Xəbər lenti
8-11-2018, 12:21

8-11-2018, 12:20

8-10-2018, 11:12

4-10-2018, 19:27

2-10-2018, 20:00

18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

Qucaq və ulduz

Baxılıb: 855     Tarix: 01-10-2014 23:06   
Qucaq və ulduz
- Mahir, gəl qucuma.

Mən də qaçıram. Hoppanıram. Qaldırırlar öz boylarından da yuxarı. Sonra görürəm ki, demirlər “gəl qucuma”. Baxıram ki, dayım, xalam, atam, anam, nənəm, babam oturublar divanda, kresloda. Birinci atamın yanına gedirəm. “Quci, quci” deyirəm. Götürür məni qucağında otuzdurur. Bir azdan yoruluram. Bu dəfə boynuna çıxmaq istəyirəm. Qucağında ayaq üstə dururam. Sinəsinə ayağımı dirək verib boynuna hoppanmaq istəyirəm. Amma qüvvətim çatmır. Atam da kömək etmək istəmir. Bir az beləcə dözüb başından eləyir. Qucağından yerə qoyub deyir: “Get mamanın qucuna”.

Elə də edirəm. “Quci-quci” deyirəm. Anam qucağına götürür. Bir an böyüklər kimi televizorda gedən veriləşə gözümü zilləyib qucaqda sakit dururam. Amma bu çox çəkmir. Bir azdan yoruluram. Yenidən ayağa durub, anamın boynuna çıxmaq üçün cəhd edirəm. Amma bacarmıram. Anam da dözür, dözür. Birdən məni qucağından düşürüb “Yoruldum, get dayının qucuna” deyir.

Dayım məni həmən qucağına alır. Öpür. “Qudi-qudi” deyib qıdıqlayır. Sonra bərk-bərk qucaqlayır. Mən buna qane olmuram. Deyirəm ki, boynuna çıxart. Etiraz eləmir. Boynuna mindirir. Evdə o yan, bu yana qaçır. Mən də gülürəm, qəşş eləyib özümdən gedirəm. Xalam da dayım kimi nazımla oynayır. Axırda o da bezir. Qucağından yerə qoyur. Nənəmin yanına qaçıram. “Quci-quci” deyirəm. Hay vermir. Bezib babama üz tutram. O da qucuna almır. Qaçıram güzgünün qabağına özümə baxıram. Aaaa... böyümüşəm ki... nə quc, nə boyun? Özümün başqasını boynuma mindirmək vaxtımdır. Amma yenə quc istəyirəm, isti qucaq istəyirəm. Nə olsun ki, böyümüşəm.

Nəsə bir yardım almaq üçün internetə girirəm. Tapdım. Vəzifəyə getmək lazımdır. Oturursan bir böyük vəzifəlinin qucağında. Ürəyin nə istəyir eləyirsən. Qucaqda özünü yaxşı aparsan lap ölənəcən qucaqda qalırsan. Amma bir şərtlə - boyuna minməyə cəhd eləmə.

Estrada ulduzları

Əvvəllər bir çox müğənni bəstəkarın, şairin “qucağ”ında otururdu. Onların ilham pərisinə çevrilirdilər. Lap ərə də gedirdilər. Özləri də ulduza çevrilirdilər. İndi isə məmur uşaqlarının qucağında oturmaq dəbə minib. O birilər də baxıb bu istiqamətdə kəşfiyyata başlayıblar. Sonu bilirsinizmi nə olacaq?

Günlərin bir günü bir oğlan bir qızı sevir. Bunu da hamı bilir. Bir müddətdən sonra bu oğlana bir yoldaşı rast gəlir.

- Evləndin?

- Yox.

- Niyə?

- Qız razı olmadı.

- Niyə?

- Kasıbam axı.

- Bəs sən demədinmi ki, varlı-hallı dayın var?

- Dedim.

- Bəs nə oldu?

- Heç nə. Qız dayıma ərə getdi.

Məmurlar ehtiyatlı olun. Kişinin ürəyinə yol mədədən keçir – bunu bilirsiniz. Sizin qucağınıza isə yol övladlarınızdan. Oğlanlarınızı qoruyun. Oğlanlarınızdan sonra estrada ulduzları sizindir.

Yaxud da... Övladınız hansısa estrada müğənnisiylə qol-boyun olsa, elə bilməyin ki, oğlunuzdan ötrü dəli-divanədir. Sadəcə hələlik şəklini yayımlayır, adınızı isə çəkmir. İstəyir ki, hər gün anası görüb dəli olsun. Qohum-qonşu da zəng edib “ağez, bu nə işdir gəldi başımıza” deyib “ürək-dirək versin”. O da bütün rahatlığını itirib - “ay kişi, bu qız uşağımızı yoldan çıxaracaq. El arasında bizi biabır edəcək. Nə qədər biabır olmamışıq bu işə bir əncam çək” deyərək sizi dəng etsin. Siz də öz adamınızı həmin ulduzun yanına göndərib nələr, nələr vəd edəcəksiniz ki, bəs ay qız, oğlumuzdan əl çək. Əvvəl, oğlunuzun qucağında oturacaq, sonra isə çıxıb sizin boynunuzda. Çünki uşaqlıqdan belə görmüşük. Vəssalam, şüttəmam.

P.S. Repertuarları və ulduzları sönən bəzi ulduzlarım. Quc-quc istəyirsinizsə bəstəkarların və nəğməkar şairlərin qucuna gedin. Bəlkə yatan ilhamlarını oyatdınız. Heç olmasa sizdən sonra gözəl mahnılar yadigar qalsın. Var-dövlət gəldi-gedərdir. Bunu da yaddan çıxarmayın ki, hər aşığın bir dövranı var. Bunu isə mən demirəm, atalar deyib.