Məktəb direktoru işdən çıxarıldı
Tarix: 18-06-2019 18:04
Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil naziri Ceyhun Bayramovun əmri ilə tutduğu vəzifədən azad olunub.
Məktəb direktorunun vəzifəsindən azad olunmasına vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyi səbəb olub.
Belə ki, direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrində müəllimlərin məcburi şəkildə iştirak etmələri təmin olunub. Bununla yanaşı məktəbdən dəfələrlə şəhər polis və prokurorluq orqanlarına, o cümlədən şəhər təhsil şöbəsinə şikayətlər daxil olub.
Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru işdən çıxarılıb.
Seçilmişlər
Ən çox oxunanlar