Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 23:33

Dünən, 23:25

Dünən, 17:30

Dünən, 16:43

Dünən, 16:06

Dünən, 15:35

Dünən, 13:32

Dünən, 13:05

Dünən, 12:38

Dünən, 00:11

4-12-2019, 23:57

4-12-2019, 23:44

4-12-2019, 15:16

4-12-2019, 14:41

4-12-2019, 14:31

4-12-2019, 14:29

4-12-2019, 14:28

4-12-2019, 14:27

4-12-2019, 12:59

4-12-2019, 10:35

4-12-2019, 00:15

4-12-2019, 00:09

3-12-2019, 16:34

3-12-2019, 10:44

2-12-2019, 22:29

2-12-2019, 22:09

2-12-2019, 21:43

2-12-2019, 16:07

2-12-2019, 15:05

2-12-2019, 14:37

2-12-2019, 12:13

2-12-2019, 11:41

2-12-2019, 11:09

1-12-2019, 00:32

30-11-2019, 16:21

30-11-2019, 16:17

30-11-2019, 09:49

30-11-2019, 09:46

30-11-2019, 09:34

29-11-2019, 17:56

29-11-2019, 15:44

29-11-2019, 12:52

29-11-2019, 11:36

28-11-2019, 17:51

28-11-2019, 16:58

28-11-2019, 14:20

28-11-2019, 11:43

28-11-2019, 11:10

27-11-2019, 17:52

27-11-2019, 17:50

26-11-2019, 10:35

25-11-2019, 19:34

25-11-2019, 19:31

25-11-2019, 17:03

25-11-2019, 16:29

25-11-2019, 15:06

25-11-2019, 12:42

25-11-2019, 11:16

25-11-2019, 10:43

25-11-2019, 10:39

24-11-2019, 12:31

24-11-2019, 12:29

23-11-2019, 17:32

23-11-2019, 12:25

22-11-2019, 23:09

22-11-2019, 22:43

22-11-2019, 22:37

22-11-2019, 22:28

Qarabağ Müharibəsi Veteranı Ölkə Prezidentinə Müraciət Etdi

Tarix: 05-12-2019 00:11   
Qarabağ Müharibəsi Veteranı Ölkə Prezidentinə Müraciət Etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 55-də yaşayan Azərbaycan jurnalistlər birliyinin üzvü, təqaüdçü jurnalist, Prezident təqaüdçüsü, Qarabağ müharibəsi veteranı, məcburi köçkün Məmmədov Hürriyət Məhəmməd oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında ölkə daxilində və xaricində apardığınız uğurlu siyasət nəticəsində ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutur, mövqeyini möhkəmləndirir.

Möhtərəm Prezident!

Mən veteran jurnalist kimi həmişə sizin məruzələrinizi, çıxışlarınızı, məmurlara tapşırıqlarınızı diqqətlə dinləyirəm, öyrənirəm və yeri gəldikcə yazılarımda istifadə edirəm. Cənab Prezident siz yeni təyin edilən İcra başçıları ilə görüşünüzdə, “korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir… Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbətdə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”. Sizə təəssüflə bildirirəm ki, dələduzluq və vəzifə saxtakarlığına qarşı mübarizə nə qədər yüksələn xətlə davam etsə də gündəlik həyatımızda hələ də yenilərinə rast gəlirik. Əmək və Əhalinin Sosisal Müdafiəsi naziriliyində saxta əlillik dərəcələrinin (qruplarının) ləğvi ilə əlaqədar yaradılmış işçi qrupu tərəfindən xeyli işlər görülsə də köhnə, üstü açılmayan cinayət tərkibli əməllərdən yararlananlar hələ də var. Belələrindən biri Bakı şəhər Nizami rayonu Bəhruz Nuriyev küçəsi, ev 33, mənzil 40-da yaşayan Aslanov Əşrəf Əlövsət oğludur. Bu adam 18.12.1998-ci ildə 003588 saylı SSRİ dövrünün II qrup əllilk vəsiqəsini, sonra isə 25 yanvar 1999-cu il tarixli Nizami rayon Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 265030 saylı II qrup əlillik vəsiqəsi əldə edir. Çox təəccüblüdür ki, II qrup əlil Əşrəf Aslanov 29 may 1997-ci ildə Nizami rayon İcra Hakimiyyətinin başçısı E.Əzimovun sərəncamı ilə “dayaq hərəkət aparatı pozulmuş” II qrup əlil kimi yaşadığı ərazidə maşın qarajı quraşdirmaq üçün (6,0 x 3,0 metr ölçüdə) icazə alır. 29.06.1999-cu ildə isə möcüzə baş verir. II qrup əlil Ə.Aslanov II qrup Qarabağ Müharibəsi əlilinə çevrilərək, BŞİH-in başçısının müavini M.Seyidovun imzası ilə 591 saylı sərəncamla, yaşadığı ərazidə 2,5 x 2,5 metr olçüdə müvəqqəti köşk quraşdırılmasına icazə alir. Ə.Aslanov mahir “sənətkar ” kimi ərazidə qaraj və köşk tikərək onları bərbərxana və dərzixana kimi icarəyə verir və pul qazanır. Müraciətə əlavə olunan sənədlərdən də görünür ki, “dayaq-hərəkət aparatı pozulmuş” əlil kimi həkim rəyinə əsasən o işləməməlidir. Əşrəfin Qarabağ əlilinə çevrilməsində əsas rol oynayan 2 saylı zona həkim ekspert komissiyasının 29.12.1998-ci il tarixli arayışında bu birmənalı olaraq göstərilir. Bəs necə olur ki, bu əlil 30 ildən çoxdur ki, 26 saylı Mənzil İstismar sahəsində çilingər işləyərək ağır işlər görür. Maraqlıdır ki, 2 saylı zona həkim ekspert komissiyası hansı təmənnalar hesabına belə saxtakarlığa getmişdir? Niyə soruşan yoxdur ki, Əşrəf Aslanov 1991-ci ildən B.Nuriyev küçəsi bina 33 mənzil 40-da yaşadığı halda Nizami rayon həkim ekspert komissiyasına yox 2 saylı Xaşmaz-Quba zona həkim ekspert komissiyasına müraciət etmişdir? Çün ki, gözdən-könüldən uzaq əyalət rayonlarında rüşvətlə, xox gəlməklə nəyəsə nail olmaq çox asandır nəinki paytaxt Bakıda.

Mən altı aydır ki, Milli Məclisin deputatları Bahar xanım Müradovaya, Hadı Rəcəbliyə, Nazirlər kabinetində şöbə müdiri əvəzi Xalid Qasımlıya, iki dəfə Baş Prokuror Zakir Qaralova, üç dəfə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevə müraciətlər etmişəm və hər dəfə də “müraciətiniz araşdırılır, sizə təşəkkür edirik” cavabı verilib. Mən Nazir Sahil Babayevə 2 saylı həkim əmək ekspert komissiyasının saxta çıxarışını və digər sənədləri aidiyyatı nazirlikdəki rüşvət karuselini fırladan Vaqif Qasımov, Fərid Məmmədov, nazirlikdəki işçi qurupun rəhbəri Heybət İmanov, köməkçisi Xalid İsmayılov kimi vəzifə sahiblərinə təqdim etmişəm. Bu nazirliyin aparat rəhbəri Hidayət Abdullayevin “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, fərdi məlumatların konfidensiallığı haqqında cəfəng izahatını görəsən özü anlaya bilirmi? Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovun sorğumuza verdiyi cavab məktubunu müraciətə əlavə edirəm. Əşrəf 1977-1979-cu illərdə Qazaxstanda hərbi qulluq dövrü keçmişdir. Bu adam niyə məhz 20 ildən sonra müharibə əlili, veteranı olmaq eşqinə düşübdür? O, həmişə, hər yerdə özünü Əfqanıstan müharibəsi əlili, veteranı kimi təqdim edirdi. Bu ildən isə özünü utanmadan Qarabağ müharibəsi veteranı kimi təqdim etməyə başlayıb. Hansi ki, Qarabağin işğal ərazilərini, rayonlarını belə tanımır. Hərbi biletində bu haqda hər hansı qeyd belə yoxdur. Neçə illərdir bu saxta veteran Sosial Müdafiə nazirliyindən minik maşını, sanatoriyalara pulsuz putyovkalar alıb dövlət büdcəsinə on minlərlə manat dəyərində ziyan vurmuşdur. Xaçmaz rayon Dədəli kəndində əlil kimi hektarlarla torpaq-əkin sahələrinə sahiblənib. Bakı şəhər və Nizami rayon İcra hakimiyyəti başçılarını, Bələdiyyənin rəhbərlərini saxta sənədlərlə aldadaraq torpaq sahələrini zəbt edib qaraj, bərbərxana, təsərrüfat anbarı, özünə emalatxana və mal-heyvan tövləsi tikmişdir. Çox təəssüf ki, Nərimanov rayon Vətən müharibəsi veteranları İctimai Birliyi bu dələduzu özünə fəxri üzv seçib. (vəsiqə N194). Hələ bu azmış kimi bu Respublika ictimai birliyinin sədri bu saxtakar müharibə əlilini Cümhuriyyətin 100 illik yubiley medalı ilə təltif də edib. Ə.Aslanov cəzasızlıqdan ilhamlanaraq Nizami rayonundakı yaşadığı mənzildən qeydiyyatdan çıxaraq Nərimanov rayonunda (Polis İdarəsində) qeydiyyata düşərək Azərbaycan Gözdən Əlilər Cəmiyyətində saxta sənədlərlə ev almaq istəyir. Müharibə əlilində cüzi maaşla bu qədər pul hardandır? Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmə istintaqı yekunlaşıb, iş ibtidai istintaqa qaytarılıb. Hörmətli Kamran müəllim. Mənim sizə etdiyim bu müraciətin predmeti, məzmunu korrupsiyaya qurşanmış insanlardır. Əgər belə demək mümkündürsə harda vəzifə varsa, demək orda rüşvət və ya korrupsiya vardır. Bax elə bu faktlara dərindən diqqət yetirsək dediklərimin əyani təzahürünü görə bilərik. Aslanov Əşrəfdən soruşulmalıdır ki, sən qanunsuz almaq istədiyin evin pulunu hardan almısan və o məbləği bu məsələdə söyüb təhqir etdiyin, hər gün bir yerdə olduğun kimə vermisən? Araşdırılsın ki, Vətən müharibəsi veteranları ictimai birliyinin sədri Fizuli Rzaquliyev bu saxta “müharibə əlilini” nə məqsədlə müdafiə edir? Hörmətli Əli müəllim. Mən sizin MTN zabiti kimi Çaykənd, Tərtər və Ağdərədən keçən şərəfli döyüş yolunuza yaxşı bələdəm. Sizin haqqınızda sabiq MTN polkovniki, ekspert İlham İsmayılın dəyərli söhbətlərini, yazılarını oxumuşam. Cənab Prezidentin sizin haqqınızdakı son təyinatı çox müdrik qərar sayılmalıdır. Milli təhlükəsizlik zabitindən generala qədər şanlı döyüş yolu keçmiş döyüşçü kimi siz bu saxta müharibə əlilləri, veteranları ilə sıra nəfəri olmaq istərdinizmi? Mənə elə gəlir ki, dövlətin təhlükəsizliyi bu böyük inamlar və etiqadlardan keçir. Cənab general dövlət və onun müstəqilliyi uğrunda savaşan bir döyüşçü general kimi mənim müraciətimlə bağlı öz statusunuzda bu məsələyə müdaxilə etməyinizi, onu nəzarətdə saxlamağınızı xahiş edirəm.

Cənab Prezident! Bu saxta müharibə əlilinin mal-heyvan tövləsi 18 noyabr tarixində Rayon İcra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə söküləndə, o mahir aktyor kimi özünə xəsarət yetirmək istədi. İndi özünü öldürmək həddinə çatdırma maddəsi ilə polis bölməsində mənə əsassız ittihamlarla cinayət işi açıblar. Əslində bu adam mənim jurnalist kimi peşə fəaliyyəti göstərmək hüququmu məhdudlaşdırır. Peşə fəaliyyətinin qadağası cərimələr, üzr istəmək, sivil yolla məhkəmə qaydasında həllini tapır.

Hörmətli Prezident!
Mənim son ümidim sizlərədir. Ümidlər isə ən sonda ölür. Mənim təhlükəsizliyimi və müraciətimi nəzarətə götürməyinizi xahiş edirəm. Əminəm ki, Sizin tapşırığınızla bu şəxs haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Hüquq mühafizə orqanları lazımi ölçü götürəcəklər.

Hörmətlə: H.Məmmədov