı", "Neft mədənlərində" əsərlərini misal göstərmək olar.
Rəssam ksilloqrafiya texnikasında da “Bakı albomu” (1962-1966), “Neft Daşları” (1965), “Qala divarları”(1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) və s. kimi maraqlı, gözəl əsərlər yaratmışdır.
Bütün varlığı ilə doğma vətəni Azərbaycana, neft Bakısına, onun qədimiliyi və dünyada analoqu olmayan, milli memarlığı ilə seçilən İçərişəhərə vurğunluğu yaratdığı unikal, orijinallığı, monumentallığı ilə seçilən "Əcdadlarımızın yaşayış yerləri" (1968), "Göy pəncərəli evlər" (1968), "Babaların yurdu" (1968), "Azərbaycan qadını keçmişdə" (1971), "Xan sarayı" (1977,1992), "Köhnə evlər" (1977), "Qədim Bakı" (1977), "Yeni Məscid" (1977), "Türbə" (1984), "Dəvələr" (1985), "Təndir" (1992), "Suçular" (1993), "Şirvan qapıları" (1993), "Bakı-neft paytaxtıdır" (1967-1970), "Namaz" (1993), "Tut ağacı", "Karvansaray" (2003) və digər əsərlərində daha aydın, bütün qabarıqlığı ilə duyulur.
Rəssamın yaradıcılığında "İçərişəhər" (1965-2000) silsiləsi xüsusi yer tutur. "Köhnə Bakı" (1970), "Qız qalası" (1985), "İçərişəhər" (1991), "Şirvanşahlar sarayı" (1971) əsərləri bu baxımdan diqqəti xüsusilə cəlb edir.
Azərbaycanın unikal yaşayış məskənlərindən olan, unikal relyefi və təbiəti ilə seçilən Xınalığa həsr etdiyi (1980-1990) silsiləi rəsm əsərləri də onun yaradıcılığında mühüm yer tutur.
Görkəmli rəssam öz yaradıcılığında Azərbaycanla yanaşı digər ölkələrin təbiətinə və xalqlarına da maraq göstərərək, bir çox maraqlı əsərlər yaratmışdır. Onun Rusiya şimalının mənzərələrini əks etdirən, qrafika janrında işlədiyi "Şaxta 45 dərəcədir", "Şimalın adi günləri", "Bəyaz gecələr", "Balıqçı adası", "Şimal" lövhələri, Misirdə kətana köçürdüyü "Misir təəssüratları" (2004-2006) silsiləsinə daxil olan "Tənha yolçu", "Misir tarixi", "İki dost", "Daimi dostlar" tabloları bu qəbildəndir. Görkəmli sənətkarın "Monqolustan torpağında" (1982-1986) silsiləsinə daxil olan əsərləri də fərdi, qeyri-adi rəssam baxışı ilə böyük maraq doğurur. Həmin silsiləyə Qobi səhrasının dəvələrlə bağlı mənzərələri ilə yanaşı "Axırıncı tikan", "Qurumuş çeşmə başında", "Əsrlərin görüşü" və "Naməlum səs" əsərləri də daxildir.
Müharibə dövrünün məhrumiyyətlərini, ağrı-acısını görmüş bir insan kimi Cəmil Müfidzadə özünü və hamını dünyaya cavabdeh kimi görərək, böyük faciələrə, dağıntılara səbəb olan müharibələrə yol verilməməsi üçün öz rəssam etirazını yaratdığı əsərlərdə çox güclü, təsirli ifadə etməyə çalışıb. Onun hələ 1960-1970-ci illərin gənclik yaradıcılığında yer alan "Buhenvald" (1965-1967), "Sülhün keşiyində" (1970-1972), eləcə də 1980-ci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra işlədiyi "Bu bir daha təkrar olmamalıdır" (1982-1983) silsilə əsərlərində müharibə hərislərinə nifrəti öz əksini kəskinliklə tapmışdır.
Təsadüfi deyildir ki, zamanın nəbzini əlində tutmağa çalışan və buna nail olan görkəmli rəssam Cəmil Müfidzadənin hələ 38 yaşında ikən - 1972-ci ildə Polşada, sonralar Azərbaycanda (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiyada (1977), İranda (1992, 2003), Fransada (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunmuşdu.
Cəmil Müfidzadənın qiymətli, orijinal əsərləri hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P.Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
Uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik etmiş, tələbələri tərəfindən çox sevilən Cəmil Müfidzadə həm də“Ofort” adlı dərsliyin müəllifidir.
Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə görkəmli fırça ustası Cəmil Müfidzadə 1982-ci ildə "Azərbaycanın Əməkdar rəssamı", 2002-ci ildə isə "Azərbaycanın Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdü.
Böyük bir sənətkar kimi həm yaşlı, həm də gənc nəsil həmkarları, həm də dərin, zəngin bilik və təcrübə aşıladığı tələbələri, bütün xalq tərəfindən sevilən görkəmli rəssam 20 dekabr 2019-cu ildə dünyasını dəyişmişdir.
Allah o görkəmli sənətkara rəhmət eləsin!

İnternet mənbələrindən istifadə və
əlavələr etməklə materialı təqdim etdi:
Rəhman ORXAN,
respublikanın Əməkdar jurnalisti.


P.S. Tələbələri vida olaraq Cəmil müəllimin səhifəsində ürək ağrısı ilə yazmışlar: "Dahi rəssam, böyük, əvəzsiz qrafik, Azərbaycanın əsl Xalq rəssamı Cəmil müəllimə Allahdan rəhmət diləyirik! Əziz, unudulmaz, dost-doğma, sevimli müəllimimiz, mənəvi atamız, Sizin yoxluğunuzla barışa bilmirik. Sanki bir kabus ayırıb bizi Sizdən. Yaxşı, gözəl insanlar heç vaxt ölmür. Siz daim bizim qəlbimizdə, yanımızda olacaqsınız. Qrafikanı bizə Siz sevdirdiniz. Xoşbəxtik ki, bizim müəllimimiz Szi olmusunuz".
Digər bir tələbə isə yazıb: "Qəlbimizdə əbədi yaşayacaq əsl, böyük Ustad! Zərrə qədər belə yorulmadan, tələsmədən biliklərini hər nöqtəsinə qədər bizə çatdıran, aşılayan mənəvi dayağımız, əziz, doğma insana çevrilən sevimli müəllimimiz, məkanınız cənnət olsun!"




{sape_links}{sape_article}