Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

"Vətən Fədailəri" Naxçıvan şəhidləri

Tarix: 13-09-2021 15:46   
"Vətən Fədailəri" Naxçıvan şəhidləri
Hər zaman vətənə can verən, vətənləşən, vətənlə bütünləşən əbədiyaşar şəhidlərimizi sətirlərində yaşadan gənc şairə, publisist Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi "Vətən Fədailəri" Naxçıvan şəhidləri adlı növbəti kitabı işıq üzü görüb.
Kitabda illər boyu ermənilərin min hiylə ilə yağmalamasına baxmayaraq qəhrəmanların şücaəti sayəsində azadlığını qoruyub saxlayan məğrur Naxçıvanın qəhrəman şəhidlərinin ömür və döyüş yolundan bəhs olunub. 155 şəhid adının həkk olunduğu 560 səhifədən ibarət olan kitabda I Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanlarla yanaşı fərqli illərdə vətənə can verən şəhidlərimizin, Azərbaycan Ordusunun ilk Qələbə qazandığı Aprel döyüşlərində, Fevral döyüşlərində şəhid olan qəhrəmanların, eləcə də 44 günlük müharibə zamanı qanları ilə Zəfər tarixini yazan şəhidlərimizin qısa və şərəfli həyatları sətirlərdə öz əksini tapıb. Hər şəhidin həyatı şəhid ailələrinin verdiyi məlumatlar əsasında yazılıb. Kitabda heç bir məqalə hazır məlumatlar və vikipediya məlumatları əsasında yazılmayıb. Hər sətri göz yaşı ilə yazılan bu kitab şəhid ailələrinin təsəllisi olacaq. Çünki o ailələr vətənə qurban etdikləri əzizlərinin ölümsüzlüyünə bir daha şahid olacaqlar.
Kitabın ərsəyə gəlməsinin əsas səbəbkarlarından biri Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Məmmədov Rasim Əbdül oğlunun qardaşı Məmmədov Şahin Əbdül oğlu olub. Elə kitabın yazılma təklifi də Şahin müəllim tərəfindən gəlib. İstər ailələrin tapılmasında, istərsə də növbəti addımlarda Şahin müəllimin müstəsna rolu olub. Kapitan Məmmədov Toğrul Səyyad oğlunun qardaşı Məmmədov Üzeyir Səyyad oğlu da kitabın ərsəyə gəlməsində əlindən gələni əsirgəməyib. "Vətən Fədailəri" Naxçıvan şəhidləri kitabının maliyyə dəstəkçisi isə özü vətənin hüdudlarından kənarda olsa da, ürəyi vətənlə bir döyünən, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən olan iş adamı Məmmədov Bəhruz Qasım oğludur.
"Vətən Fədailəri" Naxçıvan şəhidləri kitabı "Orxan" Nəşriyyat və Poliqrafiya müəssisəsində işıq üzü görüb. Kitabın ərsəyə gəlməsində müəssisənin direktoru Cəfər Əzizoğlunun böyük zəhməti olub.

Kitabda digər zəhməti olanlar:
Redaktor və korrektor: Manya Səxavətqızı
Dizayner:Gülnarə Əliyeva
Komputer səhifələyici:Elçin Babayev
Maliyyə dəstəkçisi "Bəhruz Məmmədov
Layihə rəhbəri :Manya Səxavətqızı

Qeyd edək ki, kitabın təqdimatının Zəfər tariximizin birinci il dönümü ərəfəsində keçirilməsi nəzərdə tutulur. Təqdimatda kitab şəhid ailələrinə, vətənini, şəhidini sevənlərə təqdim olunacaq. Kitabın növbəti cildlərinin də yazılması nəzərdə tutulur. Tarix yazan şəhidlərimizi tarixə yazmaqla şəhidlərimizi gələcək nəsillərin tanımağına vasitəçi olan Manya Səxavətqızına uğurlar arzulayırıq.


{sape_links}{sape_article}