Rəqqasə Renka sənətdən gedir - Oğluna görə
Tarix: 13-04-2019 13:36
Tanınmış rəqqasə Renka sənətdən gedir.
Bu barədə rəqqasənin özü məlumat verib. Renka bildirib ki, hazırda iş axtarışındadır və rəqsi buraxacaq. Buna səbəb isə yaşının artması, övladlarının böyüməsidir:
“Heç bir kişiyə görə yox, oğluma görə sənətimi atacam. Çünki bunu o da istəyir. Hər zaman "ana sənəti at" deyir. Əvvəllər düşünürdüm ki, yəqin məndən utanır, ona görə belə deyir, amma yox. O, anasını düşünür. Sənətə gəldiyim ilk gündən çox sevildim, çünki sadə insanam və fəxr edirəm ki, kiminsə hesabına yox, öz gücümə bu günlərə gəlmişəm".
Redaktor.az
Seçilmişlər
Ən çox oxunanlar