AzMİU-nun doktorantı ilk virtual “hackathon”un qalibi olub
Tarix: 07-07-2020 13:25
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) doktorantı, İnnovativ Biznes İnkubator Mərkəzinin startapçısı Ramin Əkbərovun layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı “Hackathon Azerbaijan” komandası ilə birgə keçirdiyi su mövzusunda ilk virtual “hackathon”un qaliblərindən olub.
AzMİU-dən GÜNpress.az-a verilən məlumata görə, Ramin Əkbərovun “CONWAT” layihəsi 49 komanda arasından 4-cü yeri qazanıb.
Məlumat üçün qeyd edək ki, ilk virtual “hackathon” mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədi ilə keçirilib.
“AquaHack” müsabiqəsi elan edildiyi gündən 2 həftə ərzində yarışmaya 328 ərizə ilə müraciət olunub. Yarışmada əsas tələb komandaların suyun kəmiyyət və keyfiyyətinin qorunması, su ehtiyatlarına təzyiqlərin azaldılması üçün 48 saat ərzində texnoloji ideyalar və həllər tapması, əlverişli təkliflər verməsi olub.
Seçilmişlər
Ən çox oxunanlar