Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Hərbi qeydiyyatdan boyun qaçıranlar cərimə olunacaq - SƏRƏNCAM

Tarix: 03-02-2015 21:00   
Hərbi qeydiyyatdan boyun qaçıranlar cərimə olunacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi Haqqında" qanunu təsdiqləyib. Gunpress.az-ın AzərTAc-a istinadən məlumatına görə, Məcəllədəki dəyişikliklər bunlardan ibarətdir.

1. 15-ci maddə üzrə:

1.1. 15.3-cü maddənin ikinci cümləsinə “inzibati həbs” sözlərindən sonra “, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər və inzibati cərimə” sözləri əlavə edilsin;

1.2. 15.3-cü maddənin üçüncü cümləsi çıxarılsın;

1.3. “Qeyd” hissəsinin birinci abzasına (ikinci halda) “hərbi qulluqçuları” sözlərindən sonra “və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları” sözləri əlavə edilsin.

2. 28-1.3.5-ci maddəyə “hərbi qulluqçulara” sözlərindən sonra “və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına” sözləri əlavə edilsin.

3. 24-cü fəslin adına “uçot” sözündən sonra “, hərbi qeydiyyat və səfərbərlik” sözləri əlavə edilsin.

4. 349-cu, 350-ci, 351-ci, 354-cü və 355-ci maddələr aşağıdakı redaksiyada verilsin:



“Maddə 349. Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsi



349.1. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər dörd yüz manat miqdarında cərimə edilir.


349.2. Çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.


349.3. Bu Məcəllənin 349.1-ci və 349.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatları çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir.



Maddə 350. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma



İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə -xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.



Maddə 351. Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsi



Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə -vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir.



Maddə 354. Hərbi qeydiyyat qaydalarının pozulması



354.1. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə -üç yüz manat miqdarında cərimə edilir.

354.2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni:

354.2.1. hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

354.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

354.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə -xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.

354.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 350-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir.

Qeyd: Bu Məcəllənin 354.3-cü maddəsində göstərilən əməl növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.



Maddə 355. Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi

Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə -xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir.”.



5. 352-ci və 353-cü maddələr ləğv edilsin.

6. 356-cı maddə üzrə:

6.1. 356.1-ci maddənin sanksiyasında “yetmiş manatdan doxsan manatadək miqdarda” sözləri “iki yüz qırx manat miqdarında” sözləri ilə əvəz edilsin;

6.2. 356.2-ci maddənin dispozisiyasında “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə, sanksiyasında “səksən manatdan doxsan manatadək miqdarda” sözləri “iki yüz altmış manat miqdarında” sözləri ilə əvəz edilsin.

7. 356-1-ci maddə üzrə:

7.1. 356-1.1-ci maddənin sanksiyasında “otuz manatdan əlli manatadək miqdarda” sözləri “yüz iyirmi manat miqdarında” sözləri ilə, “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “iki yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;

7.2. 356-1.2-ci maddənin dispozisiyasından “qanunvericiliklə nəzərdə tutulmuş” sözləri çıxarılsın, sanksiyasında “yetmiş manatdan doxsan manatadək miqdarda” sözləri “yüz səksən manat miqdarında” sözləri ilə, “yüz əlli manatdan iki yüz manatadək miqdarda” sözləri “iki yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.

8. 360.1-ci maddədə “351 və 353.1-ci” sözləri “349, 351, 354.1, 356 və 356 1 ci” sözləri ilə əvəz edilsin.

Bundan başqa prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb.Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmanın icra olunması üçün Nazirlər Kabinetinə göstəriş verilib. Fərmanda deyilir:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 349.1, 349.2, 349.3, 350, 351, 354.2.1, 354.2.3 və 354.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri həyata keçirirlər.


{sape_links}{sape_article}