Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

ASLAN ASLANOVUN AYAĞINDANÇƏKMƏ YARIŞI

Tarix: 20-02-2015 17:36   
ASLAN ASLANOVUN AYAĞINDANÇƏKMƏ YARIŞI
«Vaxtilə Aslan Aslanovun ətrafından çəkilməyənlərin indi onun haqqında yazılan iftiralara susmasını anlaya bilmirəm»

Bu sözlər Bakı şəhər sakini, əslən Şəmkirdən olduğunu yazan Azad Mərdanovun «Təzadlar»a yazdığı məktubundandır. Bakı şəhəri, Yeni Günəşli, ev 88-də yaşayan oxucumuz olduqca maraqlı məsələyə toxunur və redaksiyamıza göndərdiyi məktubunda bəzi maraqlı məqamlardan bəhs edir. Aşağıda ixtisarla təqdim edirik:
Hörmətli redaksiya!
Atalarımızın məşhur bir məsəli var: «Yıxılana balta çalmazlar!». Söhbət Şəmkirin keçmiş İcra başçısı Aslan Aslanovun barəsində hazırda KİV-lərdə baş alıb gedən iftira və böhtan dolu yazı yarışmasından və buna rəvac verənlərin başını heç olmasa qaldırıb ətrafına baxmamasından gedir.
Yuxarıda «Yıxılana balta çalmazlar!» məsələni başqa mənada işlətmədim və heç də bu anlama gəlməsin ki, Aslan Aslanov yıxılıb, ona toxunmamaq lazımdır və s. Əsla! Və ən azından göydə Allah şahiddir ki, nə Aslan Aslanov məni tanıyır, nə də mən onun üzünü canlı görmüşəm. Sadəcə, mən də Şəmkirdə doğulduğumdan, tam səmimi olaraq deyirəm ki, bir həmyerli kimi mənə də ağır gəlir ki, axı bu insana qarşı kütləvi informasiya vasitələrində kütləvi nifrət, başkəsən, əzazil obrazı yaratmaq cəhdi nəyə və kimə xidmət edir? Hazırda Azərbaycanın nüfuzlu universitetlərinin birində tələbələrimə elmlə yanaşı insanlığı da öyrədirəm. O insanlığı ki, onu almırlar, qazanırlar. Özü də əməllə. Fikrimi aşağıda izah edəcəyəm. Və bəri başdan redaksiyadan xahiş edirəm ki, hətta Aslan Aslanov məni axtarıb ən azı telefonuma zəng edərək minnətdarlıq etmək istəsə, mənim əlaqə telefonumu verməyin. Çünki mən bu qeydlərimi, əvvəla, Aslan Aslanov üçün deyil, cəmiyyətimiz üçün yazıram. İkincisi və ən vacibi, bu məktubu mənə təşəkkür edilməsi üçün də yazmıram. Yazıram ki, bəzi insanlar, xüsusən də bəzi KİV rəhbərləri, jurnalistlər, onlara sifariş verənlər, bir də ağlına gələni danışan vəkillər nəticə çıxarsınlar.
İndiyədək bütün mətbu çıxışları, istər Lamiyənin «qeyb»dən doğduğu mübahisəli uşağı barədə yazılanları, istərsə də Vüqar Əliyevin vəkili Adəm Məmmədovun vəkilə yaraşmayan, onun fəaliyyətinə daban-dabana zidd çıxışını, 4 saylı həbsxananın keçmiş rəisi Müzəffər Məmmədovun uşaq məsələsindəki həyəcanına köklənmiş müsahibəsini, Penitensiar Xidmətin general rəisi M.Quliyevin çıxılmaz vəziyyətə dirənmiş açıqlamasını… oxumuşam, təhlil etmişəm.
KİV-lər əsas məsələni qoyub bir kənara Aslan Aslanovun «yaramaz və düşmən» obrazını yaratmaqla məşğuldurlar. Axı söhbət Aslan Aslanovun gənc oğlunu amansızcasına öldürmüş Lamiyənin və Vüqarın əsassız həbsindən, aparılmış ibtidai istintaqın qərəzliliyindən gedirsə, onda «priçom» Aslan Aslanov? Hamı, təbii ki, məqsədli şəkildə, inciməsinlər, deməli, sifarişli olduğundan, gücü veribdir Aslan Aslanovun düşmən obrazının yaradılmasına və kimsə istintaqa rəhbərlik etmiş prokurorun, işi aparmış müstəntiqin, hökmü çıxarmış hakim(lər)in adını belə çəkmir. Niyə? Tutalım Aslan Aslanovun həmin vaxt nüfuzu böyük idi, əli hər yerə çatırdı və s. Bəs müstəntiqin məsuliyyəti və vicdanı, bəs hakimin ədalət mühakiməsi??? Niyə bunları görmürsünüz və demirsiniz? Anladım, deməli, sizə Aslan Aslanovu qaralamaq lazımdır!
Amma bütün bunların fonunda məni bir məsələ daha çox incidir. Vaxtilə mən də Şəmkir Vergilər İdarəsində çalışırdım və işimlə bağlı Şəmkir RİH-lə bəzi fəaliyətlərimiz, əlaqəmiz olurdu. Aslan Aslanovun ətrafındakı insanları indi də xatırlayıram… Bəzilərini özüm qonaq kimi qarşılayıb yola da salmışam… Adlarını çəkmək istəmirəm. Onların bir çoxu mətbuatda çalışan insanlardır. Amma indi onların bu qovğalara, əsassız, mətləbə qətiyyən dəxli olmayan qarayaxmalara, ittihamlara susmasını görəndə çox təsirləndim. El məsəlində deyildiyi kimi, deyəsən, Aslan Aslanovun çörəyinin duzu yox imiş… Yaxud, «onların çörəyi dizinin üstündə imiş…».
Amma bilənlər bilir ki, Aslan Aslanov məni rəhbərim olmayıb, mənə vəzifə də verməyib. Əksinə, institutu təzə bitirib Şəmkirə gəlmişdim, İcra hakimiyyətində işləmək istədim, ərizə yazdım, ərizəmə «yox» cavabı verilmişdi, belə əsaslandırılmışdı ki, ixtisasım vakant yerə uyğun gəlmir, RİH-də isə dövlət qulluğu idi. Bunu ona görə deyirəm ki, bu məktubumun sadəcə, vicdanımın səsi ilə yazıldığını biləsiniz.
Aslan Aslanov barədə bildiklərim müsbət işləri yazsam, bəlkə də bir dastan yazılar. Xatırlayıram ki, 90-cı illərdə Gürcüstanda yaşayan Azərbaycanlıların vəziyyəti çox kritik idi. Böyük kütlə Azərbaycana köçüb gəlmişdi. Hər gün yüzlərlə ailə sərhədi keçib Azərbaycana pənah gətirirdi. Belə bir vaxtda ermənilər Gürcüstanda yaranmış vəziyyətdən bəhrələnərək azərbaycanlılara qarşı soyqırımlar törətmək üçün planlar qurur, onları qorxudub evlərini dəyər-dəyməzinə alırdılar. Hətta bəzilərini məhv etməklə hədələyib qaçırdırdılar. Gürcüstanda yaşayan xalamgilə baş çəkmək üçün atamla birlikdə oraya getdik. İnsanlar bir himə bənd idi ki, kütləvi surətdə kəndləri boşaltsınlar. Yadıma Qarabağ hadisələri düşürdü və mən buradakı insanların taleyindən çox qorxurdum. Həmin dövrdə Aslan Aslanov Şəmkirin İcra başçısı idi. Xalamın həyat yoldaşı Gürcüstan DİN-də çalışırdı, o bizə deyirdi ki, Gürcüstan «OMON»unun rəisi Mixi Droni ermənilərdən külli miqdarda pul alıb, buradakı azərbaycanlıları qovdurur, çıxardır. Sonradan eşitdim ki, Aslan Aslanov ermənilərin bu hiyləsi haqqında prezident Heydər Əliyevə məruzə edir. H.Əliyevin tapşırığı ilə Aslan Aslanov ən gərgin yer olan Dmanisiyə gedir. Oraya ərzaq yardımı edir, köçməyə hazır vəziyyətdə olan və özünü arxasız görən soydaşlarımız ona vəziyyəti danışırlar. Beləliklə, aparılan təbliğat işi, Gürcüstanın dövlət qurumları ilə söhbətlər bəhrəsini verir.
Yeri gəlmişkən, çoxları bilir ki, Borçalı ziyalıları 6-7 ildir Gürcüstanda mədəniyyət günləri keçirir, onun rəhbəri isə Zəlimxan Məmmədlidir. Eşitdiyimə görə, Gürcüstan DİN onun öz ata yurduna getməsini yasaqlayıb. Yenə də yadıma Aslan Aslanovla bağlı həmin epizod düşür. İnanıram ki, bu məsələdə də erməni əli var. Çünki Azərbaycandan ora gedən ziyalılar ordakılara mənəvi dayaqdır, onların arxasız olmadığını sübut edir. Bu isə erməniləri narahat etməyə bilməz, onlar nə vaxtsa Qarabağdakı, İrəvandakı deportasiyanı burada da həyata keçirmək istəyirlər.
Sonralar Gürcüstandan olan professor, səhv etmirəmsə, adı Adil idi, danışırdı ki, Aslan Aslanov Gürcüstandakı, xüsusən də Dmanisidəki vəziyyəti Heydər Əliyevə məruzə edir. Bundan sonra isə prezident Heydər Əliyev həmin məsələni prezident Eduard Şevardnadzeyə zəng edərək bildirir. Bütün bunlardan sonra, hətta Dmanisin erməni icra başçısı, polis rəisi və prokuroru işdən çıxarılır. Bunu görən Gürcüstan «OMON»nun rəisi Aslan Aslanova basqın təşkil etdirir.
Bunlar tarixdir və unutmaq olmaz. Niyə belə faktlar və millət qarşıçsında olan misilsiz xidmətlər hansısa absurd iddiaların kölgəsində itib-batırılır? Mən hələ onu demədim ki, ötən il Gürcüstanda oldum, Marneulidə. Burada Azərbaycanlılar rayon əhalisinin 70-80 faizini təşkil edir. Onlar hələ də orada qalmalarının səbəbkarı kimi Aslan Aslanova minnətdarlıq edirlər. Elə oradakı dostlarım məni Tiflisə gəzməyə apardılar. Məlum oldu ki, Heydər Əliyevin tapşırığı ilə Aslan Aslanov Tiflisdə Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin qəbrinin yerini müəyyənləşdirib tapıb, qəbirüstü abidəsini qurdurub. Hətta o, burada Nəriman Nərimanovun evini tapır, ev muzeyini yaratmaq istəyir, amma məlum olur ki, həmin evdə artıq erməni ailə yaşayır. Məhz Aslan Aslanov bu evi ermənilərdən 55 min dollara alır. Yaddaşı korşalanların yadına salım ki, bu barədə Heydər Əliyevin AzTV-dəki bir çıxışı arxivdə durur, prezident çıxışı zamanı deyib ki, «Azərbaycanın görkəmli şəxslərinin, o cümlədən Nəriman Nərimanovun evinin qaytarılması işini Aslan Aslanova tapşırmışam, o bu işlə məşğuldur».
Başqa bildiyim faktları da söyləyə bilərdim, amma lüzum görmürəm. Sadəcə, sonda hamını ədalətli olmağa, məsələyə şəxsi maraq, qərəzli eynəkdən yanaşma yolundan uzaq durmağa səsləyirəm. Oğlu öldürülmüş atanın vəziyyətini anlamadan nə gəldi danışmaq, ictimai nəzərdə onun barəsində düşmən obrazı yaratmaq yolverilməzdir. Allah eləməmiş, həyat çox mürəkkəbdir, onun yerində hər birimiz ola bilərik.
Hörmətli redaksiya!
İnanıram ki, mənim bu məktubumu ictimai əhəmiyyət kəsb edən olduğundan qəzetinizdə dərc edəcəksiniz.