Ağstafanın sabiq icra başçısı və müavini barəsində həbs qətimkan tədbiri seçilib
Tarix: 20-12-2019 20:27
Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov məhkəmə qarşısına çıxarılıb.
Səbail rayon Məhkəməsində həmin şəxslərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.
Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Seçilmişlər
Ən çox oxunanlar