Zaur Məmmədovun seçicilərlə görüşləri davam edir + FOTOLAR
Tarix: 31-01-2020 12:08
"Yanvarın 30-da Nərimanov rayonu, Əlövsət Qarayev 20/90, "Baksol" deyilən ərazidə yaşayan məcburi köçkünlərə görüşdüm".
Bunu 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd, jurnalist Zaur Məmmədov deyib.
O bildirib ki, həmyerlilərinin yaşadıqları ərazi, mənzil şəraiti olduqca ağırdır: "Söhbət etdik, problemləri ilə maraqlandım. Platformam barədə məlumat verdim, görmək istədiyim işlər barədə danışdım. Budəfəki görüşümüz maraqlı oldu. Hətta seçkiyə və dəyişikliyə inamlı insanımızın olması məni sevindirdi. Cəbrayıldan olan bütün namizədlərə uğurlar arzulasalar da, seçimlərini məndən yana edəcəklərini dedilər. Sonra evə dəvət etdilər. Çay süfrəsi arxasında söhbətimizi davam etdirdik. Çalışdım ki, seçkiyə gəlsinlər, özləri ilə yanaşı, ətraflarındakıları da mütləq seçkidə iştirak etməyə sövq etsinlər. Ümid edirəm ki, söhbətimizin nəticəsi müsbət olacaq. Hər bir görüş, hər bir təmas bizi qələbəyə daha da yaxınlaşdırır. İnanırırq ki, qələbə bizim olacaq".
Seçilmişlər
Ən çox oxunanlar